QS reytinqi: prestij, yoxsa pulla alınan şöhrət? - Qismət Rüstəmov

QS reytinqi: prestij, yoxsa pulla alınan şöhrət? - Qismət Rüstəmov
24 iyun 2026
# 14:03

Kulis.az "Replika" rubrikasında Qismət Rüstəmovun universitetlərimiz QS reytinqində yüksəlməsi haqqında fikirlərini təqdim edir.

Universitetlərimiz mütəmadi şəkildə QS reytinqində yüksəldiyini, nə bilim, neçənci ulduza çatdığını açıqlayır.

Guya həqiqətən təhsil ocaqlarımız arasında ciddi yarış gedir.

Əslində, bunun üç ulduzlu mehmanxananın özünü dörd ulduzlu göstərmək üçün baş vurduğu yollardan heç bir fərqi yoxdur.

Ortada keyfiyyət yox, yalançı prestij illüziyası var.

QS biznes qurumudur, ödənişlə konsultasiya xidməti verir, yəni o səni vitrində qabağa çıxara bilər, tiktokun keşfetinə sala bilər, amma bu, təhsilin keyfiyyətindən xəbər vermir.

Keyfiyyətli dərsliklər yazılmır və tərcümə olunmur, üstəlik, bu işi görmək üçün heç bir maddi stimul yoxdur.

Bu, təhsilin keyfiyyəti düşdükcə, universitetin reytinqini qaldıran yekə bir simulyasiyadır, ilğımın adını inkişaf qoymaqdır, qarabasmanı prestij kimi təqdim etməkdir.

Universitetlərimizdə kimin proqressiv ideyası və layihəsi varsa, çox vaxt ona bircə cavab gəlir: qalsın sonraya.

Məncə, QS – bu “qalsın sonraya” sözünün baş hərfidir və yola verməyin reytinqini ifadə edir.

Rubrikanın digər yazıları:

Falçılıq niyə qadağan edilməməlidir? - Replika

Adam da odu satarmı heç? - Replika


# 161 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər