Arvadı ilə teatra lüt gedən dahi!
18 avqust 2011
13:24
SONUNCU ROMANTİK
«Onun istedadı kəpənəyin qanadları üstündəki toz naxışları kimi təbii idi. Bir zamanlar o bunu kəpənək qədər anlayırdı. Amma toz naxışları silinəndə o bunu hiss etmədi. Sonra o başa düşdü ki, qanadları zədələnib. Amma artıq uçmaq həvəsi də qalmamışdı, xatirində sadəcə bir zamanlar necədə yüngül və gözəl uçduğu qalmışdı...».
Ernest Heminquey.
«Yaxşı kitab yazmaq, suyun altına batıb nəfəsini tutmaq kimi bir şeydir».
F. S. Fiscerald.
Birinci Dünya Savaşı ilə İkinci Dünya Savaşı arasındakı zaman kəsiyində, daha dəqiq desək, 20-ci və 30-cu illərdə Amerika Birləşmiş Ştatları öz tarixinin bəlkə də ən ziddiyyətli dönəmini yaşadı. Bir tərəfdən böyük iqtisadi böhran nəticəsində ciddi depressiya yaşayan Amerika cəmiyyəti digər tərəfdən özünün mədəni həyatında görünməmiş yüksəliş yaşadı. Spirtli içkilərin qadağan olunmasıyla mafiya və qanqsterliyin böyük yüksəlişə dırmandığı həmin illərdə Amerika cəmiyyəti yeni musiqi janrının - Cazın əsirinə çevrilmişdi. Eyni zamanda Amerika ədəbiyyatı özünün gəlmiş-keçmiş ən böyük dönəmini yaşayırdı. Anderson, Drayzer, Sinkler, Folkner, Hemenquey, Vulf, Dos-Pasos, Steynbek və digərləri... Bu yazarların hər biri 20-ci əsr dünya ədəbiyyatına adlarını qızıl hərflərlə yazmağı bacardı. Onların əksəriyyəti ədəbiyyata 20-ci illərdə gəlmişdilər.
Və təbii ki, Frensis Skott Fiscerald. Müasir klassik Amerika ədəbiyyatının Folkner, Vulf və Hemenqueylə birlikdə 4 əsas simasından biri. Müasirləri Fisceraldı «caz əsrinin ədəbi qəhramanı» adlandırırdılar.
Gənclik illərindən ünsiyyətdə olduğu Heminquey ona qarşı birmənalı rəy sərgiləməsə də və bir çox hallarda ona qarşı münasibətdə ədalətsiz davransa da, hər zaman yaradıcı həyatında ona borclu olduğunu söyləyirdi. Tomas Vulf yaradıcılıq prinsipləri üzərində onunla mübahisə etsə də, bəzən «Böyük Getsbi»nin və «Zərif gecə»nin müəllifinin iziylə gedirdi. Və yaradıcılığı Fiscerald yaradıcılığından tamamilə fərqlənən və bütün aspektlərdə ondan çox uzaqlarda olan Folkner yaradıcılığı ilə Fiscerald yaradıcılığı arasında müəyyən əlaqələr vardı. Onların yaradıcılığını keçmişlə bu günün arasında əzab və işgəncə dolu əlaqə birləşdirirdi.
Fiscerald «caz əsrinin» yaşadığı sərsəm karnavalın nümayəndəsi idi. O hər zaman bu karnavaldan yazdı və bütün yaradıcılığı boyunca heç dəyişmədi. Fisceraldın birinci romanı ilə sonuncu romanı arasında heç bir yaradıcılıq inkişafı baş vermədi. Bu Heminqueyi qəzəbləndirdi, Folknerdə isə təəssüf hissi yaratdı və ona qarşı qeyri-ciddi münasibət formalaşdırdı. Folknerə görə Fiscerald «Böyük Getsbi»dən savayı heç bir şey yazmasaydı da, heç nə dəyişməyəcəkdi.
Ona görə də Fisceraldın istedadını standart istedad adlandırmaq daha doğru olardı.
Şöhrət ovçusu
Fiscerald yeniyetməlik dövründən şöhrət axtarışında olub. 30-cu illərin sonlarında Priston Universtetindən tələbə dostu Con Bişop: «Sən 17 yaşında indi yazdığından yaxşı yazırdın», deyərkən Fiscerald bir neçə saniyə düşünüb cavab vermişdi: «15 yaşımda desən, razılaşaram».
Fiscerald özünün böyük və istisnasız istedadı ilə öz ədəbi nəsli içində ən tez parlayan və ən tez sönən ulduz oldu. 30-cu illərdə Folkner, Heminquey, Vulf istedadlarının yeni mərhələsini inkişaf etdirirkən, o artıq tükənmişdi. Və onun tükənməsində iki şey rol oynamışdı. Birincisi, aid olmadığı ortamda yaşadığı həyat tərzi və ikincisi, içki.
1920-ci ilin martında 24 yaşlı Fisceraldın ilk kitabı, «Cənnətin bu tayında» kitabı nəşr olunduqdan sonra o, qısa müddət ərzində şöhrətin zirvəsinə yüksəlir və öz ədəbi nəslinin şahzadəsinə çevrilir. Elə həmin il orta zümrəyə aid olan Fiscerald bir il əvvəl tanış olduğu kübar zümrədən Zelda Seyrlə evlənir.
Zelda ilə evlənmək üçün Fisceralda şöhrətin zirvəsinə çıxmaq gərəkir. Çünki Alabama ştatı məhkəməsinin sədri və çox varlı olması ilə kübar cəmiyyətdə kifayət qədər nüfuza sahib olan Zeldanın atası qızını səfil bir yazıçıya verməkdən imtina edir.
Elə ona görə də Fiscerald yeniyetməlik dövründə yazdığı «Romantik eqoist» adlı əlyazması üzərində qısa zaman kəsiyində düzəlişlər edib «Cənnətin bu tayında» adıyla nəşr etdirir. Kitab gənc yazıçıya o qədər böyük şöhrət gətirir ki, Amerikanın bütün kübar cəmiyyəti Fisceraldın fanatına çevrilir. Amerikanın ən böyük qəzetləri Fisceraldın hər balaca yazısına görə ona böyük qonorarlar verirlər.
Cəmi 6 ay müddətinə istədiyinə nail olan Fiscerald Zelda ilə evlənir. Və bu evlilik onun həyatının ən böyük səhvi olur. Zelda onun istedadını tükədən əsas faktora çevrilir.
Kübar cəmiyyətin şıq modabazı
Zelda ilə evləndikdən sonra kübar cəmiyyətə daxil olan Fisceraldın həyat tərzi dəyişir. Həddindən artıq şöhrətpərəst olan Fiscerald sürətlə dəyişir. Arvadı ilə Amerikanın ən böyük və ən bahalı otellərində yaşayan Fiscerald demək olar ki gecə həyatı yaşayır, böyük ziyafətlər verir, ayıq vaxtı olmur. Kübar həyatın böyük xərclərini ödəmək üçünsə böyük qonorarla qəzetlərə məqalələr yazır.
“Caz əsri”nin qəhrəmanı olan fisceraldlar həmişə gözləniləməz və düşük hərəkətləri ilə diqqət mərkəzində olurdular. Amerika kübar cəmiyyətinin avanqardı hesab olunan Skott və Zelda cütlüyü elə şeylər eləyirdilər ki, görənlərin ağzı açıq qalırdı. Gah taksinin damının üstündə oturub şəhərə gəzməyə çıxır, gah da lüt şəkildə teatrda görünürdülər. Fisceraldların olduğu hər yerdə böyük dava-dalaş olurdu.
Kübar həyatın təmtərağından yorulan Fiscerald bir dəfə belə demişdi: «Bilmirəm biz Zelda ilə real adamlarıq, yoxsa mənim romanlarımın personajlarından biri».
Buna baxmayaraq Fisceraldın içindəki şeytan yaşamaqda davam edir. Bu illərdə o klassik müasir Amerika ədəbiyyatının incilərindən hesab olunan «Böyük Getsbi» ni və «Zərif gecə»ni yazır. Bundan başqa Skott bir neçə hekayə kitabını nəşr etdirir və bütün bu kitablar Amerika cəmiyyətində yüksək qiymətləndirilir. Bu illərdə o doğurdan dünyanın böyük ədəbiyyatının əsas simalarından biri idi.
Demək olar ki, hər zaman arvadı Zelda ilə birlikdə sərxoş olan Fiscerald, nə qədər qəribə və inanılmaz olsa belə, 1920-30-cu illərdə çox məhsuldar işləyir. O, dövrünün ədəbi hadisələrindən biri idi. Onun kitablarını oxuyan zaman inanmaq olmaz ki, bu kitabları sərxoş adam yazıb.
Əyyaş və yalançı
1924-cü ildə Fiscerald Zelda ilə birlikdə Avropaya səyahətə çıxır. Qoca Avropa 28 yaşlı gənc şöhrətdən heyrətə gəldi. Az qala bütün səyahət boyunca arvadı ilə birlikdə durmadan içən Fiscerald hər kəsin diqqət mərkəzinə çevrilir. Bəziləri əyyaş cütlükdən dəhşətə gəlir, bəziləri iyrənir, bəziləri isə heyranlıqlarını gizlədə bilmirdi…
Artist və rəqqasə Sara Meyfild Fisceraldın ölümündən sonra yazmışdı: «Mən heç bir zaman Skott Fisceraldı ayıq görmədim, amma o mənim böyük dostum idi. O tez-tez mənə necə “poxmel” (süstlük) olmamağın metodundan danışardı. Səhər tezdən təmiz viskini başına çək və sonra bütün gün iç, içdiyin qədər. Heç vaxt “poxmel” olmayacaqsan».
Bütün dahilər və əyyaşlar kimi Fiscerald da böyük yalançı idi. O durmadan yalan danışır, hətta 10 dəqiqə əvvəl dediyi yalanı unudub, eyni şeyi başqa cür uydururdu. Çox gənc olmasına baxmayaraq, Fiscerald həmişə yaşını gizlədir, daha cavan görünmək üçün dəridən-qabıqdan çıxırdı. Vulqar və meşşan təbiətli olan Fiscerald yaşı haqqında o qədər yalan söyləmişqdi ki, hətta sonunda doğulduğu ili belə unutmuşdu. Ona görə də nənəsindən yaş kağızını ona yollamağı xahiş eləmişdi.
Qədərin sərt üzü
1925-ci ildən başlayaraq Fisceraldın həyatında çətin günlər başlayır. Elə həmin il «Böyük Getsbi»ni nəşr elətdirir. Şöhrətinin zirvəsini yaşayır. Bütün ədəbiyyat ondan bəhs edir.
Ancaq tale insanı həmişə axarla aparmır. Bəzən axara qarşı sürükləyir. Bəzən isə insan özü öz taleyini axara qarşı götürür. Fiscerald da öz taleyini axara qarşı sürükləmişdi. Az qala Roma imperatoru Neron qədər həyatın dadını çıxarmaq üçün həyatın dibinə enən Fiscerald nəticədə axtardığının əvəzinə böyük bir boşluğun içinə düşərək xəyal qırıqlığına uğramışdı.
Adam Tanrı olmaq istəyərkən zavallı bir çarəsizə çevrilmişdi. «Böyük Getsbi» onun acımasız cəmiyyətdən almaq istədiyi böyük intiqam cəhdi idi. Amma intiqamının hər nə qədər böyük olmasına cəhd eləsə də, sonucda «intihar» etməyə məcbur olmuşdu.
1925-ci ildə ifrat alkoqolun nəticəsi olaraq arvadı Zeldada şüur pozğunluğu yaranmağa başlayır və Zelda tədricən ağlını itirir. Tezliklə Zeldada şizofreniya təsbit edilir və müalicəsinin imkansız olduğu bildirilir.
Bu azmış kimi Fiscerald böyük maliyyə problemi ilə üzləşir. Artıq onun yazılarına heç kim böyük qonorarlar təklif etmir. Aldığı böyük qonorarları isə arvadı ilə birlikdə çoxdan eyş-işrətə sərf eləmişdi.
Böyük mənəvi əzablar çəkən yazıçı əvvəlkindən daha çox içməyə başlayır. Ona hər şeydən çox əzab verən isə çox sevdiyi Zeldanın vəziyyəti idi.
Fiscerald çoxlu hekayələr yazmağa girişir. Bu yolla bahalı həyatını davam etdirməyə və arvadının problemlərini həll etməyə çalışır. 1930-cu ildə Zelda ağlını tamamən itirir. Fiscerald 1934-cü ildə nəşr etdirdiyi «Zərif gecə» romanında həm Zelda ilə, həm də öz taleyi ilə bağlı bütün ağrı və acılarını ortaya qoymağa çalışır. Buna baxmayaraq Amerika onun son romanına biganəlik nümayiş etdirir. Artıq onun bütün xəyalları puç olub və o özünü yaratmağa cəhd edir.
Elə həmin illərdə Fisceralda Heminqueydən ağır bir zərbə vurulur. Məşhur «Klimancaro qarları» hekayəsini yazan Hemenquey orda Fisceraldın obrazını yaradır. Həm də ilk nəşrdə hekayənin qəhrəmanının adı Skott olur. Fisceraldın və digərlərinin təpkisindən sonra Hemenquey qəhrəmanının adını dəyişir.
1935-ci ildə məlum oldu ki, Zeldanı artıq heç vaxt psixiatrik klinikadan çıxarmaq mümkün olmayacaq və bu fakt Fisceraldın depressiyasını daha da artırdı.
Ölməz yeniyetmə
Fiscerald bütün ömrünü nə istədiyini bilməyən böyük mücərrəd xəyallar arxasınca qaçan və sonucda özünün böyük istedadını öldürmək üçün hər şeyi edən bir yeniyetmə kimi yaşadı. O həyatını bir zırrama kimi yaşasa da, böyük istedadı sayəsində adını ölməzlər sırasına yazmağı bacardı.
Onun haqqında az qala bir kitabxananı dolduracaq qədər tədqiqatlar və memuarlar yazıblar. Hətta onun Zelda ilə məhəbbəti uzun illər boyu Amerikada dillər dastanı olub.
Hər nə qədər uğursuz və acınacaqlı taleyə sahib olsa da, Fiscerald yaradıcılığı Amerika və Avropada Böyük Ədəbi Sıçrayışın bariz nümunələrindən biri idi. «Böyük Getsbi» Amerika ədəbiyyatının ilk böyük nümunələrindən biri idi.
Fisceraldın əsərlərini, əsasən də «Böyük Getsbi» və «Zərif gecə»ni oxuyarkən hər şeydən əvvəl obrazların və süjetin çox planlı olması, cümlələrin konstruksiyası və nə qədər ağır olsa da, bir o qədər də axıcı və ritmik olan yazı texnikası adamı şaşırdır.
O, hər nə qədər anlamsız və dəli-dolu bir həyat yaşasa da, bütün ömrünü öz nəslinin avanqardı rolunu oynadı. Fisceraldın yaradıcılığı Hemenquey yaradıcılığı kimi sadə, asan və gözəl deyildi, onun yaradıcılığı «məhv olmuş gözəllikdi». Ona görə də Fisceraldın xəfif psixoloji aurasına girmək bir qədər çətindir.
Fiscerald Coys və Folkner kimi böyük başlanğıcların başlanğıcı ola bilərdi, amma ideyasız, iradəsiz və yüngül, həmçinin şirin həyat dəlisi olması, onu bu böyüklükdən məhrum etdi. Onun demək olar ki, bütün əsərlərini sərxoş vəziyyətdə yazması bir daha sübut edir ki, Fisceraldın istedadı unikal və təkrarolunmaz isteddadır.
Frensis Skott Fiscerald 1896-cı ildə Minnesota ştatının Sent-Pol şəhərində doğuldu. ABŞ-ın dövlət himninin mətnin müəllifi Frensis Skott Ki onun ulu babası idi və o öz adını ulu babasından ərmağan olaraq almışdı.
O, “Böyük Dördlüy”ün ən böyüyü idi. Folknerdən 1 il 1 gün, Heminqueydən demək olar ki üç il, Vulfdan isə 4 yaş böyükdü. O da bir çox dahilər kimi 45 yaşına qədər yaşaya bilmədi.
O, Amerikanın ən prestijli universitetlərindən biri hesab olunan “Prinston” universitetində təhsil alsa da, həmin universitetin diplomunu ala bilməyib. Özünün dediyi kimi, «iki romanın sujetini götürərək» könüllü olaraq orduya yazılıb. Ordudan qayıtdıqdan sonra isə özünü ədəbiyyata və Zeldaya təslim edib.
1937-ci ildə ağır mənəvi və maddi böhran keçirən Fiscerald özünə çörək pulu qazanmaq üçün Hollivudda ssenarilər yazmağa qərar verir. Burda Şeyl Qremlə tanış olur və onlar birlikdə yaşamağa başlayırlar.
1939-cu ildə o Hollivuddan bəhs edən «Sonuncu maqnat» romanını yazmağa başlayır. Lakin romanı sona çatdıra bilmir və 1941-ci ildə ürək çatışmazlığından Şeyl Qremin evində ölür.
Ömrünün son illərində o qəzəbli və çox əsəbi idi, əvvəlki kimi çox içirdi.
Hətta ölümündən bir qədər əvvəl söyləmişdi:
«Alkoqolu əvvəl içirsən, sonra alkoqol alkoqolu içməyə başlayır, daha sonra isə alkoqol səni içir».
Azər QARAMANLI

1588 dəfə oxunub
Oxşar xəbərlər
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi
09:00
6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?
15:00
5 dekabr 2024