Günel başqa yolun o tayına keçdi

Günel başqa yolun o tayına keçdi
9 iyun 2024
# 14:23

Kulis.az Qismət Rüstəmovun mərhum yazıçı Günel Eminliyə ithaf etdiyi yazını təqdim edir.

Günel Eminlinin xatirəsinə...

Günellə qonşuyduq; onunla bağlı xatirələri yaddaşımda axtarışa verəndə bir neçə görüntünün təkrarlandığı gördüm: üzündəki zərif təbəssümlə yolun o biri başından əl edir ki, gözlə, o tərəfə keçirəm...

Məhlədəki xudmani marketin kassasında əlindəkiləri göstərib gülə-gülə deyir ki, guya dietaya başlayıram...

Fərəhli günlərdə onların həyətində voleybol oynayırıq, övladlarımız bizim uşaqlaşmağımıza sevinib yan-yörəmizdə atılıb-düşürlər...

Voleybol oynadığımız günlərdə kimin zərbəsindən topa kənara çıxsa, dalınca özü qaçırdı. Hiss edirdim ki, bunu həyətin sükutunu gülüşə qərq edən uşaqların sevincinə görə edir. Heç vaxt oyunun bitməsini istəmirdi, neçə saaatının, nə qədər ayının, ilinin, gününün qaldığını bilmədiyimiz ömrün fərəhli anını bir az da uzatmağa çalışırdı. Səadətdən heç yerə tələsmədiyi üçün topun dalınca tələsirdi.

Market kassasının qarşısında gülə-gülə öz iradəsindən gileylənsə də, aldıqlarından görünürdü ki, hər şey evdəkilərin sevincinə, gülüşünə, rahatlığına hesablanıb, məsələn, vanilli dondurma, kinder sürpriz, birdəfəlik istifadə üçün təraş bıçağı. Çünki bəzən çöldə cibindən alınmalı şeylərin siyahısını çıxarır, bir-bir hamının sifarişini gülə-gülə, səsli oxuyur, sonra başı yeyilmiş balaca karandaşla yerinə yetirilmiş missiyaların üstündən xətt çəkirdi.

Hər dəfə yolu biz tərəfə keçəndə salam-kəlamsız eyni cümləni deyirdi: Niyə bizə gəlmirsiz? Sonra əlavə edirdi: Yığışsanız, mütləq mənə də xəbər edin.

İndi, onsuz sətirdən sətirə keçirdiyimiz günlərin ildönümündə düşünürəm ki, Günel bu dəfə başqa bir yolun o tayına keçib, bu dəfə sirrini heç vaxt bilməyəcəyimiz bir səbəbdən öz doğum günündə öz adının üstündən xətt çəkib, bu dəfə dalınca tələsdiyi top Zərdüştün, Mövludun, Mahmudun olduğu yerə düşüb...

# 3209 dəfə oxunub

Oxşar xəbərlər

Abcixanım - Sadiq Hidayətin hekayəsi

Abcixanım - Sadiq Hidayətin hekayəsi

12:00 23 noyabr 2025
Göy fənər - Viktor Pelevinin hekayəsi

Göy fənər - Viktor Pelevinin hekayəsi

14:00 22 noyabr 2025
Təəssürat - Pərvanə Əliqızının hekayəsi

Təəssürat - Pərvanə Əliqızının hekayəsi

12:50 22 noyabr 2025
Kabuslu ev - Virciniya Vulfun hekayəsi

Kabuslu ev - Virciniya Vulfun hekayəsi

10:00 22 noyabr 2025
Divardakı yazı - “Səksənincilər" layihəsindən Aydın Tağıyevin hekayəsi

Divardakı yazı - “Səksənincilər" layihəsindən Aydın Tağıyevin hekayəsi

10:00 21 noyabr 2025
Ona ölüm yoxdur - Nuray Rəşidin hekayəsi

Ona ölüm yoxdur - Nuray Rəşidin hekayəsi

11:00 19 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər