"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları
7 noyabr 2026
# 10:00

Bu gün məşhur fransız yazıçı və filosof Alber Kamünün doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Azad olmayan dünya ilə mübarizə aparmağın yeganə yolu o dərəcədə mütləq azad olmaqdır ki, sən öz varlığınla üsyana çevriləsən.

***

Həyat sizin bütün seçimlərinizin cəmidir. Bəs siz bu gün nə edirsiniz?

***

Arxamca gəlmə, bəlkə də öndə gedə bilmədim. Önümdə yürümə, bəlkə də izləyə bilmədim. Sadəcə yanımda yeri və dostum ol.

***

Bəzən sadəcə davam etmək, mübarizəni sürdürmək özlüyündə fövqəladə bir nailiyyətdir.

***

Həyat mənasızdır, lakin bu mənasızlığı dərk etmək şərtilə yaşamağa dəyər.

***

Heç nə verməyən heç nəyə sahib ola bilməz. Ən böyük bədbəxtlik sevilməmək deyil, sevməməkdir.

***

Heç kim anlamır ki, bəzi insanlar sırf adi görünmək üçün hədsiz dərəcədə böyük enerji sərf edirlər.

***

Mənim artıq dostlarım yoxdur, yalnız şərikli günahkarlarım var. Digər tərəfdən, şərikli günahkarlarımın sayı dostlarımdan daha çoxdur, çünki onlar bütün bəşəriyyətdir.

***

Mən hər hansı bir şeyi başqalarının ona inanmaq hüququnu əlindən almadan və ya o inancı ləkələmədən də inkar edə bilərəm.

***

Ümidin olmadığı yerdə biz onu özümüz icad etməliyik.

***

Həyatın absurd olduğunu dərk etmək bir son ola bilməz, bu, sadəcə bir başlanğıcdır.

***

Kölgəsiz günəş yoxdur və gecəni tanımaq mütləqdir.

***

Mən həyatımı Tanrı varmış kimi yaşayıb öldükdən sonra Onun olmadığını öyrənməyi, Tanrı yoxmuş kimi yaşayıb öldükdən sonra Onun varlığını görməkdən üstün tutardım.

***

İnsanın əzəməti öz taleyindən və şəraitindən daha üstün olmaq qərarındadır.

***

Qışın ən dərin çağında içimdə yenilməz bir yayın gizləndiyini öyrəndim. Bu məni xoşbəxt edir. Çünki bu sübut edir ki, dörd bir tərəfdən sıxılsam da, daxilimdə buna qarşı dura biləcək daha güclü bir məqam var.

***

Əyilə bilən qəlblər bəxtiyardır, onlar heç vaxt sınmazlar.

***

Qorxuya əsaslanan hörmətdən daha rəzil bir şey yoxdur.

***

Hər gün etdiyiniz ən vacib şey özünüzü öldürməmək qərarıdır.

***

Hər dəfə siyasətçilərin çıxışlarını dinləyəndə və ya rəhbərlərimizin nitqini oxuyanda illərlə insani heç nə eşitmədiyimə görə dəhşətə gəlirəm. Həmişə eyni yalanları söyləyən eyni sözlərdir. İnsanların bunu qəbul etməsi, xalqın qəzəbinin bu boş oyunçuları darmadağın etməməsi mənə sübut edir ki, insanlar necə idarə olunduqlarına əhəmiyyət vermirlər, onlar öz həyatlarının və guya həyati maraqlarının böyük bir hissəsini qumara qoyurlar.

***

Mən üsyan edirəm, deməli, varam.

***

Həmişə haqlı olmaq həvəsi bəsit düşüncənin əlamətidir.

***

Xalqın rifahı həmişə müstəbidlərin bəhanəsi olmuşdur.

***

İnsan dediyi sözlərdən ziyadə daxilində gizlətdikləri ilə insandır.

***

Mən yalnız bir vəzifə tanıyıram, o da sevməkdir.

***

Xoşbəxtliyin dörd şərti: Açıq havada həyat, başqa bir varlığa sevgi, iddialardan azad olmaq və yaradıcılıq.

***

Təkbaşına keyfiyyətli vaxt keçirməkdən qorxmayın. Məna vaxt tapsanız da, tapmasanız da, amma özünüzə vaxt ayırın və onu sırf özünüzə həsr edin. Tənhalığa və xəlvətə üstünlük verin. Bu sizi cəmiyyətə qarşı etmir və ya dünyadan imtina etdiyiniz anlamına gəlmir. Sadəcə nəfəs almağa və özünüz olmağa ehtiyacınız var.

***

Bəli, hər şey sadədir. İşləri mürəkkəbləşdirən insanlardır.

***

Həmişə daha irəli gedin, çünki həqiqət məhz oradadır.

***

Cəsarəti çatmayanlar həmişə bunu əsaslandıran bir fəlsəfə tapacaqlar.

***

Qul ədalət tələb etməklə başlayır, sonda isə tac taxmaq istəyilə bitirir.

***

Qocalmaq ehtirasdan şəfqətə keçməkdir.

***

Azadlıq ilk növbədə imtiyazlardan deyil, məsuliyyətlərdən ibarətdir.

***

Hər şeyi təcrübədən keçirə bilməzsən. Ona görə də, lütfən, ruhuna ədalətlə yanaş və sadəcə özünü yaşa.

***

Xoşbəxtliyin nə olduğunu axtarmağa davam etsəniz, heç vaxt xoşbəxt ola bilməyəcəksiniz. Həyatın mənasını axtarsanız, heç vaxt yaşamayacaqsınız.

***

İnsan olduğu kimi olmaqdan imtina edən yeganə məxluqdur.

***

Gələcəyə qarşı əsl səxavət bütün varlığını bu günə verməkdir.

***

Təcrübəni uydura bilməzsən. Onu yaşamalısan.

***

Həyatın mənasını axtarırsınızsa, heç vaxt yaşamayacaqsınız.

***

Bədii ədəbiyyat həqiqəti söylədiyimiz yalandır.

***

Uğrunda ölməyə dəyər səbəblər var, amma uğrunda adam öldürməyə dəyər heç bir səbəb yoxdur.

***

Zəngin və azad olmaq əvəzinə kasıb və azad olmaq yaxşıdır. Əlbəttə, insanlar həm zəngin, həm də azad olmaq istəyirlər və məhz bu istək onları hərdən həm kasıb, həm də kölə edir.

***

Dünyadakı şər hər zaman cəhalətdən qaynaqlanır və yaxşı niyyətlər də, əgər anlamaqdan məhrumdursa, bədxahlıq qədər zərər vura bilər.

Rus dilindən tərcümə etdi: Aydan Ağayeva

# 63 dəfə oxunub

Oxşar xəbərlər

"Qat-qat sənət həyatı çılpaqlaşdırır..." - Robert Musil

"Qat-qat sənət həyatı çılpaqlaşdırır..." - Robert Musil

15:31 6 noyabr 2026
"Biz özümüzə danışdığımız hekayələrə çevrilirik..." - Pulitserli yazıçıdan sitatlar

"Biz özümüzə danışdığımız hekayələrə çevrilirik..." - Pulitserli yazıçıdan sitatlar

13:56 6 noyabr 2026
İspandilli ədəbiyyatın ən böyük mükafatı qadın yazıçıya verildi

İspandilli ədəbiyyatın ən böyük mükafatı qadın yazıçıya verildi

14:54 5 noyabr 2026
"Qarşındakı insan Firondan daha pis deyil..." - Xalid əs-Sübey

"Qarşındakı insan Firondan daha pis deyil..." - Xalid əs-Sübey

11:10 4 noyabr 2026
İyirmi ildən sonra etmədiklərinizə görə təəssüflənəcəksiniz... - Mark Tven

İyirmi ildən sonra etmədiklərinizə görə təəssüflənəcəksiniz... - Mark Tven

09:40 3 noyabr 2026
"Dünyanı ruhi xəstəxana kimi istifadə etdiklərinə əminəm..." - Bernard Şoudan sitatlar

"Dünyanı ruhi xəstəxana kimi istifadə etdiklərinə əminəm..." - Bernard Şoudan sitatlar

15:00 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər