Tom Kruzun qəribə dini

Tom Kruzun qəribə dini
28 iyul 2012
# 04:00
Dünyanın ən seksual və güclü kişilərindən Tom Kruz dini inancına görə həyat yoldaşı Keti Holmsla boşanma ərəfəsindədir. Bu məlumat son günlərdə aktyorun mənsub olduğu Sayentologiya təriqətini də gündəmə gətirib.

Sayentologiya nədir?

Bir çox Hollivud ulduzlarının, eləcə də Tom Kruzun inandığı bu təlim “Sayentologiya”(Scientology) təlimi ingilis əsilli amerikan Lafayet Ron Habbard tərəfindən 1950-ci illərin əvvəllərində meydana çıxıb. Sayentologiya əvvəllər dini təlim deyil, psixoterapiyanın yeni bir sahəsi kimi təqdim edilib. 1954-cü ildə Sayentologiya din kimi ABŞ-ın Los-Anceles şəhərində fəaliyyətə başlayıb. Həm elmi mühit, həm də kilsənin tənqidinə tuş gələn Habbard 1958-ci ildə İngiltərəyə köçüb. 1968-ci ildə isə İngiltərədən fəaliyyətlərinə görə deportasiya olunub. ABŞ Sayentologiyanı 1976-cı ildə rəsmi məzhəb kimi qəbul edib və Sayentologiya Kilsəsi fəaliyyətə başlayıb.

Təlimə görə, 75 milyon il əvvəl kosmik lider Henu adlı milyardlarla varlığı Havay adaları və ona yaxın ərazilərə göndərib. Hazırda yaşadığımız pis hadisələrin, sıxıntıların səbəbi də o məxluqların ruhlarıdır. Bu ruhlara “Titan” deyilir. Sayentologiyaya görə, insanlar bu ruhların mənəvi təzyiqlərindən azad olandan sonra həqiqi xoşbəxtliyə qovuşacaqlar. Təriqət üzvləri insanlara bu təzyiqlərdən qurtulmaq üçün üsullar tapdıqlarını iddia edirlər.

Hollivudun çox nüfuzlu insanları – Tom Kruz, Con Travolta, Kristi Alle, Culyetta Levis, Bob Geldof, Prissila Presli təriqətə üzv olub, milyonlarla dollarlıq ianələr verməyə xəsislik etmirlər.

Tom Kruzun “33” rəqəmi uğursuzluğu

Təlim əsasən Tom Kruz sayəsində tanınıb. Onu təriqətə keçmiş həyat yoldaşı Mimi Rocers gətirib. Kruzun sözlərinə görə, o, disleksiya (qavrama gecliyi – red.) xəstəliyinə Sayentologiya təlimləri sayəsində qalib gəlib.

Aktyorun indiki həyat yoldaşı Keti Holms da evlilikdən sonra təriqətin üzvü olub. Hətta deyilənlərə görə, Holms qızı Surini təriqətin qaydalarına görə “səssiz doğuş”la, yəni qışqırıq, inilti, ən xırda səs çıxarmadan dünyaya gətirib.

Kruz balaca Surini təriqətin qaydalarına görə böyütməyə cəhd edir. Ailəni boşanma həddinə gətirən nöqtə isə Kruzun qızını təriqət məktəbinə yazdırmaq istəyi olub. Bundan sonra, Keti Holms evliliyini “5 illik həbs” adlandırıb və qızı ilə özünün psixologiyasını pozması səbəbi ilə məhkəməyə müraciət edib.

Bildirək ki, Kruzla Holms 2006-cı ildə İtaliyanın bir qəsrində evlənmişdilər. Əlbəttə ki, təriqətə uyğun olaraq. Ən qəribəsi odur ki, Kruzun birinci arvadı Rocers də boşananda Holms kimi 33 yaşında imiş. Təriqətdə isə 33 uğursuz rəqəm sayılır.

Sayentologiyanın ilk kilsənin yerləşdiyi Arizona Əyalətinin Fonex şəhəri də məhz 33-cu paraleldədir.

Ölümlə nəticələnən təriqət müalicəsi

Məşhur aktyor Con Travoltanın Sayentologiya Kilsəsinin üzvü olduqdan sonra məşhurlaşdığı iddia edilir. Arvadı Kelli Preston da təriqətə üzvdür.

Bir vaxtlar cütlüyün oğlu Jettin ölümünü bəziləri sırf ailənin inancları ilə əlaqələndiriblər. Belə ki, aktyorun oğlu autism xəstəliyindən əziyyət çəkirmiş. Ana da, ata da autizmin psixi xəstəlik olduğunu əsas gətirərək onu tibbi müayinə və müalicəyə aparmayıblar. Əvəzinə Sayentologiyanın qurucusu Ron Habbartın proqramını tətbiq ediblər. Bu da 17 yaşlı Jettin ölümünü daha da sürətləndirib.

Elvis Preslinin qızı Liza Mari Prisli də “Sayentoloq”dur. Onun anası Prissila Preslinin təriqətdəki üzvlük ili qızından qat-qat çoxdur.
# 2887 dəfə oxunub

Oxşar xəbərlər

"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

14:00 15 aprel 2025
Labroides - Nahid Hacıyevin yeni hekayəsi

Labroides - Nahid Hacıyevin yeni hekayəsi

09:00 15 aprel 2025
"Mən də elə bildim, bu yazını yaşlı, təcrübəli adam yazıb" - Sabir Rüstəmxanlı

"Mən də elə bildim, bu yazını yaşlı, təcrübəli adam yazıb" - Sabir Rüstəmxanlı

12:00 13 aprel 2025
"Kişisən, oxuyandan sonra bacardığın kimi söy" - Arif Acaloğlunun məktubu

"Kişisən, oxuyandan sonra bacardığın kimi söy" - Arif Acaloğlunun məktubu

17:00 10 aprel 2025
AzDrama niyə bu gündədir? - Firuz Mustafa

AzDrama niyə bu gündədir? - Firuz Mustafa

12:00 10 aprel 2025
"Məhbuslar dənizdə batırılırdı, o vaxt Bakıda balıq ətindən kütləvi zəhərlənmə olmuşdu" - Ruhulla Axundovu niyə öldürmək istəyirdilər?

"Məhbuslar dənizdə batırılırdı, o vaxt Bakıda balıq ətindən kütləvi zəhərlənmə olmuşdu" - Ruhulla Axundovu niyə öldürmək istəyirdilər?

09:00 10 aprel 2025
#
#
# # #