Mənfur qonşu - Tural Comərdoğlu Hüseynzadə

Tural Comərdoğlu Hüseynzadə

Tural Comərdoğlu Hüseynzadə

10 dekabr 2021
# 18:20

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Tural Comərdoğlu Hüsyenzadənin “Mənfur qonşu” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

44 günlük vətən müharibəsində vətəni üçün canlarından keçən şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunur

Bir vaxtlar Xocalıda yaşayırdım, kompakt gözəl şəhərdir, mən burada anadan olmuşam, amma əslim buralı deyil, əslimiz Qafandandır. Qonşularımızın əksəriyyəti azərbaycanlılar idilər, hətta çox yaxın dostlarımda azərbaycanlılar idi, biz isə onlara türk deyirik.

Sinif yoldaşım Məlik və onun bacısı Gülçöhrə ən yaxım dostlarım idilər. Gülçöhrə ilə bir sinifdə oxuyurduq. Məlik isə bizdən bir sinif yuxarıda oxuyurdu. Gülçöhrəyə dostluqdan əlavə onu başqa şeylərdə hiss edirim, onu çox istəyirdim bəlkədə sevirdim, ona olan hisslərim 9-cu sinifdə dahada artmışdı.

Gülçöhrə göy göz azca sarışın ağbəniz bir qız idi, onlar çox tərbiyəli, mərifətli bir ailə idilər.

O vaxtlar bizimkilər tez-tez mitinqlər edirdilər. Türkləri buradan qovmaq, yaşadığımız ərazini isə Ermənistana birləşdirmək istəyirdilər.

1988-ci ildə sentyabrın 18-də bizimkilər Ermənistandan gəlmiş başcılarımıznan birləşib Xankəndində mitinqlər etdilər. Atam fəxrlə hər zaman deyirdi, biz türklərdən güclüyük onlar zəifdilər, biz istənilən anda onların başını əzə bilərik, onlarsa safcasına bizə inanırlar. Atam həmişə mənə deyirdi Tiqran sən qəhrəman olacaqsan, xalqımız üçün çox şeylər edəcəksən mənsə onun dediklərini o vaxtı tam başa düşmürdüm.Atam həmin gün Xankəndiyə gedirdi,mənidə özüynən Xankandinə meydana apardı, hamı bir ağızdan hayastan hayastan qışqırırdılar. Türk görən kimisə ona hücum edirdilər.

Bizimkilər illərdir silah-sürsat yığıb hücuma hazırlaşırdılar. Hər dəfə nəsə bir hadisə baş verirdi, hələ yadımdadı 1988-ci il 20 fevral tarixində Xankəndi mərkəzi xəstəxanasında təcrübə keçən iki azərbaycanlı tələbə qızı bizimkilər zorlamışdılar, əvəzində türklər qisas almaq istəyirdilər, amma buna əziz dostlarımız imkan vermədilər.

18 sentyabrda Xankəndində Məlikgilin qohumlarınında evinə hücum olunmuşdu. Bizimkilər oradakı azərbaycanlı evlərini qarət edib, yandırırdılar. Atam isə çaxır içir bu xəbərlərə hey sevinirdi, mənədə deyirdiki oğul az qalıb az, bacımla anam isə atama tamaşa edirdi, anamda hərdən atamla sevinirdi.

Bu hadisələr yaşanandan mən daha çox Gülçöhrəni düşünürdüm. Xankəndindən qayıtdıqdan sonra, Məliklədə bu hadisələr haqqında danışırdıq. Məlik deyirdi: Tiqran nəsə olsa sən bizlə dost qalacaqsanda? Bizə nəsə eləsələr sən kömək olarsanda bizə? deyirlər ermənilərlə biryerdə yaşamaq çox təhlükəlidir.

“Yox Məlik biz axı dostuq nə mən, nədə atam sizə bir ziyan verməz”. Bu sözləri deyəndən sonra ağlıma gəlməzdiki onlara elə ziyanı biz verəcəyik.

3 il bu hadisələr belə davam etdi biz isə məktəbi qutardıq, Gülçöhrəyə olan hisslərim dahada dərinləşmişdi, atam isə hər gün haralarasa gedir, hətta qonşularımızdan gizlin evə silahlar belə gətirirdi. Arada qonşularımızı söyüb, içini rahatladırdı.

1992-ci il 25 fevral axşamı atam mənə dedi: Tiqran vaxtdır, türkləri burdan qovub “Böyük Ermənistanımızı” yaradacağıq. Səndə əlinə silah alıb, düşmən ilə mübarizə aparmalısan. Gecəyə bizimkilər gələcək, türkləri buradan qovacağıq.

Öz özümə düşündüm olar niyə bizim düşmənimiz olsun, daha sonra atamada ele bu sualı verdim. Atam hay-küy qopardı: Mənim oğluma baxe, onlar türkdülər e türk elə bu bəsdi hərşeyə, səndə silah alıb o alçağları bir-bir qıracağsan elə birinci qonşularımızdan başlayacağıq.

1992-ci il 25 fevral tarixində Xocalıya bizimkilərnən yanaşı 366-cı motoatıcı rus alayıda gəldi, Xocalıda dəhşət səslər səmaya doğru çəkirilirdi. Bizimkilər hamının üstünə silahlar, tank ilə hücüm çəkir, önlərinə çıxan hər kəsi öldürürdülər. Türklər əsasən məşəyə, hətta hara gəldi qaçırdılar ki canlarını xilas etsinlər. Atam əlində silah mənidə yanında aparırdı, o, hərbçi dostları ilə birgə Məlikgilin qapısını qırıb içəri daxil oldular, mənim tüklərim biz-biz olmuşdu, məndə arxalarınca içəri daxil oldum. Məlikin atası Rövşən kişi çaşqınlıq içində atamgilə baxırdı, əsgərlərdən biri silahın arxası ilə Rövşən kişini vurdu, Rövşən ağzından qan axa-axa yerə yıxıldı, Məlikin anasını və Məliki isə əsgərlərimiz yerə yıxıb ayaqları ilə döyürdülər, Gülçöhrəni isə bir zabit yerə yıxdı, Gülçöhrə qışqıra-qışqıra mənə baxırdı, Məlik isə "Tiqran, Tiqran kömək elə dəyə" məni səsləyirdi, atam isə hey gülür bu mənzərəden zövq alırdı, mənsə yerimdən tərpənmədən olan hadisələr tamaşa edirdim. Onları belə gömrək məndə qəribə hisslər yaradırdı, uşaqlıqdan birlikdə böyümüşük, evlərin çörək yemişəm, xoş,gözəl anlarımızı bir yerdı yaşamışıq. Amma atamgil hərşeyin ən yaxşısını yəqin bilirdi. Erməni zabit hamının gözü onündə Gülçöhrəyə təcavüz edirdi, onun saçını yolur, başını döşəməyə vururdu. Atam: “oğlumada saxlayın o türklə oğlumda kef etsin” deyə təcavüzü edən zabitə səsləndi. Mənim içimdə eləbil qığılcımlAr çaxmağa başladı, olanlardan həm qorxurdum, həmdə sevinirdim ki, Gülçohrə mənim olacaq, sonra zabitlər Məlikin cinsi orqanlarına zərbələr endirib gülürdülər, Məlik və anasının səsi qulağımda zingildəyirdi. Rövşənin gözləri önündə arvadını döyə-döyə oldürdülər, bədənində isə bıçaq ilə xaçlar cızdılar.

Gülçöhrə qan içində idi, huşu gedib gəlirdi, Növbə mənə çatmısdı, mən Gülçöhrəyə yaxınlaşmaq istəyəndə, Gülçöhrə gözlərimin içinə halsız-halsız baxırdı, elə bu an mən duruxub qaldım, Atam məni görüb dedi: Çəkil oyana qorxaq çaqqal və atamda gözlərimin önündə Gülçöhrəyə təcavüz etdi.

Mən isə sadəcə buna tamaşa edə bildim. Gülçöhrənin o baxışı heç vaxt gözümün önündən getməyəcəkdi. Sırayla atam qarişıq 5 zabit Gülçöhhrəyə təcavüz etdi, sonra onun boğazını kəsib öldürdülər, bəlkədə o, elə təcavüz sırasında artıq olmüşdü. Məlikim isə gözlərini çıxarıb, cinsi orqanını kəsdilər. Rövşən kişinində diri-diri dərisini soydular.

Atam sonda deyirdi: "Bax oğlum Türklərə belə etmek lazımdı, sıra səndədi". Həmin gecə məndə atamla qaçan türkləri öldürürdüm, bədənim qaynayırdı, içimdə qaynayan qanımı hiss edirdim, həmin gün səhərə kim bizimkilər uşaq, qadın, qoca bilmədən kimi gördülərsə ya uzaqdan öldürür yada tutub işgəncə edib elə öldürürdülər. Səhərə kimi məndə 4 azərbaycanlını qətlə yetirdim, amma işgəncə elemeye üreyim gəlmirdi, ürəyim bulanırdı, iskəncəni atam daha yaxşı bacarırdı.

Bu hadisələrdən sonra biz Qarabağı işğal etdik, düzdur Buranı Ermənistana birləşdirə bilməsəkdə heç kimin tanımadığı bir qondarma ölkə qurduq. Hətta Ermənistan belə rəsmi olaraq bizi tanımırdı. Daha sonralar Qarabağda yaşayış çətinləşdi, məcbur İrəvana köçdük, orada evləndim 1 qızım və 1 oğlum dünyaya gəldi. Atam 2005-ci ildə xərçəng xəstəliyindən dünyasını dəyişdi.

2020-ci il 26 sentyabr. İndi Qızımın 23, oğlumun isə 19 yaşı var. Oğlum indi hərbi xidmətdədir.

İrəvanda yaşamaq çox çətindir, hər şey baha, həyat çox ucuzdur. Qarabağ dəsəm ondan beşbətər, xaricdən gələn yardımlar olmasa xalq demək olar ki, ac qalar. Robertim əsgərlikdən gəlsin hələ, ata-bala Moskvaya gedək, gün- güzəran yaradaq özümüzə. Qızım Mariya isə qardaşı gələndən sonra gəlin olacaq, əziz qızım, dəyərlim mənim, onun nişanlısı Qarikdə zabitdir oda indi xidmətdədir.

Gecəyə yaxın Qarik bizə zəng elədi: Tiqran əmi cəbhədən şad xəbərlər olacaq, hazırlaş qeyd eleməyə!.

Qariknən danışanda sonra çox sevincliydim, Yəqin yeni ərazilər əldə edəcəkdik, illərdir, gözləyirik bu xəbərləri. 27 sentyabrda bizim üçün lənətli olan İkinci Qarabağ müharibəsi başladı.

Biz xoş xəbər gözləyən anda məlum olduki, Azərbaycanlılar torpaqlarını geri al-ala bizə tərəf gəlirlərmiş. Robertimidə döyüşə apardılar. Qariklə hər gün danışırdıq, Qarik vəziyyətin pis olduğunu deyirdi, Robertlə son dəfə 2 oktyabrda danışdıq. O gündən sonra mənim balamdan xəbər gəlmədi. Qarik həryana səs salmışdı, amma Robertimi tapa bilmirdilər. Ölü ya sağ olmasını bilmirdik. Buda bəs deyilmiş kimi Qarinkin ölüm xəbəri gəldi, bu nə dərd idi axı, niyə bu bədbəxtliklər mənim balalarımın başına gəldi. Mariya Qarikin ölümünü qəbul edə bilmirdi, anası və mən Robertin günlərlə yolunu gözləyirdik. 10 noyabrda bizimkilər kapitulyasiya aktına imza atdılar, müharibə bitdi, Azərbaycan ordusu öz ərazilərini bizimkilərdən azad elədi. Yadıma köhnə günlər düşürdü, Xocalı, Xankəndi və digər hadisələr, illər sonra türklər bizi cəzalandırmaq üçün geri qayıtdılar. Robertimi düşünəndə yadıma Məlikin nərələri düşürdü.

İrəvana morqlara hər gün əsgər qalıqlari gətirirdilər bizdəndə DNK analiz almışdılar.

Müharibədən bir il keçdi. Məryam yarı dəli vəziyyətində həyatına davam edirdi. Həyat yoldaşım isə aylardır özündə deyildi. Biz inanırdıq ki, Robert Azərbaycanda əsirdir, amma belə deyilmiş Bir səhər bizə zəng gəldi və DNK-mızın bir əsgərin qalıqları ilə uyğun olduğunu dedilər. Biz tez morqa getdik, orada məlum oldu ki, Robertimin sadəcə bir parçasın tapıblar, morqda adətən az qala dəli olurduq. Robertimin bizə sadəcə bir hissəsin gətirmişdilər.

Bəlkə o etdiklərimiz indi qabağımıza çıxmışdı. İlahi ədalət ya Azərbaycanın qisası? Bu sual məni çox düşündürürdü.

# 2183 dəfə oxunub

Oxşar xəbərlər

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
#
#
# # #