Türklər çox içir, yoxsa ərəblər? - ARAŞDIRMA

Türklər çox içir, yoxsa ərəblər? - ARAŞDIRMA
19 iyul 2011
# 16:21
Türkiyənin “Cumhuriyyət” qəzetinin yazarı, professor Aysel Ekşi Dünya Səhiyyə Təşkilatının 93 ölkədə üçün hazırladığı hesabatda Türkiyədəmi, yoxsa Ərəbistandamı daha çox spirt istehlak edildiyini analiz edib. Ekşi Ərəbistandakı spirtli içki və narkotik maddə istifadəsinə dair maraqlı faktlar açıqlarıb.


Həmin analiz yazısını diqqətinizə çatdırırıq:


Son illərə qədər ölkəmizdə heç kimə içki içdiyi və ya içmədiyi üçün təzyiqlər edilməyib. Hələ də gənclərimizdə spirt istehlakı, spirti qadağan edən və ya məhdudlaşdıran ölkə gənclərindən daha az olduğuna görə son illərdəki səylər nə qədər mənalıdır?

Spirtin təhlükələrini görməzlikdən gəlmək və gənclərdə içkini həvəsləndirmək hər halda heç birimizin məqsədi ola bilməz. Amma içmək, ya da içməmək – bu, gəncin fərdi seçimidir. Ona müəyyən dövrə qədər ailəsi, daha sonra isə özü nəzarət edə bilər. İçkinin qədərini də, təhlükələrini də gənclərə öyrətmək və onları qorumaq, şübhəsiz ki, ailələrinin vəzifəsidir. Ailələrin çarəsiz qaldığı məqamlarda isə dövlət işə qarışma və lazım olanda bəzi tədbirlər görə bilər.

Halbuki bir müddətdir ölkəmizdə tək gənclərin deyil, bütün toplumun spirtli içki içməsi məsələsi qabardılıb. Sonra da bu səylərin “gənclərimizin spirt asılılığının qarşısını almaq üçün olduğu” bildirilir.

O zaman sual əmələ gəlir: alkoqol ölkəmizdə yetkinlər və gənclərimiz üçün həqiqətən problem yaradacaq səviyyədədirmi? Aparılan araşdırmalar da, Dünya Səhiyyə Təşkilatının (DST) açıqlamaları da, türk gənclərində spirtdən istifadə etmənin digər dünya ölkələri ilə müqayisədə çox aşağı olduğunu göstərir. DST-nin hesabatlarına görə, məsələn, 15-19 yaşlarındakı gənclərin İngiltərədə 30%-i “yüksək” sayılan dərəcələrdə spirt istifadə edir: kişilər – 33, qadınlar 27%. ABŞ-da cəmiyyətinin 11%-i yüksək dərəcədə spirt qəbul edir: qadın və kişilər arasında fərq çox azdır.

Göstəricilər Norveçdə – 15, Polşada – 31, İsveçdə – 17%-dir. Türkiyədə eyni yaş qrupundan olan gənclərin alkoqol qəbuli isə 1.4%-dir.

Gənclərimizin digər ölkə gənclərindən daha az spirt içməsi, şübhəsiz, sevindiricidir və rəqəmin azalmasını da istəyirik. Bu cədvəlin ölkəmizdə ümumiyyətlə ailələrimizin mehribanlığından və ailə bağlarımızın güclü olmasından qaynaqlandığı düşünülür.

Gələk “ölənə” qədər içki içənlərə. DST-nin 93 ölkədə yetkinlər arasında apardığı araşdırmanın nəticəsi belədir.

Adam başına düşən alkoqol sərfi litrlə Almaniyada –12.0, Yunanıstanda – 9.0, Kanadada – 7.8, Çində – 5.2, İsveçrədə – 10.8, İsveçdə – 6.0, ABŞ-da – 8.6, İngiltərədə – 11.8 , Türkmənistanda – 1.2, Tunisdə – 1.2, Misirdə – 0.2, Türkiyədə – 1.4-dür. Türkiyənin bu sıralamadakı göstəriciləri də heç, şübhəsiz ki, sevindiricidir.

Dünyanın hörmətli və etibarlı psixiatriya jurnallarından birində Misirdə və Körfəz ölkələrində alkoqol istifadəsini müqayisə edən bir araşdırma yazısı çap olunmuşdu. Araşdırmaçılar Misirdə spirtli içki tapmağın çətin olmadığına, Körfəz ölkələrində isə dini səbəblərə görə bu içkilərin satış və istehlakının tamamilə qadağan edildiyinə diqqət çəkiblər. Satışı və içilməsi qadağan olduğu halda, Körfəz ölkələrində spirt istehlakının və alkoqolizmin Misirdən daha çox olduğu müəyyən edilib.

Görəsən, 1979-cu il İran inqilabından sonra doğulan və indi İran gəncliyini təşkil edənlərin alkoqola münasibəti, qadağalarla nə dərəcədə üst-üstə düşür?

Çox ciddi dini təzyiq, məhdudlaşdırma və qadağaların olduğu ölkələr DST statistikalarında yer almayıb. Çünki həmin ölkələr onlarda belə bir problemin olduğunu qəbul etmirlər. Buna görə də elmi araşdırmalara və nəşrlərə çox nadir hallarda rast gəlinir.

Belə nadir araşdırmalardan biri İranın Təbriz şəhərində 2005- 2006 illərində 16 yaşındakı gənclər arasında aparılıb. Gənclər onlara verilən yazılı suallara adlarını açıqlamadan cavab veriblər. Nəticələrdən məlum olub ki, gənclərin 10%-i spirtli içki və 2.2%-i narkotik maddə istifadə edir.

Bir başqa araşdırma isə 2002-ci ildə Tehranda yaşayan 15-18 yaşlı 1385 gənc arasında aparılıb. Bu qrup bütün bölgəni təmsil edəcək gənclərdən seçilib. Cavabların gizli qalması üçün bütün tədbirlər görülüb. Gənclərin 80%-i özlərini dindar hesab edir. Bu çox dindar gənclərin 17%-i spirtli içki və 2%-i narkotik istifadə etdiyini açıqlayıb. “Tibb işçisi” olacaq tələbələr arasında da eyni məzmunlu araşdırma aparılıb. Gələcəyin 400 tibb işçisindən qızların 27 və oğlanların 61%-i narkotikdən istifadə edirmiş. Spirtli içkidən istifadə nisbəti isə 5.8% olub

Səudiyyə Ərəbistanıda vəziyyət necədir?

Ciddi şəkildə qadağan olunmasına və günah sayılmasına baxmayaraq, alkoqol və narkotik maddə istifadəsi və asılılığının ciddi problem olduğu mütəxəssislər tərəfindən bildirilib. İlk dəfə 1987-ci ildə yalnız narkotik aludəçisi olan kişilərin müalicəsi üçün ər-Riyadda “əl-Amal” xəstəxanası açılıb.

Xəstəxanadan buraxılanların dörddə biri yenə alkoqoldan və narkotikdən istifadəyə davam etdikləri üçün üç dəfədən çox xəstəxanaya yerləşdiriliblər. Aludəçilərin 24%-i spirt, 23%-i sakitləşdirici, qalanları isə narkotik maddələr istifadə edirmiş. Qadın asılılar isə birbaşa Ciddədəki psixiatriya xəstəxanasına yerləşdiriliblər. Qadınlarda aludəçilik nisbətinin 2.7% olduğu müəyyən edilib.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrliklərindəki aludəçilərin müqayisə edildiyi bir araşdırmaya görə, Səudiyyə Ərəbistanıda əksəriyyət heroin, BƏƏ-də isə nəşə, spirt, sakitləşdiricilər, narkotiklər və kokaindən istifadə edirlər. Araşdırma iki həqiqəti ortaya qoyur: Nəşə və spirt hər iki ölkədəki aludəçilər üçün də əhəmiyyətlidir. İkincisi, Birləşmiş Ərəb Əmrliklərində daha çox adam yalnız bir növdən yox, daha çox maddədən asılı vəziyyətdədir.

Son illərə qədər ölkəmizdə heç kimə içki içdiyi və ya içmədiyi üçün təzyiqlər edilməyib. Hələ də gənclərimizdə spirt istehlakı, spirti qadağan edən və ya məhdudlaşdıran ölkə gənclərindən daha az olduğuna görə, son illərdəki səylər nə qədər mənalıdır?


Yazıya əlavə:

Dünya Səhiyyə Təşkilatının açıqlamasına görə, Azərbaycan spirt istehlakına görə dünyanın ilk 20-liyində yer alır – bir ildə adambaşına düşən alkoqol miqdarı 4.66 litrdir.

Adambaşına düşən təmiz spirt sərfiyyatına görə də Azərbaycan yüksək göstəricilərə malikdir – adambaşına (15 yaşdan yuxarılarda ) 6.94 litr. Müqayisə üçün bildirək ki, Türkiyədə bu rəqəm – 1.48, Ukraynada – 4.04, Gürcüstanda – 2.41-dir. Həmin açıqlamada Azərbaycanda qadınların – 12, kişilərin isə – 36%-nin spirtli içki qəbul etdiyi müəyyən olunub.


Vüqar QURDQANLI
# 1430 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #