Üzeyir Mehdizadə Kulisə danışdı
16 sentyabr 2011
11:51
Mahnıları qısa zamanda gündəmə gələn, “Zəngimsell” və internet istifadəçilərinə görə rekord “qıran” gənc müğənni Üzeyir Mehdizadənin Kulis.az-a müsahibəsi.
- Üzeyir, sənin populyarlığın çoxlarını təəccübləndirir…
- Bəziləri isə bununla barışa bilmir. Amma belə şeylərə əhəmiyyət verməməyə çalışıram. Əsas odur ki, sevənlərim kifayət qədərdir.
- Hər şey çox tez baş verdi…
- Hələ gənc olsam da, əslində, sənət aləminə gəlişim çoxlarının düşündüyü kimi 2-3 il öncə olmayıb. 13-14 yaşlarımdan meyxana deyirəm. 15 yaşında hansı meyxanaçının albomu çıxıb?! Heç kimin. Amma mənə albom buraxmağı studiya özü təklif etmişdi. Elə indi də özümü müğənni deyil, meyxanaçı sayıram. Düzdür, deyə bilmərəm ki, özümü meyxanaçı kimi təsdiqləmişəm. Sözün düzü, ilk 3 albomum meyxana üslubunda olub, amma məhz tərzimi dəyişəndən sonra öz pərəstişkarlarımı tapdım. Məhz 4-cü – “O mənim olmalıdır” albomum “partlayış” etdi. Əslində, bu albomda oxuduqlarım da musiqili meyxanadır, sadəcə, müasir aranjemanda. Bu, yeni yol olduğu üçün daha tez qəbul olundum.
- Deyişməyə çağrılsan, kimisə “bağlaya” bilərsən?
- Deyişmək, meyxana demək mənim üçün problem deyil. Əsas təbdir. Əhval yaxşı olanda bədahətən söz demək asan olur. İnsanın fikri yalnız meyxanada olmalıdır. Bəzən xasiyyətimdəki kobudluq mənə problem yaradır, tez özümdən çıxıram.
- Özünü hansı məktəbin yetirməsi sayırsan?
- Tanınmış meyxanaçılardan biri demişdi ki, Üzeyir bizim məktəbin yetiriməsidir. Bu, yalandır. Mənim müəllimim olmayıb. Sadəcə, həvəskar olmuşam, kimlərəsə qulaq asmışam, amma bəziləri kimi nəyisə mənimsəmək üçün yox.
- Bəyəndiyin meyxanaçı kimdir?
- Namiq Qaraçuxurlu.
- Əksər meyxanaçılar onu öz cəbhələrinə aid etmək istəmirlər.
- Həmişə yenilik edib irəli gedənlər, yaxşılar “daşlanır”. Əvvəllər musiqili meyxana da yox idi. İndi isə normal hal kimi qəbul edilir.
- Mahnılarında musiqili meyxanadan əsər-əlamət qalıb?
- Yüksək səviyyədə olmasa da, “Məhlə qızı”, “Küsdü balam” meyxanadır.
- Bəs, “Gəl yarım”, O mənim olmalıdır”?..
- Namiq Qaraçuxurlunqun “And içmişdik səninlə” mahnısına necə, meyxana demək olar?
- Bu, mahnıdır.
- Musiqili meyxanadır. Bu ifadə uzun olduğu üçün insanlar sadəcə mahnı deyir. Öz mahnılarıma musiqili əlyazma da deyirəm.
- Bəs, meyxana ritmi? Oxu tərzin də başqadır…
- Yəqin ki, 6/8 ritmini deyirsiniz. Aqşin Fateh, Vahid Qədim – hind, Namiq Qaraçuxurlu isə xalq üslubunda oxuyur. Mən də öz yolumu tapdım. Estradaya müraciət etdim ki, mahnılarıma elit təbəqə də qulaq assın.
- Düşünmürsən ki, əksinə oldu. Efirdə müzakirələr zamanı səni, demək olar ki, “bozbaş” kimi qələmə verirlər.
- Mən sevilirəm və məni camaatın gözündən salmaq üçün bilmirlər nəyə əl atsınlar. Bir ara Aygün Kazımova, Röya və Faiq Ağayevi də sıxışdırdılar. Amma onlar yenə də gündəmdə qaldılar. Gah “bozbaş”, gah da “qara millət” söhbətini ortaya atırlar. Meyxana sənətində “bozbaş” söhbəti yoxdur. Bəlkə, “qara millət”ə mahnı oxunmamalıdır?
- Yaradıcılığında nəyisə dəyişəcəksən?
- Yəqin. Təkrarçılığı sevmirəm. Artıq türk və Avropa üslublarına üstünlük verirəm.
- Eşitdiyimə görə, mahnılarınızı özün bəstələyirsən…
- Bəli. Yalnız öz mahnılarımı yazıb oxuya bilirəm. Onu da deyim ki, musiqi savadım var. Fortepiano sinfini bitirmişəm. Özümü bəstəkar saymıram, amma bir məqamı qeyd etmək istərdim. Sözsüz ki, bu gün sənətin yaşamasında ömürlərinin çox qismini bu yolda sərf edənlərin böyük əziyyətləri var. Amma sabah onlar həyatda olmayanda sənəti kim yaşadacaq? Təbii ki, biz cavanlar. Məncə, insanlar tərəfindən sevilən şəxslərin sənəti qəbul olunmalıdır. Xaricdə mahnıları maraq doğuran gəncləri irəli çəkimrlər, bizdə isə ayağını səkirlər ki, cilov ölənədək öz əllərində qalsın.
- Artıq 6 albomun işıq üzü görüb. Bu isə böyük vəsait tələb edir. Maliyyə dəstəyin haradandır?
- Kimsə deyə bilməz ki, Üzeyirə sponsorluq etmişəm. Əvvəllər sintezator çalmışam. Toylarda əldə etdiyim qazanc və ailəmin köməyi hesabına öz studiyamı açdım. Hər şeyi özüm edirəm. Həm söz və musiqi yazıram, həm də aranjeman edirəm. Mahnılarımın “tutmasının” bir səbəbi də bundadır. Albomlarımın işıq üzü görməsində isə “Səbuhi” (indiki adı “STS”dir) studiyası yardım edir.
- Yəqin toy dəvətlərin çoxdur. Toya neçəyə gedirsən?
- Əvvəllər toylara meyxanaçı kimi gedirdim. İndi isə öz mahnılarımı ifa edirəm. Bəzən meyxana da deyirəm. Toya bir saatı 3 min 500 manata gedirəm.
- Müğənnilər sənə mahnı üçün müraciət edirlər?
- Mənə əvvəllər də müraciət edirdilər. İndi bu hallar çoxalıb, çünki gənclərin damarını tuta bilirəm. Öz oxuduğum mahnıları istəyənlər də var.
- Yəqin duet təklifləri də var.
- Var, amma hələ tanınmış müğənnilərlə duet oxumağa tələsmirəm. İstəmirəm sabah çıxıb desin ki, Üzeyir özünü mənimlə reklam etdi. Bir qız fanatımla duet oxudum, o da qalmaqala səbəb oldu. Hamı elə bildi ki, o, Röyadır.
- Bəzi tez populyarlaşan insanlar “ulduz” xəstəliyinə tutulduqlarından tez də sönürlər. Hüseyn Dərya kimi…
- Hüseyn ortalığa birdən çıxdı. Hamı “Hüseyn” dedi, o da özünü itirdi. Bu təhlükə məndən uzaqdır, çünki tədricən tanınmışam. Hər şeyə alışmışam. Pis vərdişlərdənsə uzağam. Ürəyi Allahla olanı heç kim yolundan çıxara bilməz.
- Möminsən?
- Namaz qılmaq fikrim var. İnşallah, dini mahnılar da oxuyacağam. “Mən də namaza gəldim” adlı xüsusi albom buraxmaq fikrim də var. Bununla cavanları haqq yoluna çağıracağam.
- Qızlar necə, ağlını almırlar?
- Qızlarda qeyri-adi şey görmürəm. Hər gözəlin bir eybi var. Bunu tez-tez yada salıram, ağlım da başımda qalır. İnanın ki, şəxsi nömrəmi pulla alanlar da var. Bunu boş yerə edirlər. Ancaq əsl sevgi ağlımı ala bilər.
- Mütaliə edirsən?
- Xeyr. Buna vaxtım yoxdur. Amma məclislərdə dəyərli söz deyiləndə qulaq asmağa çalışıram.
- Bəs İnternetlə aran necədir? Facebook-da varsan?
- Lazım olanda internetə girirəm, amma Facebook və “Odnoklassnik”də oturmağa boş vaxt itirmək kimi baxıram.
- Telekanallar tərəfindən iqnor edilməyinə münasibətin necədir?
- Bu, faciə deyil. Mən ölümü də gözə alanam. Fərqi yoxdur, efirə çıxdım, klipim yayımlandı, populyar oldum, ya yox. Dünya malı dünyada qalacaq. İnsanlar məni qəbul etməsəydi, sənəti atardım.
- Bu yaxınlarda haqqında belə bir şayiə yayıldı ki, məmurlardan birinin qohumu sənə oxumağı qadağan edib…
- Bu, haqqımda yayılan boş şayiələrdən biridir. Yəqin mənim mövcudluğum artıq kimlərisə qorxudur ki, belə şayiələrlə məni vurmağa çalışırlar. Adını çəkmək istəmirəm, amma həmin məmurun oğlu ilə tanışıq və dost münasibətlərimiz var.
- Konsert vermək fikrin varmı?
- Nabranda, bəzi rayonlarda konsertlərim olub. 3 gün öncə isə Rusiyanın Pyatiqorsk şəhərində konsertim oldu. Hər şey əla keçdi. Başqa şəhərlərə də konsert dəvətləri aldım. İnşallah, Bakıda da konsertim olacaq.
- Yeri gəlmişkən, Rəqsanə ilə konsertin niyə baş tutmadı?
- Təklif onun tərəfindən gəlmişdi, problem də onunla bağlı oldu. Konsertim onsuz da olsa, düşünmürəm ki, tamaşaçı problemim olacaq.
Elşad ÜMİD
Xüsusi olaraq Kulis.az üçün

12953 dəfə oxunub
Oxşar xəbərlər
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri
14:00
10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024