Abort – ana bətnində qətl?

Abort – ana bətnində qətl?
4 iyul 2011
# 13:33
Abort – müasir dövrdə geniş müzakirə olunur

Lakin tarixə nəzər yetirdikdə hamiləlikdən azad olunmanın bu üsulu keçmişdə də xeyli mübahisələr doğurub.

Antik dövrlərdə həkimlər bəzi bitkilər, kəsici alətlər və digər üsullarla abort ediblər. Tibb elminin yaradıcısı olan Hippokrat isə öz məşhur andındakı mətndə qədim Yunanıstandakı həkimlərə iti alətlərlə abort etməyi qadağan etmişdi. Hippokratın andında deyilir: “Heç bir qadına qarşı abort qurğusundan istifadə etməyəcəyəm”.

Yunan filosofu Aristotel isə tamam əksini düşünürdü: “Əgər ər-arvad uşağın doğulmasına qədər gözləməyin əleyhinədirlərsə, onda döl ona duyğu və həyat verilməmişdən əvvəl tələf edilməlidir”.

Orta əsrlərdə də ağır dini qadağalara baxmayaraq, abort həyata keçirilirdi. Xristian kilsəsi həmişə aborta qarşı sərt münasibət sərgiləyirdi və Papa V Stefan 887-ci ildə kilsə hökmündə yazırdı: “Əgər kim qadının bətnindəkini məhv eləsə, o insan qatilidir”.

Sonralar tibbin inkişafı və həkimlərin müdaxilə imkanları artdıqca abort çox tez-tez aparılan bir əməliyyat halına gəldi.

Abortu 20-ci əsrdə ilk dəfə azad elan edən ölkə SSRİ oldu. 1919-cu ildə abort SSRİ-də qadının istəyi əsasında tətbiq olunmağa başladı. SSRİ-nin atdığı addım sonralar digər Avropa ölkələri üçün bir örnək oldu. Bununla belə, bu gün də bir sıra dövlətlərdə abort qadağandır.

Latın Amerikası ölkələri olan Çili, Salvador və Nikaraquada abort hökümət tərəfindən rəsmən qadağan olunub. Brazilya və Paraqvayda isə yalnız zorlanma hallarında aborta icazə verilir.

Qərb ölkələrinin demək olar ki, hamısında abort qadının istəyi əsasında gerçəkləşdirilir. İspaniyada abortlar 1985-ci ildə leqallaşdırılıb və aborta yalnız zorlama halı olduqda, döldə ciddi anomaliyalar aşkarlandıqda, doğuş riskli olduqda, qadının fiziki və psixi sağlamlığı imkan vermədikdə icazə verilir.

İngiltərədə hamiləliyin dörd ayına qədər aborta icazə verilir. Ancaq bu qanun katolik Şimali İrlandiyaya şamil olunmur.

Fransada qanuni abort üçün limit 10 həftədir. Yunanıstan, Danimarka, Norveç və Portuqaliyada da abort üçün qanuni limit 10 həftə olaraq müəyyənləşdirilib. Almaniya, Belçika və Avstriyada limit müddəti 12 həftədir. İsveçrə ve Hollandiyada isə 24 həftəyə qədər aborta icazə verilir. Malta, İrlandiya ve Polşa kimi ölkələrdə hələ də aborta qarşı məhdudiyyətlər var.

SSRİ-nin siyasi varisi olan Rusiyada 1919-cu ildə götürülən qadağa, 1936-ci ildə yenidən qanuni qüvvəsinə minib. 1955-ci ildən bu yana isə 12 həftəyə qədər abort sərbəst buraxılıb. 2009-cu ildə Rusiya prezidentinin xanımı Svetlana Medvedyevanın təşəbbüsü ilə doğulmamış uşaqların mühafizəsi və anaların sağlamlığına naminə “Mənə həyat bəxş elə” adı altında aksiya keçirilib.

Dünyanın əhalisinə sayına görə ikinci lider ölkəsi Hindistanda hamiləliyin ilk 12 həftəsində aborta icazə verilir. 12 həftə ötdükdə isə iki həkimin abortun lazımlı olduğuna dair icazə verməsi lazımdır.

Müsəlman ölkələri arasında isə Türkiyə yeganə ölkələrdəndir ki, yalnız qadının istəyi əsasında aborta icazə verilir.


Fərid Mirzəyev
# 1866 dəfə oxunub

Oxşar xəbərlər

Sevdiyim qızın adına necə söz çıxartdılar? - Bəhruz Tağızadə

Sevdiyim qızın adına necə söz çıxartdılar? - Bəhruz Tağızadə

10:00 24 yanvar 2026
"Dünya sənin, dünya mənim..." - Hüseynbala Mirələmovun yeni hekayəsi

"Dünya sənin, dünya mənim..." - Hüseynbala Mirələmovun yeni hekayəsi

15:00 23 yanvar 2026
Klassik eposa postmodern baxış - Kamal Abdulla "Dədə Qorqud"un taleyini necə dəyişdi?

Klassik eposa postmodern baxış - Kamal Abdulla "Dədə Qorqud"un taleyini necə dəyişdi?

14:20 23 yanvar 2026
Sənət tarixinin ən məşhur əsərləri haqqında bilinməyənlər

Sənət tarixinin ən məşhur əsərləri haqqında bilinməyənlər

13:00 23 yanvar 2026
Rüşvət ittihamından sonra siyasi karyerası sona çatan filosof - O, Şekspirin əsərlərinin əsl müəllifidir?

Rüşvət ittihamından sonra siyasi karyerası sona çatan filosof - O, Şekspirin əsərlərinin əsl müəllifidir?

16:00 22 yanvar 2026
"Maşınları süni intellekt idarə etsə, yollarda qəza görmək çətinləşəcək"- Amin İbrahimi Əfruzi

"Maşınları süni intellekt idarə etsə, yollarda qəza görmək çətinləşəcək"- Amin İbrahimi Əfruzi

14:00 22 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər