Qəmli-qəmli sevişmək – Oğuz Ayvaz yazır...

Qəmli-qəmli sevişmək – Oğuz Ayvaz yazır...
3 iyul 2020
# 11:41

Uroloq-androloq Vasif İsmayıl feysbuk profilində koronavirusun ciddiliyinə işarə edərək status yazdı ki, yaşlıları, uşaqları öpmək, eyni zamanda sevişmək qadağandır.

Doktorun dedikləri sosial şəbəkələrdə müzakirələrə səbəb oldu.

Sevişmək deyən kimi toplum qəzəblənir.

Niyə?

Nə olub?

Məgər hamımız sevişmək sonucu yaranmamışıq?

Vasif həkimin sevişmək sözünə milçək şirəyə daraşan kimi daraşan adamlar hərə bir qulp qoşdu. Zatən virusa görə, demək olar, hər şey qadağan olunub. Guya, virus olmayanda seks vardı? Gizlincə, üstünü ört-basdır edə-edə sevişən gənclik deyilikmi?

Bu qadağanın bir yaxşı cəhətini deyim. Bəlkə, ailələrdə aldatmalar, xəyanətlər azalar. Kişilər arvadlarına, arvadlar da kişilərinə xəyanət etməz. Pandemiya qorxusundan bir-birlərinə daha çox bağlanar, sevərlər bir-birlərini.

Amma deyəsən, Vasif həkimin sözünü başqa cürə başa düşənlər də var. Sevişməyi başqa yerə yozanlar.

Hər dəfə seks sözünü eşidəndə qulaqlarını tutan adamlar görmüşəm. Bu adamlar cəmiyyətə özlərini elə göstərirlər ki, guya bunları seks, qadın maraqlandırmır. Amma iraq bizim ölkədən, müharibə, kütləvi qırğınlar olsa belə dörd hərifli söz üçün – seks üçün reaksiya verməliyik.

İlin-günün bu ağır vaxtı, insanların min cür problemi olduğu günlərdə də seksə bu qədər maraqlı, ac toplumuq. Amma sekssiz yaşamaq çətin olar. Ac, susuz qalmaq olar, sekssiz əsla.

Mühafizəkar cəmiyyətimizdə seks aclığından mankaya çevrilən “n” qədər insan var. Ona görə də harda sevişmək, seks, intim əlaqə sözləri görsələr qurbanını pusquda gözləyən aslan kimi atılırlar.

Yazını Vasif İsmayıla yazılan yumoristik rəylə bitirmək istəyirəm:

"Həkim, qəmli-qəmli sevişmək olar?"

# 7726 dəfə oxunub

Müəllifin son yazıları

# # #