Hansı aktrisanın büstqalteri 14 min dollardır?

Hansı aktrisanın büstqalteri 14 min dollardır?
19 may 2014
# 07:45

Kulis.az məşhurlar haqda 14 maraqlı fakt təqdim edir.

1. Yuli Sezarın avtoqrafı 2 milyon dollardır. Amma hələ tapılmayıb.

2. Çarlz Dikkens həmişə üzü şimala doğru yatarmış. Belə hesab edirmiş ki, bu onun istedadının artmağına kömək edir.

3. Çində qərb adlarından ən məşhurları: İsa Məsih, Riçard Nikson və Elvis Presli.

4. Tommas Ceffersonun “İstiqlaliyyət bəyannaməsini” yazdığı evdə hazırda qamburqer satılır.

5. Alfred Nobel öz adına mükafatı ona görə təsis etmişdi ki, onu dinamiti kəşf etdiyinə görə pis xatırlamasınlar.

6. Hərracda Merilin Monronun büstqalteri 14 min dollara satılıb.

7. İkinci dünya müharibəsi dövründə gələcək XXIII Papa İohan italyan ordusunun çavuşu idi.

8. Albert Eynşteynə İsrailin prezidenti olmaq təklif edilib. Eynşteyn imtina edib və deyib ki, başına problem açmaq fikrində deyil.

9. Birinci Yekaterina belə bir qayda qoymuşdu ki, axşam saat 9-a qədər heç kimi qəbul etmir.

10. Birinci Yelizavetanın dövründə isə saqqal vergisi varmış.

11. Çörçill gündə 15 siqar çəkirmiş.

12. 1944-cü ildə Fidel Kastro Kubada orta məktəbdə ən yaxşı idmançı seçilmişdi.

13. Brus Li “Ölüm oyunu” filminin tamamlamış vəfat edib. Filmi yarımçıq saxlamaq istəməyən prodüserlər onun yerinə başqa aktyoru çəkiblər. Hətta Brus Linin dəfn mərasimini də lentə alıb onun filmdə ölmə səhnəsinə həmin kadrları əlavə ediblər.

14. Bir neçə məşhur musiqiçi - Kurt Cobain (Nirvana), Jim Morrison, Jimi Hendrix, Janis Joplin 27 yaşında vəfat edib. Buna görə də “27-lə klubu” deyə bir anlayış yaranıb. Bu kluba sonuncu qatılan isə Amy Winehouse oldu.

# 4983 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #