Döyüş itlərinin təlimçisi:”Arxalı köpəklər...”
14 iyun 2011
11:26
“Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb bəzi bəhanələr ilə məndən qaçıb gedirlər. Məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar ki, sözünü o kəslərə de ki, sənə qulaq vermirlər”.
“Molla Nəsrəddin”, №1, 7 aprel 1906.
Novruz bayramının əyləncələrindən biri də xoruz döyüşləridir. Amma Azərbaycanda it boğuşduranların hələ də qalmasını eşitmək şəxsən mənim üçün təəccüblü göründü.
İtlərin döyüşünü bir anlıq xəyalımda təsəvvür etdikdə, bədənimi yalnız və yalnız qorxu, həyəcan, vahimə bürüdü. Bu minvalla soraqlaşa-soraqla it döyüşdürənlərin izinə düşdüm. Etiraf etməliyəm ki, axtarışlarım o qədər də uzun sürmədi. Necə deyərlər, hədəfi dəqiq nişan ala bildim.
İt məşqçisi Tağı (soyadını demədi) özü, itlər, onların döyüşləri haqqında danışmağa razılıq verdi, amma öz şərtləri ilə. O, şəklinin çəkilməsinə, tutduğu vəzifənin açıqlanmasına izn vermədi və məndə jurnalist etikasından çıxış edərək şəklini çəkmədim, özü haqqında da ətraflı məlumat vermirəm. Ancaq danışığından aydın hiss olunurdu ki, itlər haqqında təfərrüatlı məlumatlara sahibdir, yəni işinin peşəkarıdır.
- İt döyüşləri təkcə Azərbaycanda təşkil olunmur. Dünyanın bir çox yerlərində bu döyüşlər mütəmadi keçirilir. İt döyüşlərinin tarixinə gəlincə, onun tarixi 12-ci əsrə qədər gedib çıxır.
- (sözünü kəsirəm) Nə danışırsınız?
- Təəccüblənmək lazım deyil. O dövrlərdə əsasən çoban itləri döyüşdürülüb. Bilmirəm, xəbəriniz var, ya yox, Qız Qalasının divarlarındakı rəsmlərdə də bunu görmək mümkündür: iki nəfərin əlində bir it meydandadırlar. Səhv etmirəmsə, bu rəsmlər Qız Qalasının 3 ya 4-cü qatındadır.
- Bəs indi bu döyüşlər harada təşkil olunur?
- Bakıxanov qəsəbəsində, 4-cü mikrorayonda, “Pitomnik” deyilən ərazidə, lap əvvəllər isə “Gənclik”də, meşəlikdə keçirilirdi. Əsasən dağlıq və meşəlik rayonlarda, bir də Bakı kəndlərində də it döyüşləri keçirilir. Həm də insanlar var ki, imkanları yaxşıdır, döyüşləri qarşılıqlı razılıq əsasında öz bağlarında təşkil edirlər.
- İt döyüşdürmək sənin üçün nə deməkdir?
- Bu mənim üçün sırf hobbidir. İt döyüşü insanı ürəkləndirən, stimul verən bir döyüşdür. Həm də buna idman kimi baxıram. Böyük itlər çox enerjili olur, onların enerjisini nəyəsə xərcləmək lazımdır, adamı bezdirirlər. Onları meydana buraxmaqla enerjilərini itirirlər, ancaq insanlar da var ki, ağını çıxarırlar, ölümə qədər itləri döyüşdürürlər. Mən bu işdən pul qazanıram, it saxlayıram, yetişdirirəm və buna görə qazanıram.
- Döyüş zamanı daha çox hansı it növlərinə üstünlük verilir?
- Çoban itləri. Son zamanlar Türkmənistandan “alabay” cinsi gətirilir (çoban itinin bir növüdür, bir qədər böyük və tüklü olur), bulteryerə də üstünlük verilir. Amma Avropa cinsli itlərin döyüşləri daha maraqlı olur.
İtlərin spesifikliyindən geninə-boluna danışan Tağının dediyinə görə, “Pit” cinsli itlərin döyüşlərində itlər döyüş vaxtı zingildəsə, onları aralamırlar, həmin anda it döyüşü sona qədər davam etdirməlidir. Ancaq çoban iti döyüşdüyü vaxt bu hal baş verirsə, zingildəyən tərəf məğlub hesab olunur. İt döyüşlərinin normalda yarım saatdan bir saata qədər davam etdiyini bildirən it məşqçisinin sözlərinə, inansaq ölümünə təşkil olunan döyüşlər 3 saatdan, hətta 5 saatdan artıq çəkir:
- Baxır itin sahibinə, əgər ortada böyük razılaşma varsa, it ölür, yox böyük razılaşma yoxdursa, hakimə işarə edilir və onun əlində iki dənə “stek” adlanan 20-25 sm-lik taxta olur, onun vasitəsilə itlər ayrılır.
- Döyüş itləri adi itlərdən fərqli olaraq necə bəslənilir?
- Döyüş itlərinə daha çox vitaminli yeməklər verilir, onlara ağır yeməklər olmaz. İçdikləri sulara çox diqqət etmək lazımdır. Bir də əsas itlərin məşqi prosesidir. Səhərlər qaçırmaq lazımdır, axşamlar isə təkər dartırdırmaq vacibdir. Təkəri qalın olmaqla ağacdan asırlar və it ağzı vasitəsilə təkərdən sallanır. Bu hərəkət daha çox boyun və çənə üçündür. Çünki itin ağzı güclənməlidir, itin ağzındakı atmosfer gücü döyüş vaxtı önəmlidir.
Profesisonal döyüşlərdə it sahiblərinin itlərini dəyişdirdiyini bildirən Tağı bu addımın nə üçün atıldığını da izah edir: “Döyüşən itlərdə insana qarşı aqressiya olmamalıdır, əgər bu hal baş verirsə, it insana qarşı diş qıcıyırsa, döyüşdən çıxarılır.
- Döyüşdən əvvəl itlərə hansısa xüsusi tapşırıqlar verilirmi?
- Ən əsası döyüşdən əvvəl itlər bir litr südlə yuyulur, döyüş zamanı isə onlara əl vurmaq olmaz. Yalnız xüsusi komandalar vardır ki, itlər hakimlər tərəfindən onlarla idarə olunurlar. Çox uzun çəkən döyüşlərdə isə 5 dəqiqəlik fasilə götürülür və sərin sulu əskiylə yuyulurlar.
Yaxşı itlərin sahiblərinin daha çox dövlət məmurları olduğunu söyləyən it mütəxəssisi Türkmənistandan “alabay”, son zamanlarda isə Türkiyədən “kanqal” ( “kanqal” yeganə it cinsidir ki, şirin üzərinə buraxılır) cinsli itlərin ölkəyə gətirildiyi qeyd etdi. İt döyüşləri zamanı gözünün qarşısında BMV X5-lərin, evlərin mərc kimi ortaya qoyulduğunun şahidi olan Tağı yay fəsli olduğu üçün döyüşlərin keçirilmədiyini də unutmadan deyir. Səbəb sadədir: isti havada itlər çox enerji itirirlər. Ancaq qışda təşkil olunacaq yarışlara məni gizli şəkildə apara biləcəyinə söz də verir...
Fərid Mirzəyev

3642 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024