70-lərin əfsanəsi Sərxan Sərxanla-MÜSAHİBƏ
11 oktyabr 2012
07:45
Sərxan Sərxan - bilirəm, indiki gənclərə bu ad heç nə demir, amma dövrünün çox populyar estrada müğənnisi olub. İndi də populyardır, yalnız onu cavanlığından tanıyan nəsil arasında. Klassik estrada janrında usta ifaçıdır. Sonralar çoxları onun yolunu getdi, amma çox gedə bilmədilər. Sərxan Sərxan öz yolundan sapmadı. Elə həmin ifaçı, həmin Sərxan Sərxandır. Söhbətə başlamağımız asan olmadı, 60 yaşlı insanı nə ilə maraqlandırmaq, təəccübləndirmək olar ki? Deyəsən bir az da bu yaşın sindromunu yaşayır.
- Gəlin, Bakıda keçən uşaqlıq illərinizi yada salaq. Bir anlıq bu gündən uzaqlaşıb həmin köhnə Bakıya gedək.
- Rejissor deyir ki, hər şeyi yadından çıxart, ancaq kinonu düşün, eqoizmə bax e. Siz də deyirsiniz ki, hər şeyi unudub mənimlə həmsöhbət olun. Deyin görüm, mən indi 60 yaşımda kimin üçün maraqlıyam, onsuz da haqqımda hər şey deyilib, yazılıb.
- Gənc nəsil sizi o qədər də tanımır.
- Gənc nəslə 60 yaşlı kişi ifaçı lazım deyil. İndi o qədər gənc ifaçılar var ki.
- Aha, deyəsən, depressiyadasınız. Sərxan Sərxandan ikincisi yoxdur, hər kəsin öz adı var. Gəlin, xəyalən uşaqlığınıza səyahət edək, bəlkə işə yaradı?
- Bakı mühitində böyümüşəm, özü də mərkəzdə, beynəlmiləl bir yerdə. O vaxt Bakı indikindən çox fərqli idi. Əsl şəhər mədəniyyəti vardı Bakıda. İndi belə deyil, çünki bakılı yoxdur, nəsil dəyişib, indi şəhərdə yaşayanlar hamısı kənddən gələnlərdir. Onların da özlərindən asılı deyil, xoş gəliblər, amma şəhərdə davranış qaydalarını tez mənimsəsinlər də, öldük axı. Bəlkə bunların nəticələri şəhər mədəniyyətini öyrənə bildilər. Bərk danışırlar, gecədən keçmiş küçədə “avtoşluq” edirlər, səs-küy, bazar. Məncə bunlar heç kənddə belə eləməzdilər, düşüblər şəhərə, elə bilirlər şəhərdə belə eləmək olar.
- Rüstəm İbrahimbəyov da bunları deyirdi...
- Mən gedib kənddə şort geyinib gəzsəm qəbul edərlər? Yaxınlaşıb deyərlər ki, ə, burda arvad-uşaq var e. Şəhər o vaxt inkişaf edir ki, orda çoxlu millətlər yaşayır, o vaxt Bakıda belə idi. Nə İrəvanda, nə Tiflisdə bizdəki qədər beynəlmiləlçilik yox idi. Ona görə də Bakı o şəhərlərdən irəlidə idi inkişaf baxımından. Müxtəlif mədəniyyətlər bir yerdə inkişafa zəmin yaradır. Orta Asiyada ən çox inkişaf edən ölkə Qazaxıstandır, çünki beynəlmiləl ölkədir.
- Bakıda indi də çox xalqlar yaşayır, amma məskunlaşmırlar.
- Hə, indi də çoxdur, bizdə heç kimi incitmirlər. Bu, Azərbaycanın çox gözəl xarakteridir.
- Erkən yaşlarınızdan Moskvaya getmisiniz...
- Moskva da, Bakı da Sovet İttifaqının iki şəhəri idi. Mən bu şəhərdən o şəhərə təhsil arxasınca getdim, sənət fəaliyyətimə də orada davam etdim. O vaxt Bakıda gitara məktəbi yox idi. 80-ci illərdə dövlət səviyyəsində mənə təklif etdilər ki, Azərbaycanın adı altında çıxış edim. Mən də razılaşdım, ağıllı təklif idi. Doğrudur, qastrollara Moskvadan gedirdim, amma Bakıdan olduğumu da vurğulayırdım.
- Artıq Moskvada çox populyar idiniz, bəs, Bakıda ilk solo-konsertiniz nə vaxt oldu?
- 1983-cü ildə Filarmoniyada üç günə beş konsertim oldu. Bir həftə sonra daha beş konsert verdim. SSRİ dağılına qədər hər il konsert verirdim və hər dəfə də anşlaqla keçirdi. İndi də yaxşı keçir, amma pul qazanmaq olmur. Burda pul qazanmaq da istəmirəm.
- İstəmirsiniz, yoxsa olmur?
- Bir konsert verirəm, onunla varlı olmayacağam ki. Çalışıram ki, konsertim məni deyib gələnlərə hədiyyə olsun. Həmişəlik burda fəaliyyət göstərsəydim, onda qazanardım.
- Siz dünya miqyasına da çıxa bilərdiniz, amma deyəsən cəhd etməmisiniz?
- Estrada janrında xaricə çıxmaq olmur. O vaxt da belə idi. Klassik janrda olar, amma estrada özümüz üçündür. Dünya miqyasında estrada janrında İtaliya, Amerika, İngiltərə, Fransa dominantlıq edir. Həm də buna cəhd etmək üçün təzədən ingilis dili öyrənməliyəm, bu yaşda çox çətinliklə öyrənsəm də, ləhcəm bilinəcək, dil uyğunlaşmayacaq. Nəyimə lazımdır, hörmətdən düşərəm. Bizim vaxtımızda rus dili əsas dil idi, o dildə oxuduq, inkişaf etdik, indi ingilis dilidir. İndi də çox ailələr uşaqlarını rus məktəblərinə qoyurlar, çünki rus dilində təhsil daha səviyyəlidir, daha çox ədəbiyyat var, öyrənmək imkanları genişdir. Rus dili ilə Qərbi də öyrənmək olur. İngilis dilini öyrənənlər Şekspiri ingilis dilində oxumağa cəhd göstərəcəklər? Çətin. Bunlar ingilis dilini internet səviyyəsində öyrənirlər. Biz rus ədəbiyyatını da, xarici ədəbiyyatı da rus dili vasitəsilə oxuduq. İndi ingilis dilini ona görə öyrənirlər ki, pul qazansınlar, biznes qursunlar.
- Mədəniyyəti də biznes idarə edir.
- Əlbəttə lap it dili olsun, biznes o dillə gedirsə onu öyrənəcəyik. Əvvəl yemək, sonra kitab, musiqi.
- Siz Azərbaycanın əməkdar artistisiniz.
- Azərbaycan Sovet Respublikasının əməkdar artistiyəm. Fəxri ad aldığımı radiodan eşitdim, çünki həmin dövrdə fəxri ad almaq üçün yollar axtarıb, qapılar döyməyə ehtiyac yox idi, layiqsənsə, verirdilər.
- Uşaqlıqda “Musiqi müəllimi” adlı bir filmdə müəllim rolunda görmüşdüm sizi, deyəsən Tofiq İsmayılovun filmidir. Bir də indi “Qırmızı limuzin”ə çəkilirsiniz, niyə bu qədər az?
- Əsas peşəm müğənnilikdir, musiqiçiyəm. Kinoya yalnız dostların sözünü yerə salmadığım üçün çəkilmişəm.
- Çox yaddaqalan bir mahnınız var - “Ay gecikən, məhəbbətim”.
- Məndən çox sizin yadınızda qalan mahnı.
- Çünki Azərbaycan dilində ən çox onu oxumusunuz, ümumiyyətlə, çox az oxuyursunuz Azərbaycan dilində.
- Moskvada da azərbaycanlılar bu mahnını istəyirlər məndən. 27 ildir Bakını tərk etmiş yəhudi bir konsertdə göz yaşları ilə mənə yaxınlaşdı ki, bir “Ay, gecikən məhəbbətim” oxu, özü də mahnının sözlərini əzbər bilirdi. Moskvada azərbaycanlı çoxdur, özləri bazarlarda çalışırlar, amma uşaqları yaxşı təhsil alır. Bax o, uşaqlar Azərbaycanın gələcəyi olacaq.
- Bakı erməniləri də yəqin sizi çox dinləyir?
- Hə, konsertlərimə gəlirlər, çox sevirlər Azərbaycanı, ölürlər Azərbaycan üçün. Ermənistana gedib orda yaşaya bilməyib, Moskvada məskunlaşıblar. Bakı erməniləri konsertlərimə ailəliklə gəlib göz yaşı ilə axıracan dinləyirlər, çox darıxırlar Bakı üçün.
Ramilə QURBANLI

1544 dəfə oxunub
Oxşar xəbərlər
Ayılma - Hakan Gündayın hekayəsi
15:00
26 oktyabr 2024
Məhəmməd peyğəmbərlik səlahiyyətini necə qazanmışdı? - Rəhim Əliyev
12:00
26 oktyabr 2024
"Allah qarşısında günahkar olanların cəzasını verdik..." - 8 günə 50 min insanı qətlə yetirən qərar
15:00
25 oktyabr 2024
Yad kişiylə qaçan arvadının ayaqqabısının içinə pul qoyan kişi kim idi?
12:00
25 oktyabr 2024
Müsəlman daşa baş qoyur, fəqət dirənir ki, daş büt deyil! - Rahid Ulusel
15:00
24 oktyabr 2024
"Onun mövzularının heç biri Azərbaycanla bağlı deyil..." - Hüseyn Cavidə hücum edənlər kim idi?
09:00
24 oktyabr 2024