Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO
6 noyabr 2026
# 14:11

Laçında 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə “Böyük qayıdışın Zəfər bayramı” adlı konsert proqramı təşkil olunub.

Kulis.az APA-nın Qarabağ bürosuna istinadən xəbər verir ki, tədbir Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Mədəniyyət Nazirliyinin Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin və Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə keçirilib.

Konsert proqramından əvvəl tədbir iştirakçıları Laçın şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Laçın rayon axundu Əsgər Məmmədov şəhidlərin ruhuna dualar oxuyub. Daha sonra xiyabana əklil və gül dəstələri qoyulub.

"LaçınCinema" kino mərkəzində keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev çıxış edərək iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib. O, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən tarixi Zəfərin xalqımızın yaddaşında xüsusi yer tutduğunu bildirib.

Çıxışda 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylikdən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən bəhs olunub. Vətən uğrunda canlarından keçən şəhidlərin qəhrəmanlığının heç vaxt unudulmayacağı, qazilərin fədakarlığının daim ehtiramla yad ediləcəyi qeyd edilib.

Daha sonra Milli Qəhrəman Oqtay Güləliyevin həyat yoldaşı Afət Novruzova çıxış edərək tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib. O, Azərbaycanın qazandığı tarixi Zəfərin xalqımızın milli birliyinin, iradəsinin və qəhrəmanlığının təcəssümü olduğunu vurğulayıb.

Rəsmi hissədən sonra Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edilib. Proqram iştirakçılar tərəfindən maraqla qarşılanıb.

# 104 dəfə oxunub

Oxşar xəbərlər

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

14:57 6 noyabr 2026
"Xoşbəxtlik qaçmaqda deyil, dayanmaqdadır" – Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatından reportaj

"Xoşbəxtlik qaçmaqda deyil, dayanmaqdadır" – Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatından reportaj

14:41 6 noyabr 2026
Zəfər Gününə həsr olunmuş xeyriyyə sərgisi təşkil edildi

Zəfər Gününə həsr olunmuş xeyriyyə sərgisi təşkil edildi

14:39 6 noyabr 2026
Əfsanəvi rok qrupundan bəhs edən filmin nümayiş tarixi açıqlandı

Əfsanəvi rok qrupundan bəhs edən filmin nümayiş tarixi açıqlandı

14:36 6 noyabr 2026
“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

14:18 6 noyabr 2026
“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər