Aziz Nesin: “Sevgi məktublarımı yandırdım” – Müsahibə

Aziz Nesin, türkiyəli yazıçı

Aziz Nesin, türkiyəli yazıçı

21 avqust 2022
# 10:00

Kulis.az məşhur türk yazıçısı Aziz Nesinin 1992-ci ildə Türkiyə mətbuatına verdiyi müsahibəni təqdim edir.

– Siz heç özünüzü lağa qoydunuz?

– Təbii. Bütün hekayələrimdə varam...

– Zəiflikləri ucbatından tənqid etmədiyiniz yazıçı qalmadı. Sizdə hansı zəifliklər var?

Zəifliklərim get-gedə azalır. Təmizlənmək üçün öz-özümlə mübarizə aparıram. Zəiflik barədə bir məziyyətimi deyəcəyəm sizə. Mən vaxtımı çox boşa xərclədim. Məsələn, dünən saat yarım avtobus gözlədim. Bu bir az da xəsisliyimdən irəli gəlir.

Aziz Nesin 103 yaşında

– Sizcə, gənc və gözəl qadınlara bağlılığınız da bir zəiflikdirmi?

– Təkcə qadınlar deyil. Hər şeydə gözəlliyi sevirəm. İstanbul gözəl olsun, evim gözəl olsun, qadın dostum da gözəl olsun.

– Hazırda birlikdə olduğunuz xanımın neçə yaşı var?

– Yaşı deyilməyəcək qədər gənc xanımdır...

– Gənc qadınlarla yoldaşlıq edərkən ürəyiniz sarıdan narahat olursunuzmu?

– Ürəyim dayanarsa, nə edərəm? Dayanarsa, dayansın, nə edək...

Aziz Nesin Kimdir?

– Ölümdən qorxursunuz?

– Hər bir insan qorxur. Qorxmayım deyənlər də qorxarlar. Sadəcə olaraq bəlli etmək istəmirlər. Amma mən bu barədə təşviş keçirmirəm. Vəsiyyətimi yazdım, yandırılacaq məktubları da ayırdım.

– Yandırılacaq məktublarınız sevgi məktublarıdır?

– Eşq məktubları və başqasının işinə yaramayacaq məktublar.

– Xəsisliyinizlə də çox məşhursunuz. Yaşamaq üçün ən böyük lüksünüz nədir?

– Mən özümə qarşı xəsis, başqalarına isə səxavətliyəm. Ən böyük səxavətim isə bu yetim uşaqlar üçün yaratdığım fonddur. Buradakı uşaqlar bəlli günlərdə qızıl qaşıqla yemək yeyirlər. Bu da bizim lüksümüzdür. Bununla yoxsulluqdan intiqam alırıq.

– Yenidən övlad sahibi olmaq istədiyiniz xəbəri doğrudurmu?

– Bu fikri axmaqlığımı göstərmək üçün dedim, həyata keçirmək üçün yox. Bu cür istək, kişiliyin nümayişi, deyəsən, bütün kişilərdə var.

– Onsuz da, yaşadığınız qadınlarla bunu göstərirsiniz.

– Bəlkə də, belə bir şeyi özüm üçün etdim. İnsan hər cür duyğulara qapılır. Pozğunluq, pislik etmək duyğusu və.s. Vacib olan bu duyğulara qalib gəlməkdir.

– Hansı xüsusiyyətinizlə qadınları cəlb etdiyinizi düşünürsünüz?

– Yaraşıqlı bir adam olmağıma dözə bilmirlər (Qəhqəhəylə gülür).

Aziz Nesin'in Mark Obrein Mahlaslı Yazar Hikâyesi - Malumatfuruş

– Gəncliyinizdə yaşadığınız alçalma duyğusunun sizi çox işləməyə məcbur etdiyini bilirik. 95 kitab yazmağınızda bu kimi hisslərin rolu nə qədərdir?

– Yalnız bu hiss ilə yazmıram. Artıq daha çox pul qazanmağım lazımdır. Burada 32 uşağımız var. Onları yaşatmağın yolu kitablarımdan gələn gəlirdi. Başqa bacarığım yoxdur.

– Hələ də o hisslərin təsiri altında olduğunuz deyilə bilərikmi?

– Mən alçalma hissi ucbatından yazıçı olmamışam. Sadəcə olaraq satirik yazıçı olmuşam. Bütün satirik yazıçılarda bu hiss var.

Tərcümə etdi: Samirə Əşrəf

# 6832 dəfə oxunub

Oxşar xəbərlər

"Musiqi insan ruhunu yer aləmindən göylərə yüksəldir" - Tanınmış bəstəkardan aforizmlər

"Musiqi insan ruhunu yer aləmindən göylərə yüksəldir" - Tanınmış bəstəkardan aforizmlər

15:20 5 avqust 2026
Ukrayna və Rusiyanın bölüşə bilmədiyi rəssam  - İlya Repinin 3 məşhur əsəri

Ukrayna və Rusiyanın bölüşə bilmədiyi rəssam - İlya Repinin 3 məşhur əsəri

14:40 5 avqust 2026
Sənayeyə qurban verilən təbiət - Dəmiryolu reklamı üçün çəkilən əsərin pərdəarxası

Sənayeyə qurban verilən təbiət - Dəmiryolu reklamı üçün çəkilən əsərin pərdəarxası

17:38 3 avqust 2026
Cahit Berkay kimdir? - Ən yaxşı 5 film musiqisi

Cahit Berkay kimdir? - Ən yaxşı 5 film musiqisi

13:00 3 avqust 2026
İnsan  torpağın sahibidir, yoxsa təbiətin müvəqqəti qonağı? - Bir tablonun fəlsəfəsi

İnsan torpağın sahibidir, yoxsa təbiətin müvəqqəti qonağı? - Bir tablonun fəlsəfəsi

13:30 2 avqust 2026
Gözəllik kanonlarını kökündən sarsıdan sənətkar - Dübüffenin 3 məşhur əsəri

Gözəllik kanonlarını kökündən sarsıdan sənətkar - Dübüffenin 3 məşhur əsəri

14:00 31 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər