Mən onu tanıyıram Arazlığından - Güneydən şeirlər

Mən onu tanıyıram Arazlığından - Güneydən şeirlər
9 sentyabr 2022
# 17:00

Kulis.az güneyli şair Behruz Sədiqin şeirlərini təqdim edir.

Behruz Sədiq 1969-cı ildə, Güney Azərbaycanın Muğan bölgəsində dünyaya göz açıb. Onun bir neçə şeir kitabı işıq üzü görüb.

***

Yalın,
sürgün,
əlləri mən;
sıx ormanda
sığınaq alan
söyüd sayaq
sevməkdəyəm...

Barmaqlarım
barmaqlıqlar,
duzağına düşmüş bir quş.
Öyünməsin cığal cılız,
qanadları qanlanmamış
körpə quşu,
qovub,
yormuş…

***
Hər şey onun gözlərindən başlayırdı,
dəniz,
orman,
məni mənə verən bu qan.
Çökür axşam,
ölür şamlar,
köynəyimin düşüb itmiş düyməsini axtarar anam,
könlümüzə qızdığımız,
ağrı boylu
daxmamızda…

***
Öpüşdükcə dişlərimiz qanadı,
görüşdükcə əllərimiz...
İki meyit görüşü
çökür axşam;
Ürəyində qara qandır,
ölüm gəlir evimə.

***
Darıxıram xiyabanı
yağıram yarpaq,
yağıram qar,
bahara son!
Ötənlərin ölü-diriliyini
ağlayıram gülə-gülə.


***

"Gec-gec dönən hər haharda"

Məhəmməd Heydərinin unudulmaz varlığına...

Torpaq oğlu idi,
torpaq oğlu.
İşi ağacları qışın ağır yuxusundan oyatmaq idi,
oyatmaq…
Yara yarğan açmış ürəkli əllərilə
1700 ağac əkmişdi.
Şaxta dandı ağacların,
Çiçəklərin ağ yuxusunu qan boyadı
Daş başına düşsün bahar,
daş başına!
Həm bağımı əldən aldın,
həm bağbanı...

Və mən indi şaxta danmış
hər ağacın görkəmində
Bir Məmmədin göyərməsin gözləyirəm.
Gec-gec dönən hər baharda
və hər ağac bir Məmməddir ,
1701 ağac-dır…
Könlümüzdə qalacaqdır.

***
Mən bu gün xoşbəxtəm,
çünki ağciyərim,
hələ də siqaret eşməyə
imkan verir.
Və dostum borclarını ödəmiş.
Addımlarım məndən öndə gedir.
Şama şeir varımızdır.

***
Yenə...

Yenə "Propranolol", yenə "Kodein",
yenə təqvimləri çeynəyir siçan.
Sinəmdə səyirir sözün sərgisi
yalın əllərimdə göynəyir güman.

Una bənzər əli qoynunda, dalğın
ötür küçəmizin payızlığından.
Yaxılmış yarası baxışda yayğın,
mən onu tanıyıram Arazlığından.
Yenə "Propranolol", yenə "Kodein",
dalğalar qoynunda qırmızı saat.
Çılpaq ayağımda tikan küçüklər
və həyat kişnəyən dəlisov bir at.

***
Güzgü yara

Əllərimdən dərilmiş əl
yarasına ağlamalı
güzgüləşən bir yaranın
harasına ağlamalı!?

İlk kubleti vərəm vurmuş
hər sətrində pusqu qurmuş
Sözcükləri, ah! Yorulmuş…
Varağına ağlamalı.
Dərd arxanca izin-izin,
qucaqlamış varlıq dizin,
hövüşnəli köçən qızın,
darağına ağlamalı

Yurdu yarğan, yurdu yara
Yordu bizi yorğun yara
bir şairin təpə qara
yarağına ağlamalı.

# 3238 dəfə oxunub

Oxşar xəbərlər

Soyuq mərmər, dəfn sükutu, daşlaşmış kədər... - Andrea Mantenyanın "Ölü Məsihə ağı"sı

Soyuq mərmər, dəfn sükutu, daşlaşmış kədər... - Andrea Mantenyanın "Ölü Məsihə ağı"sı

13:30 13 sentyabr 2026
Rəsmlərin musiqi ilə vəhdəti - Arif Məlikov onu narahat edən sualların cavabını tapmağı bacarıbmı?

Rəsmlərin musiqi ilə vəhdəti - Arif Məlikov onu narahat edən sualların cavabını tapmağı bacarıbmı?

10:00 13 sentyabr 2026
Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

15:00 12 sentyabr 2026
Saflıq və uşaqlıq travmasına hiperrealist şərh - Qotfrid Helnvaynın "“Zərərsizlərin pıçıltısı” tablosu

Saflıq və uşaqlıq travmasına hiperrealist şərh - Qotfrid Helnvaynın "“Zərərsizlərin pıçıltısı” tablosu

12:05 12 sentyabr 2026
Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

14:00 11 sentyabr 2026
"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

13:30 11 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər