Tək səyahət edən hər bir təyyarə sərnişinini yanında kimin oturacağı həmişə maraqlandırır. Araşdırmalara görə kişilər sarışın, seksual, mini yubka geyinmiş bir xanım sərnişin arzusunda olurlar, qadınlar isə yol yoldaşlarının əzələli və tünd dəri rənginə sahib kişilər olmasını arzulayırlar.
Yanına düşən qadınlarla təyyarənin tualetində sevişmək isə kişi sərnişinlərin böyük əksəriyyətinin fantaziyasıdır. Statistikaya görə, hər beş min uçuşdan birində tualetə yanında oturan bir qadınla yaxud sevgilisi ilə birlikdə girən sərnişin haqda raport verilir.
Təyyarədə kişi sərnişinin yanına həmcinsi oturanda o uçuşa xəyal qırıqlığı ilə başlayır. Vaxtının çoxunu film seyr etməklə keçirir. Ruh düşkünlüyü ilə uçur. Eyni hisslər qadın sərnişinlərdə də yaşanır.
Oksigenin daha az olmasına, təzyiq fərqindən dolayı bədənin sürətlə yorulmasına baxmayaraq təyyarədə sərnişinlərin sevişmə istəyinin niyə görə artması barədə psixoloqların, mütəxəssislərin müxtəlif fikirləri var.
Yatan qadın
Sevişmə arzusu olan bəzi kişilər yanına düşən, amma heç cür dialoq qura bilmədiyi qadın sərnişinlə əvvəlcə qol qoyma yerində “dirsək təması” qurur.
Qadının qolunu çəkməməyi kimi adi səbəbləri özü üçün diqqət əlaməti kimi yozur və xüsusilə uzunmüddətli uçuşlarda qadının yuxuya getməsi ilə “hərəkətə keçirlər”.
İş sataşmağa doğru irəliləyir və qadının bunun fərqinə varması ilə çətin anlar başlayır. Təyyarənin bütün personalı çağırılır, şikayət edilir. Təbii ki kişilərin çoxu “səhvi”ni boynuna almaq istəmir. Bu zaman təyyarə personalının edə biləcəyi ən yaxşı iş kişi sərnişinin yerini dəyişdirməkdir.
Narazılıq yaşanır
Yer dəyişdirmək də həmişə asan olmur. Bəzən kişi sərnişinin yerini dəyişməyi üçün boş yer tapılmır və məcburən başqa bir sərnişindən yerini narazılıq yaradan sərnişinə verməyi xahiş olunur. Qadın sərnişindən isə ona sataşan kişi sərnişin haqda şikayət etməsi istənilir. Şikayəti kapitan pilot naqilsiz telefonla yerdəki heyətə bildirir.
Təyyarə enər-enməz qapıya polis gəlir və problem yaradan sərnişin ilə şikayətçinin ifadələrini almaq üçün polis idarəsinə aparır. Ancaq xüsusilə xarici ölkələrdə, üstəlik dil bilməyən qadın sərnişinlər çox vaxt şikayətlərini geri götürməyə məcbur olurlar. Bəzən də digər təyyarəni qaçırmamaq üçün qadın sərnişin şikayətindən əl çəkir.
Plastik qandal taxılır
Əgər “şorgöz” sərnişin dava çıxarmaq istəsə, bu zaman təyyarənin məsuliyyətli şəxsi sərxoş sərnişinlər kimi onun qolunu oturacağa plastik qandalla bağlayır.
Bu cür hadisələrin sayı getdikcə artmaqdadır. Hətta o qədər çoxdur ki, təyyarədə bu cür təcavüzə məruz qalan qadınların sayını dəqiq müəyyən edə bilmirlər.
Bəzi ölkələrdə həbs cəzası verilir
Təyyarədə təcavüz səbəbindən bir neçə ay, hətta bəzi ölkələrdə 2-3 illik həbs cəzası alan kişilərin sayı az deyil. Təyyarədə sevişmə istəyinin, yaxud təcavüz hallarının artmasını bəziləri “Emanuelle” filmi ilə əlaqələndirsə də, bəzi faktlar bunu inkar etməyə əsas verir.
İlk hadisə 1916-cı ildə yaşanıb
Havada seks ilk dəfə 1916-cı ildə Nyu-York ətrafında uçan bir təyyarədə qeydə alınıb. Balaca təyyarədə pilot və dərs verdiyi gənc qız qəzadan sonra çılpaq halda tapılıblar. Xoşbəxtlikdən ikisi də qəzadan ağır yaralı vəziyyətdə xilas olublar.
Bilərəkdən müdaxilə edilməyən hallar
Qadın sərnişinə baxıb, yaxud adi bir təmasdan ehtiraslanıb masturbasiya edən kişi sərnişinlər də az deyil. Şalvarın üstünə dəsmal, ya da yorğan atıb masturbasiya edən kişilərə bəzən təyyarə personalı qalmaqal çıxmasın deyə müdaxilə etmir. Qadınlar arasında isə belə halların sayı 10%-dən azdır.
Qadınların şikayətlərindən əl çəkmələri və ya görməzdən gəlmələri də qarşı cinsi cəsarətləndirən ən başlıca səbəblərdəndir.