Lev Tolstoyun aforizmləri

Lev Tolstoyun aforizmləri
27 iyun 2013
# 07:30

Kulis.az rus yazıçısı Tolstoydan seçmə kəlamları təqdim edir.

Ən yaxşı tərbiyə - yaxşı nümunədir.

Başqaları üçün özünüzü unudun, o zaman sizi də xatırlayacaqlar.

Şair həyatda yaxşı nə varsa götürür və öz əsərinə daxil edir. Ona görə onun əsəri gözəl, həyatı isə çirkin olur.

Evliliyə müqəddəslik verən eşqdir.

Hər kəs insanlığın öldüyünü qəbul edər, amma heç kim özünün öldüyünü qəbul etməz.

Gözəl olan sevimli deyil, sevimli olan gözəldir.

Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxtlərin isə hərəsi bir cür bədbəxtdir.

Gözəl olan sevgili deyildir, sevgili olan gözəldir.

Şagirdlər müəllimlərin səhvləri kimi heç bir şeyi möhkəm yadda saxlamırlar.

Hər kəs insanları dəyişdirməyi düşünür, amma heç kim özündən başlamaq istəmir.

İnsanlara ən ədalətli paylanan nemət ağıldır. Heç kim ağlından şikayətçi deyil.

Biz həm qurdların doymasını, həm də qoyunların sağ qalmasını istəyirik.

İnsanlar çox dəyişib, diqqətli olmaq lazımdır. Biriylə əllə görüşdükdən sonra, beşi də yerindədirmi deyə barmaqlarını saymaq məcburiyyətindəsən.

Həyatın ən gözəl cəhəti insanın özünü tanımasıdır. Ancaq bunun nəticəsində bədbəxt olmaq da mümkündür.

İşıq saça bilmirsənsə, heç olmasa işığın qabağını kəsmə.

Qadın elə bir mövzudur ki, onu nə qədər araşdırırsan araşdır, həmişə yenidir.

Nə qədər baş varsa, o qədər düşüncə tərzi olduğuna görə, nə qədər ürək varsa, o qədər də sevmək tərzi var...

Ölmək üçün doğulmuşdur insan, ona görə də hər yağış sonrası torpaq qoxusunu sevər...

Bilməkdən qorxma, səhv bilməkdən qorx! Çünki bütün fəlakətlər onda baş verir.

“Sən yalan içində yaşayırsan, mən həqiqətdə” iddiası, bir insanın o birinə söyləyə biləcəyi ən mərhəmətsiz sözdür.

Böyük izlər qoyan böyük fikirlər həmişə sadədir.

Tərbiyə ilə təhsil ayrılmazdır.

Bir insanı olduğu mövqe ilə deyil, göz qoyduğu mövqe ilə ölçmək lazımdır.

Hər şey, gözləməyi bilən insana öz-özlüyündən gələr.

Xoşbəxt olmaq üçün xoşbəxtliyin mümkün olduğuna inanmaq lazımdır.

# 3608 dəfə oxunub

Müəllifin son yazıları

# # #