Ahmet Ümitin yeni kitabı nəşr olundu

Ahmet Ümitin yeni kitabı nəşr olundu
18 sentyabr 2026
# 18:00

Türkiyə detektiv ədəbiyyatının tanınmış nümayəndələrindən biri olan Ahmet Ümitin yeni romanı – "Romanın beş günü" oktyabrın 1-dən etibarən rəflərdə öz yerini tutacaq.

Kulis.az xəbər verir ki, müəllif yeni romanında ictimai tənəzzülün qidalandırdığı cinayət fenomenini və cinayətin fəlsəfi təbiətini Romanın tarixi, arxeologiya və klassik musiqi oxu ətrafında formalaşan detektiv hekayəsi ilə qələmə alır.

Roman Romanın yaranma ildönümü olan 21 apreldə Tiber çayında qara qayıqda iki kişi cəsədinin tapılması ilə başlayır. Bütün tüklərindən təmizlənmiş iki qurbanın çılpaq bədənləri gül qoxulu pudra ilə örtülüb və qayıqda yerləşdirilib. Romanın əfsanəvi qurucuları Romul və Remi təmsil edən bu iki cəsəd şəhərdə bir-birinin ardınca törədiləcək teatral qətllərin əsasını təşkil edir. Qətllərin davam etməsi ilə Roma qeyri-adi bir cinayət zəncirinin mərkəzinə çevrilir.

Ahmet Ümitin daha əvvəl "İtmiş tanrılar ölkəsi" romanında ilk dəfə oxucu qarşısına çıxan xəfiyyələr – Yıldız Karasu və Tobias Beker bu dəfə fəlsəfi düşüncələr ətrafında formalaşan bir cinayət şəbəkəsinin izinə düşürlər. İkili Roma küçələrində qətllərin arxasındakı şəxsləri axtararkən, istintaqın izləri onları həm də Afrodisiasın (Aphrodisias) qədim keçmişinə aparıb çıxarır.

Qeyd edək ki, kitab "Yapı Kredi Yayınları" tərəfindən nəşr olunacaq.

Ahmet Ümit kimdir?

Ahmet Ümit (12 iyul 1960-cı ildə Qaziantepdə anadan olub) — müasir Türkiyə ədəbiyyatının ən çox oxunan, xüsusilə detektiv (polisiye) janrında verdiyi şedevrlərlə tanınan məşhur yazıçı və şairdir. O, öz əsərlərində sadəcə cinayət işlərini deyil, eyni zamanda Anadolu tarixi, mifologiya, arxeologiya və insan psixologiyasının dərinliklərini məharətlə sintez edir. Müəllifin qələmindən çıxan Baş komissar Nevzat personajı Türkiyə pop-mədəniyyətinin ən sevilən kult fiqurlarından birinə çevrilib. Ahmet Ümitin "Duman və gecə", "Patasana", "Qövm", "Bab-ı Esrar", "Bəyoğlunun ən gözəl qardaşı" və "İtmiş Tanrılar ölkəsi" kimi kitabları onlarla xarici dilə tərcümə olunaraq dünya miqyasında böyük rəğbət qazanıb.

# 496 dəfə oxunub

Oxşar xəbərlər

Avropada muzeylər təhlükə altında:  Sənət əsərləri nə dərəcədə qorunur?

Avropada muzeylər təhlükə altında: Sənət əsərləri nə dərəcədə qorunur?

18:00 16 oktyabr 2026
“Zona marağı”  filminin rejissoru Qəzza  haqqında sənədli filmə qarşı təzyiqləri pisləyib

“Zona marağı” filminin rejissoru Qəzza haqqında sənədli filmə qarşı təzyiqləri pisləyib

16:00 16 oktyabr 2026
Türkiyəli köşə yazarı axtarışa verildi - Hakimiyyətin zorla ələ keçirilməsinə çağırış

Türkiyəli köşə yazarı axtarışa verildi - Hakimiyyətin zorla ələ keçirilməsinə çağırış

15:38 16 oktyabr 2026
"U2"  yeni mahnısını təqdim etdi

"U2" yeni mahnısını təqdim etdi

15:30 16 oktyabr 2026
Fələstin haqqında uşaq kitabı yayımlanmadı - Nəşriyyatla müəlliflərin fikir ayrılığı

Fələstin haqqında uşaq kitabı yayımlanmadı - Nəşriyyatla müəlliflərin fikir ayrılığı

14:00 16 oktyabr 2026
Nüsrət Kəsəmənli “Avara” filminə baxanda niyə hönkür-hönkür ağlayırdı?

Nüsrət Kəsəmənli “Avara” filminə baxanda niyə hönkür-hönkür ağlayırdı?

13:00 16 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər