Xarıbülbül festivalı necə yarandı? – Tarixçə

Xarıbülbül festivalı necə yarandı? – Tarixçə
11 may 2022
# 17:00

Kulis.az Xarıbülbül festivalının tarixçəsini diqqətinizə çatdırır.

Xarıbülbül Musiqi Festivalı Şuşa şəhərində keçirilən beynəlxalq musiqi festivalıdır. “Xarıbülbül” beynəlxalq musiqi festivalı xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb.

Сливающийся с историей Международный фестиваль "Хары бюльбюль" в Шуше (ФОТО)

Festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan kimi ölkələrin və SSRİ respublikalarının iştirakı ilə keçirilib. Qarabağ münaqişəsinin başlaması və Şuşa şəhərinin işğal olunması ilə 29 il festivalın keçirilməsi mümkün olmayıb.

2021-ci ildən etibarən Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalı bərpa olunub. Həmin il mayın 12-i və 13-də Şuşa şəhəri işğaldan azad olunandan sonra ilk dəfə "Xarıbülbül" festivalı keçirilib.

Festival may ayında Şuşada Xarıbülbülün çiçəklənmə dövründə keçirilir. 1989-cu ilin festivalında yerli ifaçılardan əlavə Qırğızıstan SSR, Qazaxıstan SSR, Başqırdıstan SSR, Litva SSR və Belarus SSR-dən olan musiqi qrupları da iştirak edirdi. Ümumilikdə həmin festivalda 100-ə yaxın insan iştirak edib. Konsertlər Cıdır düzü meydançasında tikilmiş 7 məkanda keçirilib. Festival 12–15 yaşlarında "Qarabağ şikəstəsi" muğamını ifa edən gənc xanəndələrin ifası ilə açılmışdı. Festivalın ilk günü Qarabağ atlarının da yarışları olmuşdu. İlk festivalın tamaşaçıları əsasən Şuşanın sakinləri idilər.

Azad olunan erazilerde “Xari bulbul” maketleri erseye getirildi -

Azərbaycanda qədimdən Xarıbülbül adlanan bitki latınca “ophrys caucasica” və ya “ophrys mammosa” adlanır. Şuşa və ətraf ərazilərində geniş yayılıb.

Qarabağ münaqişəsi başlayandan Xarıbülbül Azərbaycan xalqının mübarizə rəmzinə çevrilib. Qarabağ ərazisi işğal olunduqdan sonra isə Xarıbülbül bir çoxları üçün nisgil, kədər, ağrı, həsrət simvolu olub. Mədəniyyətdə, incəsənətdə və ədəbiyyatda Xarıbülbül ifadəsi işləndikdə həmişə söhbətin Qarabağdan getdiyi aydın olurdu.

Xarıbülbülə qədim türk əsatirlərində də geniş yer verilmişdir. Belə ki, o xar olmuş, qəmli bülbül qədim türk əsatirlərində döyüşdə ağır yaralanmış bir əsgərin son ümidi olaraq bilinirdi. Qədim türk əfsanəsində deyildiyi kimi, Oğuz xanın alpaqutlarından (şəhid olan döyüşçü) birinin son nəfəsdə sinəsində gəzdirdiyi bülbülün ayağına qanlı köynəyindən cırıb sevgilisi Aybükə xanıma göndərdiyi namə ilə simvollaşan bir üzüntülü nakam sevgi hekayəsidir.

Karabağ'ın sembol şehri Şuşa'da Harıbülbül müzik festivali

Qırğız yazıçısı Erlan Jurabekovun “Jarxı Bulbul” hekayəsində də qədim türk əsatirinə geniş yer verilir. Bir çoxlarına görə, Xarı bülbül əhliləşdirilmiş ev quşu olub. Bəzi araşdırmaçılar isə hesab edir ki, bu növ bülbüldən yalnız döyüşçülər, sərkərdələr istifadə ediblər.

Xarıbülbülün hekayəsi – Zülfü Fərəcli

Qarabağ xanının qızı, Şuşalı Ağabəyim ağa 1801-ci ildən 1832-ci ilədək – ömrünün sonuna kimi Qacar şahlarının Tehrandakı sarayında yaşayır. Vətən həsrəti çəkən Ağabəyim ağaya istinad verilən bir bayatı da var:

“Vətən bağı al-əlvandır,
Yox içində Xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül.”


# 9817 dəfə oxunub

Oxşar xəbərlər

50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar

50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar

16:00 8 aprel 2026
"Elşadın baxışları naməlum bir günahın astanasına aparır..."  -  Hüseynbala Mirələmovun "Əsmər" romanından bir hissə

"Elşadın baxışları naməlum bir günahın astanasına aparır..." - Hüseynbala Mirələmovun "Əsmər" romanından bir hissə

14:10 7 aprel 2026
Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

15:00 5 aprel 2026
"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

12:00 5 aprel 2026
"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

15:00 4 aprel 2026
"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri

"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri

17:00 3 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər