Akademik Musiqili Teatr yeni mövsümə start verdi - “Arşın mal alan”la

Akademik Musiqili Teatr yeni mövsümə start verdi - “Arşın mal alan”la
19 sentyabr 2026
# 10:40

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yeni teatr mövsümünün ilk tamaşası təqdim olunub. 117-ci mövsüm dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin dünya şöhrətli “Arşın mal alan” operettası ilə açılıb.

Kulis.az xəbər verir ki, tamaşa Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunub və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

1913-cü ildə qələmə alınan “Arşın mal alan”da Əsgər və Gülçöhrənin məhəbbət hekayəsi fonunda dövrün ictimai münasibətləri, köhnəlmiş adət-ənənələrlə yeni düşüncə arasındakı qarşıdurma, insanın öz seçiminə və sevgisinə sahib çıxmaq istəyi əksini tapır. Əsərin bu xüsusiyyətləri onu yarandığı dövrdən bu günədək tamaşaçı üçün aktual saxlayan əsas məqamlardandır.

Teatrın repertuarında xüsusi yer tutan operettanın hazırkı səhnə quruluşu 2009-cu ildə hazırlanıb, 2016-cı ildə isə bərpa olunub. Quruluşçu rejissor Elvin Mirzəyev, bərpaçı rejissor Əhəd Hacıyev, quruluşçu dirijor Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijor Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir. Quruluşçu rəssam Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterlər Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeyster Əməkdar artist Vaqif Məstanov, geyim üzrə rəssam sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova, konsertmeyster Fidan Məmmədova, rejissor assistenti isə Sevinc Məmmədovadır.

Tamaşada Əməkdar artist Əzizağa Əzizov (Soltan bəy), Gülcahan Salamova (Cahan xala), Əmrah Dadaşov (Süleyman bəy), Emin Zeynallı (Əsgər), Aydan Həsənova (Gülçöhrə), Türkel Tariqpeyma (Asya), Ülviyyə Əliyeva (Telli) və Ruslan Mürsəlov (Vəli) rollarını ifa ediblər.

# 795 dəfə oxunub

Oxşar xəbərlər

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

18:17 3 noyabr 2026
“Balaca səyyah”  premyeraya hazırlaşır

“Balaca səyyah” premyeraya hazırlaşır

16:20 3 noyabr 2026
Gürcüstanlı nazir  Akademik Milli Dram Teatrının qonağı oldu

Gürcüstanlı nazir Akademik Milli Dram Teatrının qonağı oldu

11:36 29 oktyabr 2026
Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

17:00 28 oktyabr 2026
Oktay Mehdiyevin  50 illik yubileyi səhnədə qeyd olundu

Oktay Mehdiyevin 50 illik yubileyi səhnədə qeyd olundu

17:30 19 oktyabr 2026
“Pullu komediya”  tamaşasının premyerası olacaq

“Pullu komediya” tamaşasının premyerası olacaq

16:20 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər