Atalar və oğullar savaşına yeni baxış

Atalar və oğullar savaşına yeni baxış
4 noyabr 2013
# 08:45

Nəsillər arasında intriqa mövzusundakı dialoqlar dünya var olduğu müddətcə davam edəcək. Hər dəfə də ana-ata olan nəsil uşaqlar olan nəsli anlamaq üçün fərqli üsullara baş vuracaqlar. Həmin vaxt uşaqlar “valideynlərim məni anlamır” deyə öz aralarında danışacaqlar. Ana-ata olan nəsil öz valideynlərinin onları anlamadığını, ancaq onların uşaqlarını anladığını iddia edəcək. Həllini tapmayan bu vəziyyətə “nəsillərin toqquşması” deyiləcək.

2000-ci illərin əvvəlində doğulan və indi məktəbdə oxuyan dövrə “Z nəsli” adı verilir. Bu nəsil xəyalpərəst və pessimist X nəsli ana-atalarından, optimist X nəsli olan bacı-qardaşlarından fərqlənir.

Kulis.az “nəsillərarası toqquşma”nın yaşanmaması, yeni nəsli anlamaq üçün 10 asan yolu təqdim edir:

1. Realist olduqlarını unutmayın!

Z nəslinin ən əsas xüsusiyyəti realist olmağıdır. Ətrafda baş verənləri çox yaxşı müşahidə edirlər. Yeri gələndə realist olduqlarını göstərirlər.

2. Onların texnoloji dünyalarına daxil olun!

Onlar texnologiyanın ən yaxşı dövründə doğulublar. Hələ danışmağı öyrənməmiş texnologiyanın dilini öyrəniblər. Tablet, kompüter, internet onlar üçün “uşaq oyuncağıdır”. Texnologiyadan başınız çıxmasa da, çıxırmış kimi göstərin. Onların dünyasına qatılmaq üçün texnologiyanı bilmək məcburiyyətindəsiniz.

3. Suallarından yorulmayın!

Uşaqlar hər şeyə maraq göstərirlər. Soruşurlar, araşdırırlar, analiz edirlər, maraqlandıqları hər şeyin cavabını tapmaq istəyirlər. Səbirli olub onlara bu cavabları tapmaqda kömək edin.

4. Həll yolunu göstərin!

Bu nəsil ancaq sual vermir, həll yolunu da tapmağa çalışır. Fikir bildirir, fərqli həll yollarını araşdırır. Onların yanında olduğunuzu göstərin.

5. Təzyiq göstərməyin!

Z nəslinə təzyiq göstərsəniz, aranızdakı uçurumun təməlini qoymuş olarsınız. Onları həvəsləndirərək, onları başa düşdüyünüzü hiss etdirərək istədiklərinizi etdirə bilərsiniz.

6. Yeniliklərə can atırlar, onlara dəstək olun!

Z nəsli yeniliyə maraq göstərir, onlara tez öyrəşirlər. Texnologiyanın sürətli dəyişiklərinə bir neçə dəqiqədə öyrəşdikləri kimi...Onların bu keyfiyyətini təqdir edib dəstəkləsəniz, çox xoşbəxt olacaqlar.

7. Sosial medianı izləyin!

Bu nəsil e-maili artıq köhnə bir vasitə hesab edir. Onların kimlə, necə əlaqə qurduğunu sosial mediadan izləyə bilərsiniz. Ancaq izləyin, şərh bildirməsəniz daha yaxşı olar.

8. Öyrədici proqramlar yükləyin!

Uşaqların texnologiyaya həvəsini nəzərə alaraq, dərslərini sevərək oxumağını istəyirsinizsə, internetdən öyrədici proqramlara, keyfiyyətli qaynaqlara müraciət edin.

9. Başa salaraq öyrədin!

Bu nəslin əzbərləməklə heç arası yoxdur. Öyrəndikləri şeyləri başa düşərək gündəlik həyatlarında istifadə edirlər. Mümkün qədər hər şeyi dəqiqliklə izah edin, texnologiyalarla vizual olaraq da göstərməyə çalışın.

10. Öyrədici texnologiyalı məhsullara üstünlük verin!

Ənənəvi üsullarla uşaqlara dərs başa salmaq artıq keçmişdə qaldı. Texnoloji dünyanın uşaqları olduqlarına görə interaktiv üsullara üstünlük verirlər. Öyrəndiklərini tətbiq etmək, oxuduqları mövzuya aid videolar izləmək uşağın təhsil həyatına müsbət təsir göstərir.

# 3969 dəfə oxunub

Oxşar xəbərlər

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

12:00 11 noyabr 2026
Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər