"Təxəyyülü kasıb olan insanlar bir çox şeydən sığortalanıblar..." - Meri Ueslidən aforizmlər

"Təxəyyülü kasıb olan insanlar bir çox şeydən sığortalanıblar..." - Meri Ueslidən aforizmlər
24 iyun 2026
# 18:03

Bu gün ingilis yazıçı Meri Ueslinin doğum günüdür.

Kulis.az onun aforizmlərini təqdim edir.

Hamımız uşaq kimiyik. Böyüdüyümüzü düşünə bilərik, amma mənə görə, böyümək - ölümdür; düşünməyi, bir şeyləri kəşf etməyə çalışmağı və öyrənməyə davam etməyi dayandırmaqdır.

***

Əlbəttə, risk etmək hər zaman özünü doğrultmur, amma bu, son dərəcə əyləncəlidir!

***

Təxəyyülü kasıb olan insanlar bir çox şeydən sığortalanıblar. Onlar çox vaxt daha xoşbəxt olurlar, çünki sevdikləri insan haqqında ağla gələn müxtəlif xəyalların və ehtimalların əzabını çəkmirlər.

***

Səksən yaşlarımda olsam da, ən yaxın dostlarım əlli yaşlarındadır və universitetdə oxuyan çoxlu dostum var. Bu, insanı gənc saxlayır və söz ehtiyatından geri qalmamağa kömək edir. Bu isə xüsusilə bir yazıçı üçün son dərəcə vacibdir.

**

Həmişə oxuyuram ki, kişilər intellektual qızları xoşlamırlar, amma mən hər zaman bunun tam əksinin şahidi olmuşam.

***

Kənd yerlərinin qorxulu, hədə dolu bir məkan olması barədə o təsəvvür hələ də qalmaqdadır. İnsanlar həyatın başa düşmədikləri tərəflərini öyrənmək çağırışına müqavimət göstərməkdə davam edirlər.

***

Onlar böyük bir məyusluq da yarada bilərlər, yaxud da əksinə, heyranedici sürprizlərlə dolu ola bilərlər.

***

Mən hansısa xüsusi bir insan tipi üçün yazmıram.

***

Hamımız bir-birimizə yalan danışırıq, zahirdə bir növ maska nümayiş etdiririk.

***

Çox insan yarı yolda dayanır. Onlar əslində ölmürlər, sadəcə: "Yaxşı, mən artıq qocaldım və təqaüdə çıxıram", — deyirlər və sonra tədricən heçliyə doğru yuvarlanırlar. Floridaya köçür və ölümcül dərəcədə cansıxıcı olurlar.

**

Aşiq olarkən dövriyyəyə girən təxəyyül digər hər şeydən fərqlidir. Hər halda mənim vəziyyətimdə belədir, mən ömrüm boyu aşiq olmuşam - insan qarşısındakını özünün istədiyi kimi təsəvvür edir. Onlar isə çox vaxt tamamilə fərqli bir insan çıxırlar; yaxşıya doğru, ya da pisə.

***

İnsanlar evliliyi qoruyub saxlamaq üçün əlli il əvvəlkinə nisbətən daxilən daha az səy göstərirlər. Boşanmaq artıq daha asandır.

***

Bir kitabın adının nə olacağını o, tamamilə bitənə qədər heç vaxt dəqiq bilmirəm.

***

Mənim birinci ərim hər hansı bir qərara gəlmək üçün ən azı beş il düşünərdi. Ona görə də mən elə edirdim ki, atılması lazım olan hər hansı bir addımın onun öz ideyası olduğunu zənn etsin. Bundan sonra o, dərhal işə girişirdi.

***

Qadınların cəsarəti kişilərinkindən tamamilə fərqlidir. Qadınların uşaq böyütmək və ərlərinin qayğısına qalmaq məcburiyyəti onları xəstəlik kimi uzunmüddətli çətinliklərlə üzbəüz gəldikdə daha cəsur edir. Kişilər isə daha anidən cəsarət nümayiş etdirirlər. Döyüş meydanında çox adam cəsur ola bilər.

***

Hər bir evliliyə fərdi şəkildə qiymət verilməlidir və biz başqa bir insanın evliliyində nələrin baş verdiyini heç vaxt dəqiq bilə bilmərik.

# 1056 dəfə oxunub

Oxşar xəbərlər

"Vüqar da daxil olmaqla bir neçə imza var ki, onları bəyənəndə..." - Hekayə müzakirəsi

"Vüqar da daxil olmaqla bir neçə imza var ki, onları bəyənəndə..." - Hekayə müzakirəsi

12:05 12 noyabr 2026
"Səndən başqa heç kim məni sevmir..." - Elizabet Qaskell

"Səndən başqa heç kim məni sevmir..." - Elizabet Qaskell

11:33 12 noyabr 2026
"Dilim arzu ilə titrəyir..." - Rolan Bartın "Eşq söhbətindən fraqmentlər"

"Dilim arzu ilə titrəyir..." - Rolan Bartın "Eşq söhbətindən fraqmentlər"

10:00 12 noyabr 2026
"Ləyaqət işdə deyil, işçidədir" - Amerikalı yazıçıdan deyimlər

"Ləyaqət işdə deyil, işçidədir" - Amerikalı yazıçıdan deyimlər

17:35 11 noyabr 2026
"Məni narahat edən öz cəhalətim və bacarıqsızlığımdır..."  - Noah Qordonun "Təbib"indən sitatlar

"Məni narahat edən öz cəhalətim və bacarıqsızlığımdır..." - Noah Qordonun "Təbib"indən sitatlar

15:00 11 noyabr 2026
"Bestseller siyahıları ölü kitabların qəmli qəbiristanlığıdır..." - Karlos Fuentes

"Bestseller siyahıları ölü kitabların qəmli qəbiristanlığıdır..." - Karlos Fuentes

14:00 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər