Yalnız dahi rejissorlara baxmaq lazımdır

Yalnız dahi rejissorlara baxmaq lazımdır
23 avqust 2012
# 11:23
Kulis.az bu ilin may ayında Kaliforniyada vəfat etmiş Amerika yazıçısı Rey Bredberinin həyat qaydalarını təqdim edir.

Kainat nədir? Bu, böyük teatrdır. Teatrasa tamaşaçı lazımdır. Biz – tamaşaçılarıq. Yer üzündəki Həyat şahidlik etmək və tamaşadan zövq almaq üçün yaradılıb. Bax, elə buna görə biz burdayıq. Yox, əgər pyes xoşunuza gəlmirsə, itilin cəhənnəmə!

Əgər insan gecə-gündüz ölüm haqda düşünsəydi, Vudi Allenə çevrilərdi.

Yaxın illərdə biz Aya qayıdacağıq. Marsa uçacağıq və yaxın yüz ildə orda məskunlaşacağıq. Sonra isə, yəqin ki, Alfa Sentavraya uçacağıq.

İlk babat hekayəmi yazmağa on ilim getdi.

60 il əvvəl Meqqiylə evlənəndə pulumuz yoxuydu. Bank hesabımızda 8 dollarımız vardı. İlk iki ildə telefonumuz belə yox idi. Biz Venisdə, yanacaqdoldurma məntəqəsinin yanında mənzil kirayələmişdik. Bax, həmin yanacaqdoldurma məntəqəsində telefon asılmışdı. Mən ora qaçır, dəstəyi qaldırır, insanlarsa evimə zəng etdiklərini zənn edirdilər. Telefonumuz yox idi, maşından danışmağına belə dəyməzdi. Ancaq bilirsiniz bizim nəyimiz vardı? Sevgimiz.

Hamımız zaman maşınıyıq. Bax, elə bu səbəbdən həyatım boyu qocaların cazibəsinin təsiri altındayam. Çünki bilirəm: indicə gizli düyməciyi basacam və 1900-cü ilə düşəcəm. Ya da Vətəndaş müharibəsinə... Uşaqlıqda Vətəndaş müharibəsinin veteranlarıyla görüşmüşəm!

Cavanlıqda görüşdüyüm qızların hamısı kitabxanaçı olub.

Yaxşı nikahda insanlar həmişə bir-birini öyrədirlər. Siz bir-birinizi həyat elminə yiyələndirirsiniz. Hər gün toxunmaqla, bir yastığa baş qoymaqla iradəniz xaricində bir-birinizə təsir edirsiniz.

Ağılla yazmaq olmaz – məktubun içində olmaq, makinayla yaşamaq lazımdır.

Bütün partlayışları və banallığıyla bahəm filmlərin hamısını izləməyə cəhd etməyin. Yalnız dahi rejissorlara baxmaq lazımdır. Bu yaxınlarda Devid Linin “Ərəbistanlı Lourens” filmini izlədim. Bu rejissora ssenari yazmaq üçün dəridən-qabıqdan çıxardım.

Yaxşı kinorejissor həm də yazıçıdır. O, detallarla dolu olmalıdır.

Milad gecəsi küknar ağacının altında hədiyyə gözləyən uşaq kimi yaşamaq olmaz. Amma həyatım boyu yuxudan ayılır və özlüyümdə söylənirəm: “Bu günü gözləməyə səbrim çatmır”.

Rusiya yalnlz vətəndaşları özlərini sevməyə başlayanda qüdrətli dövlətə çevriləcək. Rus ədəbiyyatını oxumaqla, rus filmlərini izləməklə bu qənaətə gəlmişəm.

Hər zaman nəyəsə vurğun vəziyyətdə olmaq lazımdır. Mənim vəziyyətimdə - kitablara, yazıçılığa.

Əgər nəyisə sevmirsənsə - ona qol qoyma. Və əksinə, əgər sevirsənsə, öhdəsindən gələcəksən.

Mən Hollivudda qonaqlıqlara gedirəm, məşhur rejissorlarla və prodüsserlərlə görüşürəm. Və hər dəfə qayıdandan sonra mədəmdən soruşuram: “Necəydi?” Və bəzən mədəm cavab verir: “E-e-e”. Və əgər belədirsə, bir daha ora ayaq basmıram. Mədəm mənim yalançının, ya oğrunun, ya da sadəcə, axmağın üzünə baxdığımı yaxşı bilir.

Ölüm haqda fikirləşmirəm, çünki həmişə burda olacağam. Filmlərimdən ibarət yeşiklər və kitablarımla dolu rəflərim ehtiyatda yüz-iki yüz ilin olduğuna əmin edir.

Ölüm – yaşam kimi möcüzəli dəbdəbəyə görə kosmosla hesablaşmaqdır.

Özüm haqda bilirəm: səksən illik həyatımın hər günü faydalı iş görmüşəm. Bu, çox yaxşıdır, elə deyilmi?

Çevirdi: Kifayət Haqverdiyeva
Mənbə: “Esquire” jurnalı
# 2327 dəfə oxunub

Oxşar xəbərlər

Damcıların xaosu, abstrakt inqilab... - Cekson Pollokun  məşhur əsərləri

Damcıların xaosu, abstrakt inqilab... - Cekson Pollokun məşhur əsərləri

14:00 11 avqust 2026
Raxmaninov melodiyası ilə insan tənhalığının vəhdəti   - Məşhur "All by myself"in tarixçəsi

Raxmaninov melodiyası ilə insan tənhalığının vəhdəti - Məşhur "All by myself"in tarixçəsi

13:30 11 avqust 2026
Cüzamlı uşaqlar,  rahiblərin nəzarətində çimənlər...  - "İşıq rəssamı"nın 3 məşhur əsəri

Cüzamlı uşaqlar, rahiblərin nəzarətində çimənlər... - "İşıq rəssamı"nın 3 məşhur əsəri

15:50 10 avqust 2026
Dini riyakarlıq və laqeydliyi hədəfə alan mahnı - "Aqualung" necə yarandı?

Dini riyakarlıq və laqeydliyi hədəfə alan mahnı - "Aqualung" necə yarandı?

14:20 10 avqust 2026
Viktoriya dövrünün ehtişamı Ceyms Tissotun məşhur tablosunda

Viktoriya dövrünün ehtişamı Ceyms Tissotun məşhur tablosunda

10:30 8 avqust 2026
Faşistlərin  və  kilsənin qəzəbinə səbəb olan rəssam  – Onun əsərləri niyə qadağan edilmişdi?

Faşistlərin və kilsənin qəzəbinə səbəb olan rəssam – Onun əsərləri niyə qadağan edilmişdi?

16:25 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər