"Qadın verdiyiniz hər şeyin əvəzini artıqlaması ilə qaytarır..." - Uilyam Qoldinqdən sitatlar

"Qadın verdiyiniz hər şeyin əvəzini artıqlaması ilə qaytarır..." - Uilyam Qoldinqdən sitatlar
19 sentyabr 2026
# 11:00

Bu gün ingilis yazıçı, ədəbiyyat üzrə Nobel mükafatçısı Uilyam Qoldinqin doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Məncə, qadınların özlərini kişilərlə müqayisə etməyi ağılsızlıqdır. Çünki qadınlar onlardan xeyli yüksəkdədir və bu, hər zaman belə olub. Qadına nə verirsinizsə verin, əvəzində verdiyinizin mislini sizə qaytaracaq. Qadına nütfə verirsiz, o sizə uşaq qaytarır. Ev verirsiz, o, sizə ailə ocağı qurur. Ərzaq verirsiz, sizə yemək bişirir. Üzünə gülürsüz, qəlbini sizə açır. Bir sözlə, verdiyiniz hər şeyin əvəzini artıqlaması ilə qaytarır. Yəni, deməyim odur ki, qadının ürəyini murdarlasaz, o zaman tonlarla zibil qəbul eləməyə də hazır olun!

Qəflətən başa düşdü ki, bu həyatda salınmış cığırları yenidən salmaq və dayanmadan öz addımlarını izləmək nə qədər cansıxıcıdır.

İnsanlar həmişə onlardan gözlədiyinin əksi olurlar.

Bir nəfərdən qorxursansa, ona nifrət etməyə başlayırsan və hər zaman onun haqqında düşünür, onu ağlından çıxara bilmirsən.

Onlar qoşa addımlayırdılar - bir-birinə xəbərdarlıq edə bilməyən hiss və düşüncənin qoşa dünyası

Güclü, ya da zəif olmağının məsələyə dəxli yoxdur, əsas odur ki, vicdanın olsun.

Təfəkkür - bu, qiymətli şeydir, ondan çoxlu xeyr götürmək olar.

Ümumiyyətlə, qadınların evlilik məsələsini gərək başqası həll etsin, özlərinə qalanda ancaq yoldan keçənə könül verirlər.

Elə ifadələr var ki, az qala iri hərflər kimi adamın gözünə girir və onlardan ən böyüyü - nifrət və düşmənçilikdir.

Əgər gün işıqlı olsaydı, onlar utanıb yerə girərdilər, amma hər tərəf qaranlıq gecə idi.

İnsan ağlı istənilən qanunu dərk edir, amma buna baxmayaraq, uşaq kimi hər dəfə o qanunlara aldanır.

Heç olmasa ömründə bircə dəfə sönmüş ocaq ətrafında əyləşib öz həyatını onun külü ilə müqayisə edən adamlar bir-biri ilə qohumdur.

İnsanın inamını onun xasiyyəti formalaşdırır, kimliyindən asılı olmayaraq, çox şey həyatda düşdüyün şəraitlə bağlıdır.

Yaxşı adamlarla uşaqlar arasında ümumi cəhətlər var - onların heç birini məyus etmək olmaz.

# 593 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər