"Biz özümüzə danışdığımız hekayələrə çevrilirik..." - Pulitserli yazıçıdan sitatlar

"Biz özümüzə danışdığımız hekayələrə çevrilirik..." - Pulitserli yazıçıdan sitatlar
6 noyabr 2026
# 13:56

Bu gün tanınmış amerikalı yazıçı, Pulitser mükafatı laureatı Maykl Kanniqemin doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Həyatdan qaçmaqla dinclik tapa bilməzsən.

***

Qadın kimi deyildim, kişi kimi də deyildim. Tamamilə başqa bir şey idim. Gözəl olmağın o qədər fərqli yolları var idi ki...

***

Uçuşun sirri bundadır: bədəniniz qanunlara qarşı çıxdığını anlamadan əvvəl, onu dərhal etməlisiniz.

***

İnsanın ağlında olan kitab hər zaman kağıza köçürə bildiyindən daha yaxşı olur.

***

Bir gün səhər tezdən qalxdığımı xatırlayıram. Belə bir imkan və ümid hissi var idi. Bilirsən də, o hissi. Və mən... öz-özümə düşündüyümü xatırlayıram: Deməli, xoşbəxtliyin başlanğıcı budur, hər şey buradan başlayır. Və əlbəttə ki, həmişə daha artığı olacaq... Bunun sadəcə başlanğıc olmadığını düşünmək ağlıma belə gəlməzdi. Xoşbəxtlik elə o idi. An elə o an idi, məhz o an...

***

Sevgiyə görə çox uzağa getsən, özün üçün qurduğun ölkənin vətəndaşlığından imtina etmiş olarsan, öz-özünə deyir. Sonda sadəcə limandan limana üzən birinə çevrilərsən.

***

Dünyada bir gözəllik var, hərçənd o gözlədiyimizdən daha sərt və amansızdır.

***

Başqa seçiminiz olmayanda peşman olmaq nə deməkdir? Bu, sadəcə dözə biləcəyin bir şeydir. Və budur... Bu, ölüm idi. Mən həyatı seçdim.

***

Öləndə həqiqi ölçülərimiz üzə çıxır və onlar təəccüblü dərəcədə kiçik olur.

***

Biz özümüzə danışdığımız hekayələrə çevrilirik.

***

Məni də özünlə apar. Mən məhvə məhkum olunmuş bir sevgi istəyirəm. Gecələr küçələri, küləyi və yağışı, harada olduğumu heç kimin maraqlanmadığı anları istəyirəm.

***

Bəlkə də gəncliyin coşğusu ilə, həmişə verəcək daha çox şeyimizin olacağı səhv zənni ilə bağlılıqlarımızı çox asanlıqla və demək olar ki, kor-koranə paylayırıq.

***

Həyatımızı yaşayırıq, nə ediriksə edirik, sonra da yatırıq - bu, bu qədər sadə və adi bir şeydir. Bir neçə nəfər pəncərədən tullanır, ya suda boğulur, ya da həb qəbul edir; daha çoxu bədbəxt hadisə nəticəsində ölür; əksəriyyətimiz isə hansısa xəstəlik, ya da çox bəxtimiz gətiribsə, zamanın özü tərəfindən yavaş-yavaş yeyib bitirilir. Təsəlli üçün yalnız bu var: həyatımızın bütün ehtimallara və gözləntilərə rəğmən qəfildən çiçəklənib bizə təsəvvür etdiyimiz hər şeyi verdiyi bir-iki saatlıq anlar. Baxmayaraq ki, uşaqlardan başqa hamı (bəlkə də elə uşaqlar da) bu saatların arxasınca mütləq daha qaranlıq və daha çətin saatların gələcəyini bilir. Yenə də biz şəhəri, səhəri əziz tuturuq; hər şeydən çox daha fazlasına ümid edirik.

***

Etdiyimiz şey budur. İnsanların etdiyi şey budur. Onlar bir-biri üçün həyatda qalırlar.

***

Qeyri-müəyyən bir şəkildə aşiq olacağımıza ümid edirdik, amma bu barədə çox da narahat olmurduq, çünki dünyada bütün vaxtın bizə aid olduğunu düşünürdük. Sevgi çox sonuncu və çox darıxdırıcı görünürdü - sevgi valideynlərimizi məhv edən şey idi. Sevgi onları ipoteka ödənişlərinə və ev təmirinə; cəlbedici olmayan işlərə və gündüz saat ikidə superkassanın lüminesant işıqlı keçidlərinə məhkum etmişdi. Biz başqa cür bir sevgi ümid edirdik; insani zəifliklərimizi bilən və bağışlayan, lakin özümüz haqqındakı daha böyük iddialarımızı kiçiltməyən bir sevgi. Mümkün görünürdü. Tələsməsək və ya qapmasaq, təşvişə düşməsək, həm çətin, həm də bəsləyici bir sevgi ortaya çıxa bilərdi. Əgər o insanı təsəvvür etmək mümkündürsə, deməli, o insan var ola bilər.

# 125 dəfə oxunub

Oxşar xəbərlər

İspandilli ədəbiyyatın ən böyük mükafatı qadın yazıçıya verildi

İspandilli ədəbiyyatın ən böyük mükafatı qadın yazıçıya verildi

14:54 5 noyabr 2026
"Qarşındakı insan Firondan daha pis deyil..." - Xalid əs-Sübey

"Qarşındakı insan Firondan daha pis deyil..." - Xalid əs-Sübey

11:10 4 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
İyirmi ildən sonra etmədiklərinizə görə təəssüflənəcəksiniz... - Mark Tven

İyirmi ildən sonra etmədiklərinizə görə təəssüflənəcəksiniz... - Mark Tven

09:40 3 noyabr 2026
"Dünyanı ruhi xəstəxana kimi istifadə etdiklərinə əminəm..." - Bernard Şoudan sitatlar

"Dünyanı ruhi xəstəxana kimi istifadə etdiklərinə əminəm..." - Bernard Şoudan sitatlar

15:00 2 noyabr 2026
"Bəşəriyyətin ən uca təcəlliləri belə fanidir..." - Nobel mükafatçısı Teodor Mommzenin "Roma tarixi"ndən sitatlar

"Bəşəriyyətin ən uca təcəlliləri belə fanidir..." - Nobel mükafatçısı Teodor Mommzenin "Roma tarixi"ndən sitatlar

14:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər