Sekssiz sevgi olarmı?

Sekssiz sevgi olarmı?
13 fevral 2013
# 08:30

Türkiyənin “Hürriyət” qəzeti bu ölkənin məşhur psixoterapevt, sekspatoloq Haydar Dümendən sevgi və cinsi münasibətlər haqda müsahibə alıb. Kulis.az müsahibəni təqdim edir.

- Deyirlər, çirkinlər daha yaxşı sevişir?

- Nə bilim, hamı bir cür sevişir! Amma insanlarda belə bir kompleks var: “Onun filan şeyi yaxşıdırsa, məndə də bu yaxşıdır”.

- Seks qurtaranda sevgi də qurtarır, yoxsa birinci sevgi “aradan çıxır”?

- Sekssiz sevgi olmaz. Sekssiz sevgi platonik adlandırılan axmaq bir sevgidir. Sevgidə həmişə seksə çağırış olmalıdır.

- Deyirlər, şəfqət sevgini öldürür. Yəni “artıq dost kimiyik” söhbətləri...

- Çarəsizlikdəndir hamısı. Sevgi ölüb. Onsuz da sevgi ömürlük deyil. Sevgi aclığa bərabərdir. Onu doydurursan. Bir, üç, beş, on...40 illik sevgi olar? Uzağı 3-5 il, 7 il olar...

- Bəs keçmişdəki o bitməyən sevgi nağılları necə olsun?

- Hansı böyük sevgi? Hamısı patoloji bir şeydir. O nağıllardakı müqəddəslik o sevginin “əlçatmazlığ”ındadır. Özünü kimin üçünsə əsir eləsin, özünü məhv etsin. Əgər Məcnun Leyli ilə, Kərəm də Əsli ilə qovuşsaydı, o sevgi bitəcəkdi.

“Elə bil, gül bağçasından keçirsən...”

- Sizin seksual problemləriniz olubmu?

- Seksi maşın kimi təsəvvür etsək, onun hərəkəti üçün 3 faktorla bağlıdır: Maşının özü, sükan və yol. Elə olur, hər şey mükəmməl olur, amma məsələn, yol yaxşı olmur. Ya da baxırsan, təkər boşalıb. Yəni hər şey sistemli olmalıdır.

- Probleminiz olub, ya yox?

- Problemsiz yaşamaq olar? Əlbəttə, olub.

- İlk sevginiz nə vaxt olub?

- Mən qonşu kənddə oxuyurdum. Bir qohumumuzun evində qalırdım. Onların qızı Xədicəyə vurulmuşdum.

- Kənd yerində yer də boldur, samanlıq, ağac dibi... Neynirdiniz?

- Qapı arasında yanağından öpsən, o yaşda sənə bəs edir.

- İnsanların eyni vaxtda bir neçə insanla əlaqədə olmağı normaldırmı?

- Elə bil, çiçək bağından keçirsiniz. O bağdan gül dərib-dərməmək artıq sizə qalıb.

- Siz dərərdiniz?

- Keçmişdə fiziki cəhətdən çox yaxşı idim, xarizma, hökmlülük...Çox qadın olub ətrafımda. Hamısı ilə münasibət qurmaq da olmaz, hansınısa əldən qaçırmaq da. Mən də çox gül dərmişəm.

- İndiyədək sizi ən çox təəccübləndirən hadisə hansı olub?

- Bir nəfərə demişdilər ki, penisi kökündən kəndirlə bağla, onda böyük olacaq. Adam 15 il ərzində hər dəfə tualetə gedəndə kəndiri açır, işini görüb sonra yenidən kəndirləyirmiş.

Klinikaya bir xəstə gətirmişdilər; kişi pivə içib gedib fahişə yanına. Penisi də üzünü “qara” çıxarıb; sərtləşməyib. Əsəbi halda evə gələn kişi penisini stolun üstünə qoyub, çəkiclə darmadağın etmişdi. Şəkli də var idi.

Bir dəfə də 72 yaşında bir kişini rentgen ediblər, düz bağırsaqda nə görsələr yaxşıdır? Velosiped nasosu! Düz 32 santimetrlik! Əməliyyat edib çıxartdılar.

Dünyada olmayan model: türk sevgisi

Ər-arvad gəlir, bir-birilərinə qarşı heç bir hissləri yoxdur. Başlayırsan soruşmağa. Məlum olur ki, universitet vaxtlarında tanış olublar. 5-6 il sevgili olublar. Evlənmək mərhələsi gəlir. Seksi zifaf gecəsinə qədər saxlayırlar. Təsəvvür edin, bir yemək var, ancaq iyləməlisən, yemək olmaz. Beyin də koda düşür: “Seks olmaz”. Bir ay, iki ay da yox, 5-6 il bu kodla gəzir. Hələ 12-16 il sevgili olub, sekslə məşğul olmayanlar var! Ona görə, sevirsənsə, yat! Zifaf gecəsinə saxlamağın axırı bu olur, beyin koda düşür. Qadınlar kiməsə nəyisə sübut etmək məcburiyyətində olduqlarını düşünürlər. Elə deyil, sevirsinizsə, yatın!

Sonda məşhur sekspatoloq mükəmməl seksin düsturunu da verib.

Mükəmməl seks = Tərəflərin istəyinə uyğun ön sevişmə + kişinin içəridə ən azı beş dəqiqə qalmaq şərti ilə fiziki və ruhi kilidlənməsi + mümkün olduqca tərəflərin eyni vaxtda orqazm olması.

# 9059 dəfə oxunub

Müəllifin son yazıları

# # #