Mussolinin İtaliyanın son kraliçası ilə eşq macərası

Mussolinin İtaliyanın son kraliçası ilə eşq macərası
2 sentyabr 2011
# 11:23
İtalyan faşizminin banisi Benito Mussolininin İtaliyanın sonuncu kraliçası Mariya Jose ilə sevgi münasibətlərinin olduğu ortaya çıxıb.

Cütlüyün münasibəti haqda diktatorun oğlu Romano Mussolini “Corriere della Sera” qəzetinin jurnalistinə məktubunda məlumat verib.

1971-ci ildə Antonio Terzi adlı jurnalistə yazılmış məktubu onun oğlu arxiv sənədlərin içindən tapıb. Daha sonra məktub İtaliyanın “Oggi” jurnalında çap olunub.

Romano Mussolini məktubunda: “Anam uzun müddət: “Atanın Pyemonte (İtaliyanın 20 ərazisindən biri – G.Ə) şahzadəsi ilə münasibəti var”, - deyirdi. Məncə, atam anamın təzyiqlərə dözməyib şahzadəni tərk etdi”, - deyə yazıb.

Mariya Jose İtaliya Şahzadəsi Umberto ilə 1930-cu ildə evlənib, 1946-cı ildə şahzadənin taxta çıxması ilə İtaliya Kraliçası olub. 27 gün kraliça olan Jose, Mussolininin hakimiyyətə gəlməsi ilə taxtından enib.

Mussolinin sevgililərindən olan Klaretta Petaçi gündəliyində Kraliça Mariya Josenin 1937-ci ildə plajda ağ bikini ilə diktatorun gözünə girməyə çalışdığını yazıb. Ancaq cütlüyün münasibəti heç vaxt təsdiqini tapmamışdı.

Günel Əsgərzadə
# 2892 dəfə oxunub

Oxşar xəbərlər

"Alnıma qoşa güllə çaxsaydı, bundan yaxşı olardı..." - Heydər Hüseynov qarşısında hansı məsuliyyəti daşıyırıq?

"Alnıma qoşa güllə çaxsaydı, bundan yaxşı olardı..." - Heydər Hüseynov qarşısında hansı məsuliyyəti daşıyırıq?

14:00 15 avqust 2026
İmperator ordeni qazanan ilk azərbaycanlı general və maarifçi - Ona niyə ciddi nəzarət edirdilər?

İmperator ordeni qazanan ilk azərbaycanlı general və maarifçi - Ona niyə ciddi nəzarət edirdilər?

10:00 14 avqust 2026
Rus ordusunun ilk və yeganə müsəlman general-adyutantı - Kəngərlilər nəslindən olan Hüseyn xan Naxçıvanski kim idi?

Rus ordusunun ilk və yeganə müsəlman general-adyutantı - Kəngərlilər nəslindən olan Hüseyn xan Naxçıvanski kim idi?

10:00 9 avqust 2026
Mal-qara otararkən 2000 illik sikkə tapdı

Mal-qara otararkən 2000 illik sikkə tapdı

14:50 4 avqust 2026
1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

10:00 1 avqust 2026
Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

12:00 30 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər