“Mənim toyda döyülməyim haqqında yayılan məlumatların heç bir əsası yoxdur. Belə bir şey olmayıb”. Bu sözləri Kulis.az-a verdiyi açıqlamada “Səni axtarıram” verlişinin aparıcısı Xoşqədəm Hidayətqızı deyib.
Xoşqədəm Hidayətqızı bildirib ki, iki gün öncə həqiqətən qohumlarının toyunda olub: “Bəy də, gəlin də qohumumdur. Onlar da kəlbəcərlidirlər. Amma toyda kollektivimlə birgə iştirak edirdik. Toydakıların hamısı qohum-əqrəbamdı, məni orda döyəsi adam yoxdu. Toydan sonra sizə müsahibə vermişəm, heç döyülənə oxşayırdım?”
“Səni axtarıram” verilişinin aparıcısı deyib ki, bu xəbəri yayanlara sürprizi olacaq.