Səməd Vurğun rəsmlərdə bu cür qaldı

Səməd Vurğun rəsmlərdə bu cür qaldı
21 mart 2018
# 13:17

Özünün 1935-ci ildə yazdığı məşhur “Azərbaycan” şeri ilə doğma yurdunun həm də rəssamsayağı çox duyğulandırıcı poetik mənzərəsini yaradan Səməd Vurğunun koloritli obrazına zaman-zaman təsviri və dekorativ tətbiqi sənətdə ustalar müraciət edərək yadda qalan əsərlər yaratmışlar. Azərbaycanla yanaşı həm də xarici ölkə sənətkarlarının təxəyyülünün məhsulu olan bu əsərlərin əksəriyyəti şairin ev muzeyində toplanmışdır. Sizə təqdim olunan bu sənət toplusuna Səməd Vurğuna həsr olunan həmin əsərlər, vaxtilə mənzilini bəzəyən və ona hədiyyə olunan sənət nümunələri, eləcə də sənət yanğılı balalarımızın şairin poetik dünyasına münasibətlərini əks etdirən rəsmlər daxil edilmişdir.

Mikayıl Abdullayev. Səməd Vurğunun portreti, Şüvəlan, 1944 kətan, yağlı boya. 118×170

Mikayıl Abdullayev. Şairin gəncliyi. 1975.Kətan, yağlı boya. 80×100

Oqtay Sadıqzadə. Səməd Vurğunun portreti. 1975, kətan, yağlı boya. 80×100

Mikayıl Abdullayev, Səməd Vurğun. 1996. Kətan, yağlı boya. 30×45

Görkəmli fırça ustası M.Abdullayev, O.sadıqzadə, N.İsmayılov, D.Kazımov, T.Kərimov, H.Zeynalov, N.Polyakov və başqalarının rəngkarlıq əsərlərində görkəmli söz xiridarının yaddaqalan obrazı yaradılmışdır. Bu lövhələrdə şairin yarıməsrlik ömrünün müxtəlif anlarına “güzgü” tutan rəssamlar onun təzadlı yaradıcı və insani yaşantılarına düşündürücü bədii görkəm verə bilmişlər.

Nikolay Polyakov. Səməd Vurğun ovda. 1952, taxta, yağlı boya. 70×95

Davud Kazımov. Səməd Vurğunun portreti. 1986, kətan, yağlı boya. 70×100

Elmas Hüseynov.Səməd Vurğun. 1986, kağız, tuş. 55×65

Arif Hüseynov. Xalq şairi Səməd Vurğunun portreti. 1991, kağız, qarışıq texnika. 20×35

Bu bədii-psixoloji məziyyətləri Səməd Vurğunun qrafik portretlərində də görmək mümkündür. Əgər S.Vurğunun böyük oğlu Yusifin sulu boya ilə çəkdiyi portret bizi xəyalən şairin uşaqlığına qaytarırsa, digər lövhələrdə mənalı çöhrəsi daha çox yaşanan ömür payının vaxtsız bəyazlıq zirvəsinə yetişməsini əyaniləşdirən görkəmi ilə bizə tanış olan böyük sənətkarı bizə obrazlı bədii biçimdə tanıtdılar.

Yusif Səmədoğlu. Səməd Vurğun uşaqlıqda. 1950, kağız, sulu boya. 22×32

Nəcəfqulu İmsayılov. Şair, nə tez qocaldın sən? 1967, kətan, yağlı boya. 145×186

Arif Hüseynov. Yadıma düşdü. 1991, kağız, qarışıq texnika. 14×22

Stanislav Şatikov. Şair Səməd Vurğunun portreti. 2008, kağız, tuş. 50×60

Nəcəfqulu İsmayılov. Yadıma düşdü. 1975, kətan, yağlı boya. 57×70

Əhməd Cuan. Səməd Vurğun, Tehran, 1967, kətan, yağlı boya. 38×45

Bunin. Səməd Vurğunun portreti.1954, kağız, karandaş. 13×15

Yak Kravçenko. Səməd Vurğunun porteti. 1950, kağız, karandaş. 58×60

Davud Kazımov. Səməd Vurğunun portreti. 1986, kətan, yağlı boya. 70×100

Bu mənada tanınmış qrafika ustası K.Kazımzadə,A.Hüseynov və Kravçenkonun eləcə də A.Rüstəmov, S.Şatikov, E.Aslanov, M.Aslanovanın əsərlərində qrafik cizgilərin oynaqlığının şairin ovqatyaradıcı lirik duyğularını gerçəkləşdirməyə imkan verdiyini söyləmək olar.

Ziyadxan Əliyev

# 4153 dəfə oxunub

Oxşar xəbərlər

Botaniklərin istinad etdiyi rus rəssam - Onu niyə  "meşə pəhləvanı" adlandırırdılar?

Botaniklərin istinad etdiyi rus rəssam - Onu niyə "meşə pəhləvanı" adlandırırdılar?

12:30 20 aprel 2026
"Cavid Ramazanov düşük türk seriallarının qızğın pərəstişkarıdır" - Böyüməyən yazıçının infantil romanı

"Cavid Ramazanov düşük türk seriallarının qızğın pərəstişkarıdır" - Böyüməyən yazıçının infantil romanı

11:35 20 aprel 2026
"Rollarının üzərində “Nəsibə Zeynalovanın istehsalı” möhürü var..." - Avropanın məşhur aktrisası ona nə demişdi?

"Rollarının üzərində “Nəsibə Zeynalovanın istehsalı” möhürü var..." - Avropanın məşhur aktrisası ona nə demişdi?

10:00 20 aprel 2026
"Mənim yaşımda sevgidən ölən olmayıb hələ..." - Camal sözün başına nə oyunlar qaldı açmamış?!

"Mənim yaşımda sevgidən ölən olmayıb hələ..." - Camal sözün başına nə oyunlar qaldı açmamış?!

15:00 19 aprel 2026
"Romandakı bu cümlələr Seymur Baycanı xatırladır" - "Qəvvas"ın qaranlıq məqamları

"Romandakı bu cümlələr Seymur Baycanı xatırladır" - "Qəvvas"ın qaranlıq məqamları

12:00 18 aprel 2026
«Vətən - ən gözəl uydurmadır, anacan!» - "Patriarxın payızı"ndan bir hissə

«Vətən - ən gözəl uydurmadır, anacan!» - "Patriarxın payızı"ndan bir hissə

15:00 17 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər