Mən narsistəm!
15 avqust 2011
15:45
“Haberturk” qəzetində Serdar Turgutun “Twit twit Ahmet Hakan” yazısını oxudum.
Müəllif yazısına belə başlayır:
“Sizi dostunuz və ya patronunuz gözəl bir gəmi ilə Yunan adalarına tərəf gəzmək dəvət etsə, yeməklər yeyilib içkilər içildikdən sonra hamı yatsa və sizin yuxunuz gəlməsə nə edərdiniz?
Göyərtəyə çıxıb ulduzlara baxardınız?
Dalğaların da sağlığına içərdiniz, yoxsa mahnılara qulaq asıb xəyal qurardınız?
Bəlkə sevgilinizi ya da potensial sevgiliniz haqqında düşünərdiniz.
Bunların hamısı mümkündür, amma bizim haqqında yazdığımız adam bu anları yüzlərlə twit yazmaqla keçirdir.
Çünki onun daim maraq dairəsində olmağa ehtiyacı var”.
İstəyənlər yazını qəzetdən oxuya bilər, amma mən yazını bitirəndən sonra özüm haqqında düşünməyə başladım.
Nitsşe yazırdı: “Niyə bu qədər gözəl kitablar yazıram?”
Mən bu sualı dəyişdirirəm: Niyə bu qədər çox status, twit yazıram.
Müəllif Ahmet Hakanın vəziyyətini onun narsizmi (özünə vurğunluq) ilə izah edir.
Amma onun naşı bir narsist olduğunu deyir.
Mən də narsistəmmi?
Şərq cəmiyyətlərində insanın özü haqda danışması xoş sayılmır.
İcma təfəkkürünün geniş yayıldığı məkanlar üçün xarakterik mənzərədir.
Lakin bunun əksi narsizm deyil.
Başqa cür ifadə edək: insanın özü haqda çox danışması özü haqda danışmaması qədər neqativdir.
Baxdığım filmi…
Getdiyim yeri…
Oxuduğum müəllifi…
Çay, pivə yoldaşımı…
...Facebookda, Twitterdə başqaları ilə bölüşmək nəyə gərəkdir?
Bu narsizmdən başqa nə iləsə izah edilə bilərmi?
Ağıllı bir cümlə qurub Facebooka yazmaq başqa bir şeydir, Mirmehdi ilə pivə içməyini 3500 dostunla bölüşmək başqa bir şeydir.
İki tip yazar vardır, amma yazarların sayı bu iki tip arasında bərabər bölünməyib.
Bir var hamının gözü qarşısında olan yazarlar, bir də Selincer kimi tənhalığa çəkilən müdriklər.
Tənhalığa çəkilmək hissinin bəzən içimdə qələbə çaldığı günlərdə onun dediyini eləyirəm, telefonları qapadır, bilgisayarın düyməsini basıb internetlə əlaqəsini kəsirəm.
Amma dövrümüz yazarın bir ulduza, bir markaya çevrildiyi dövrdür.
Sənin harda olduğun haqda məlumat 3500 adama açıqdır.
Açıq etiraf edirəm, diqqətdən kənarda qalmaq istəmirəm.
Çoxları bunu deməz bəlkə, “mən özüm üçün yazıram” deyər, amma mən olanı deyirəm.
Bir cümləmə 40 “like” gəlməsi məni məmnun edir, nə gizlədim.
Narsizmimi boğa bilmirəm, bu istəyimin mövcudluğu belə şübhəlidir.
Deyəsən, ən yaxşısı peşəkar narsist olmaqdır :))

1703 dəfə oxunub