Əfqan qızının gözləri - FOTOSESSİYA

Əfqan qızının gözləri - FOTOSESSİYA
29 avqust 2012
# 12:00
Məşhur fotoqraf Stiv Makkari 1984-cü ildə bir qaçqın düşərgəsində çəkdiyi əfqan qızının portreti ilə məşhurlaşıb.

Şarbat Gula adlı qızın fotosu 1985-ci ildə “National Geographic” dərgisinin üz qabığında çıxıb. Bunda sonra dünyanın ən məşhur fotolarının sırasında yer alıb.

Makkari Türkiyənin “Hürriyet” qəzetinə müsahibə verib.
Müsahibədə Makkari öz yaradıcılığı haqda və o məşhur fotonun maraqlı tarixçəsini danışıb.

Kulis.az Stiv Makkarinin müsahibəsini təqdim edir.


- Necə başladınız fotoqrafiyaya?

- Əslində kinematoqrafiya ilə maraqlanırdım. Cənubi Amerikaya səyahət edən zaman əlimə fotoaparat keçdi. Bir daha onu əlimdən yerə qoya bilmədim. Ara vermədən foto çəkməyə başladım. Əvvəlcə bunu karyera olaraq düşünmürdüm. Bir küçən küçədə yatan bir kişinin şəklin çəkdim. Mənə o qədər təsir etdi ki, bütün həyatımı fotoqrafiyaya həsr etməyə qərar verdik.

- Karyeranıza 1989-cu ildə Əfqanıstan müharibəsi ilə başlamısınız. Sonra Livan, Kamboca, İran, İraq kimi mühariə gedən qaynar nöqtələrdə olmusunuz. Sizi bu yerlərə aparan nə idi?

- Heç vaxt elə bir məqsədim olmayıb ki, mütlə dünyanın təhlükəli bölgələrində işləməliyəm. Amma oralardakı “görünməz həyatlar” mənə çox təsirli gəlirdi. İnkişaf etmiş cəmiyyətlərdən fərqli olaraq, Əfqanıstan, Birma, Kamboca kimi ölkələrdə insanlar həyatlarını çox açıq yaşayırlar. Oralarda şəxsi həyat anlayışı yoxdur. Bu da bizə oradakı həyatları açıq görmək imkanı verir. Qarşıdurma olan regionlarda baş verən hadisələri yox oradakı insanları çəkməkdən xoşum gəlir. Məqsədim çox fərqli həyat şəraitində yaşayan insanlar arasındakı bəşəriliyi tapmaqdır. Buna görə də insanlar çəkdiklərimə fərdi deyil, daha bəşəri bir gözlə baxa bilirlər.

- Gördüyünüz bu qədər şey arasında sizə ən çox nə təsir edib?

- Birinci Körfəz müharibəsindən sonra Kuveytdə işləmək çox sürreal və unudulmaz bir təcrübəydi. İraq ordusu geridə çox qorxunc bir təxribat quraraq geri çəkilmişdi. 600 neft quyuru yanırdı. Günün günorta çağı tüstü havanı qap-qara edirdi. Hara gedirdinsə, hər yerdə insanlar panika içindəydi. Ac heyvanlar küçələrdə gəzişirdi. Hər tərəf iraqlı əsgərlərin meyitləriylə doluydu. Cəhənnəm mənzərəsi var idi.

- Heç elə oldu ki, “burda nə işim var!” deyə fikirləşəsiniz?

- Bir dəfə yox, ölümlə üz-üzə gəlməyim bir neçə dəfə oldu. Bir dəfə planyorlo Yuqoslaviyada havadan çəkiliş edərkən bir gölə düşmüşdük. Bir dəfə də Əfqanıstandakı qaldığım otel otağının 10 metrliyinə bomba düşmüşdü. Qapılar və pəncərələr dağılmışdı. Mən macəra axtarmırdım. Bunlar yaşadığımız dünyanın həqiqətləridir. Bütün bunları dünyanın başqa bir tərəfində fərqli həyatlar yaşayan insanlarla paylaşmaqdan zövq alıram.

- Ən çox nələri çəkməyi xoşlayırsınız?

- Sadə insanları. Balıqçıları, dua edən rahibləri, torpaq belləyən kəndliləri... Gündəlik rituallar mənə ilham verir. Nelson Mandelanı yenidən çəkmək istərdim. İmkan tapsam Ayişvaria Ray, Dalay Lama və Aung San Suu Kini portretlərini yaratmaq istərdim. Tarixi bir şəxsiyyəti seçməli olsaydım Mustafa Kamal Atatürkü seçərdim. Üzündə çox təsirli ifadə var.

- Sizcə, bu günə qədər çəkdiyini ən yaxşı foto hansıdır?

- Hindistanda Racastan şəhərinin göy rəngə boyanmış tarixi bir məhəlləsini çəkmişdim. Orda uşaqların əl izlərini qoyduqlarını bir divar vardı. Gözlədim ki, adamlar divarın qabağından keçib getsinlər. İstəyirdim bir adam divara baxan yerdə çəkiliş edim. Nəhayət, bir uşaq gəlib divara baxmağa başladı. Onu çəkdim

- 30 il istifadə etidiyiniz Kodachrome fotolentlərinin istehasalatı dayandırılıb. Bu lentlərlə son 36 fotonuzu çəkmisiniz. Son 36 fotonu çəkəndə hansı hissləri keçirirdiniz?

- İkonaya çevrilmiş lentlərlə son fotoları çəkmək böyük məsuliyyət tələb edirdi. Bir dövr bitirdi və sanki köhnə bir dosta öz sevgimi göstərməliydim.

- Son lentə çəkmək istədiklərinizi necə seçdiniz?

- Çox fikirləşib qəribə fraqmentlər tapmağa çalışdım. Fraqmentlərə hakim olmaq üçün bir seriya portret çəkdim. O anı, pozları, fonu özüm müəyyən etdim. Son 36 fotonun xüsusi olmasını istədim. Portretlərini çəkəcəyim adamların ikonik olmasına diqqət yetirdim. Robert De Niro, Amitab Baçkan və Ara Gülər kimi.

Əfqan qızının portreti haqda

1984-cü ildə Əfqanıstanda müharibəni çəkirdim. O vaxt Pakistan sərhədində yaşayan 3-4 milyon Əfqanıstan qaçqını var idi. Qaçqın düşərgəsində çəkiliş edirdim. Çadırlardan birindən bir səs eşitdim. Gənc qızlar üçü məktəb yaratmşdılar. Müəllimlərdən icazə aldım ki, bir neçə foto çəkim. Həmin vaxt Şarbat Qulanı gördüm. Adamı məhv edən gözləri var idi. Travmatik, qorxu içində olan gözlərindən çox təsirləndim. Yalnız beş dəqiqə çəkiliş apara bildim. Bəxtim gətirdi. Çəkiliş üçün ideal şərait yaranmışdı. Təsəvvür edin, işıq, fon, geyim, vücud dili... Hamısı qaydasındaydı. İllər boyu o fotoyla bağlı bir çox məktub, telefon zəngləri gəlib. Nəhayət, o əfqan qızını tapmağa və həyat hekayəsini öyrənməyə qərar verdim. 2002-ci ildə Şarbatın yaşadığı qaçqın düşərgəsinin yox ediləcəyini öyrəndim. Bunun mənim üçün son şans olduğunu düşünüb düşərgəyə getdim. Hamıya o fotonu göstərdim. Lakin tapmaq mümkün deyildi. Artıq geri dönmək istəyirdim. Çünki tapa bilmirdim. Son anda bir nəfər gəlib o qızla 10 il bundan qabaq qonşu olduqlarını bildirdi. Bir neçə gün sonra da Şarbatın qardaşıyla gəldi. Qardaşını görəndə başa düşdüm ki, qızı tapmışam. Çünki eyni yaşıl rəngdə gözləri var idi.

Evli, müsəlman bir qadının yenidən şəklini çəkməyim üçün qabağımda xeyli əngəl var idi. Ancaq ailəsi anlayışla qarşıladı.
Mən birinci dəfə onun şəklini çəkəndə 12 yaşı var idi. İndi isə 30 yaşındaydı.

Ona bu illər ərzində fotosunun dünyada necə məşhur olmasından danışdım. Dedim ki, bu foto mən də daxil olmaqla insanların həyatında dərin izlər buraxıb.

Kompüter vasitəsilə gözlər yoxlanıldı. Müəyyən edildi ki, bu doğurdanda mənim fotosun çəkdiyim həmin qızdır.

2002-ci ildə “National Geographic”in üz qabığında ikinci dəfə Şarbat Qulanın fotosu getdi.

O fotodan əldə edilən gəlirlə Kabildə bir məktəb tikdik.

Çevirdi: Elmin HƏSƏNLİ
# 1517 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #