Məşhur aktyor ilk dəfə hakim qarşısında

Məşhur aktyor ilk dəfə hakim qarşısında
25 mart 2025
# 11:30

Fransız aktyor Jerar Depardye 2021-ci ildə film çəkilişləri zamanı iki qadına cinsi təcavüz ittihamı ilə paytaxt Parisdə hakim qarşısına çıxır.

Kulis.az xəbər verir ki, dəfələrlə təcavüzdə ittiham olunan 76 yaşlı
aktyor ilk dəfə hakimlə üzbəüz qalacaq.

İttihama görə, Depardye rejissor Jan Bekkerin "Les volets verts" ("Yaşıl pəncərə örtükləri") filminin çəkilişləri zamanı 34 yaşlı rejissor köməkçisi və 54 yaşlı quruluşçu rəssama təcavüz edib.

Qeyd edək ki, 2024-cü ilin oktyabrına planlaşdırılan məhkəmə iclası aktyorun səhhətinə görə bu günə təxirə salınmışdı. Vəkil aktyorun budəfəki iclasda iştirak edəcəyini açıqlayıb.

# 304 dəfə oxunub

Müəllifin son yazıları

# # #