“Regionlarda peşəkar teatr dərsləri” layihəsi davam edir

“Regionlarda peşəkar teatr dərsləri”  layihəsi davam edir
1 dekabr 2025
# 16:09

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Regionlarda peşəkar teatr dərsləri” layihəsi çərçivəsində növbəti ustad dərsi keçirilib.

Kulis.az xəbər verir ki, noyabrın 24-dən 30-dək davam edən ustad dərslərinin ünvanı bu dəfə Mingəçevir Dövlət Dram Teatrı olub.

Ötən ilin oktyabr ayından həyata keçirilən layihə teatr kollektivlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, aktiv yaradıcı mühitin canlandırılması, teatr sənəti ilə bağlı müasir tendensiyaların diqqətə çatdırılması və təcrübə mübadiləsi məqsədi daşıyır.

Ustad dərsləri Əməkdar artist, aktyor Qasım Nağı və MEMİM-in əməkdaşı teatrşünas Dağlar Yusif tərəfindən aparılıb.

Teatrın kollektivinin həvəslə iştirak etdiyi ustad dərsləri zamanı repertuar seçimi, müəllifin qayəsi və aktyor oyunu, səhnə mədəniyyəti və s. məsələlərə toxunulub, bir sıra səhnə hərəkətləri real icra olunub.

Xatırladaq ki, layihə ötən il Qusar Dövlət Ləzgi Dram Teatrında və Lənkəran Dövlət Dram Teatrında, bu il Qax Dövlət Gürcü Dram Teatrında, Qazax Dövlət Dram Teatrında, Qarabağda “Mədəniyyət rüzgarı” layihəsi çərçivəsində isə Ağdam və Füzuli Dövlət Dram teatrlarında uğurla həyata keçirilib.

# 2049 dəfə oxunub

Oxşar xəbərlər

Kventin Tarantino teatr rejissoru kimi debüt edir:  Baş rolu Saşa Baron Koen oynayacaq

Kventin Tarantino teatr rejissoru kimi debüt edir: Baş rolu Saşa Baron Koen oynayacaq

13:13 12 oktyabr 2026
Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

13:00 12 oktyabr 2026
Bekketin məşhur əsəri Gənc Tamaşaçılar Teatrının səhnəsində - Premyera

Bekketin məşhur əsəri Gənc Tamaşaçılar Teatrının səhnəsində - Premyera

12:44 12 oktyabr 2026
“Gözəl və Bədheybət”  təqdim olundu

“Gözəl və Bədheybət” təqdim olundu

15:26 10 oktyabr 2026
Rafael Dadaşov 80:  Akademik Milli Dram Teatrında anım gecəsi

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

11:34 10 oktyabr 2026
Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olundu

Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olundu

18:44 9 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər