Böyüyən qisas - Aytac Ağayeva

Aytac Ağayeva

Aytac Ağayeva

9 dekabr 2021
# 14:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Aytac Ağayevanın “Böyüyən qisas” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Ara, Vanik, Toros gəlin görün burda kimləri tapmışam-qapını təpiklə açan silahlı erməni gülərək yoldaşlarını səslədi.

Yoldaşlarının səsinə gələn iki yaraqlı-yasaqlı erməni qapıda göründü. Onlar qorxudan otağın küncünə sıxılan Rəhimə ilə övladları Nəzrin və Cəbrayılı nişan aldılar. Uşaqların qorxudan rəngləri ağarmışdı,onlar durmadan ağlayırdılar.

- Vanik, silahı aşağı sal, bəlkə, bunları daha möhtəşəm şəkildə öldürək? Hə, nə deyirsən?

Bunu deyərək o dörd yaşlı Nəzrinə yaxınlaşdı.

Anasının əlindən uşaqı dartaraq alan Serop adlı erməni dedi:

- Mən indi sənin ağlayan gözlərini çıxardacağam. Erməni bərkdən gülməyə başladı. Gözyaşları içində fəryad edən Rəhimə irəli atıldı, övladını erməninin əlindən almağa çalışdı, erməni onu itələyərək döşəməyə yıxdı.

- Axaxa, deyəsən əvvəlcə ananın gözlərini çıxarmalı olacağıq, balaca!

Ağlamaqdan göyərmiş uşağı yerə çırpan erməni Rəhimənin saçlarından tutaraq qaldırdı.

- Seçim haqqı verirəm, seç, hansınızı birinci öldürüm, səni yoxsa övladlarını?

- Əclaf, səni görüm Allahın bəlasına tuş gələsən! Hamınızı qıracaq bizim əsgərlərimiz!

- Çək, o murdar əllərini saçımdan!

Bunlar Rəhimənin dediyi son sözlər oldu, Serop adlı erməni onu həmin andaca güllələdi. Nəzrin və Cəbrayıl qışqırmağa başladılar.Vanik ağlayan uşaqlara tərəf gedərək bağırmağa başladı:

- Kəsin, səsinizi! Ananızın yanına gedəcəksiniz indi sizdə!

Qaniçən ermənilər evi ələk-vələk edib əllərinə keçən qiymətli əşyaları yığdılar. Azərbaycan dilini bilməyən Toros erməni dilində nəsə dedi, yoldaşları da ona erməni dilində cavab verdilər. Deyəsən, onlar getməyə hazırlaşırdılar.

- Serop, bəs bunları nə edək? - deyə Vanik dilləndi.

- Axmaq, nə edəcəyini hələ bilmirsən? Sənin kimi axmağı niyə bizim dəstəyə salıblar baş açmıram. Benzin tökün evə çıxanda od vurarsınız , yansınlar.

Nəzrin ağlayaraq qardaşına deyirdi, - atamızı çağır gəlsin, Cəbrayıl. Gəlib aparsın bizi.

Bunu eşidən Vanik dilləndi:

- Axaxa, Serop, uşaqlar ataları üçün darıxıb, bayaq həyətdə güllələdiyin atalarını axarırırlar, deyəsən.

- Ay qız, sən nə çox danışırsan, dilin kəsilmək istəyir?

- Toxunma bacıma, deyərək, Cəbrayıl erməninin üstünə atıldı, Seropu boğmağa çalışdı, ancaq 6 yaşlı Cəbrayılın qollarındakı güc bu qaniçən ermənini boğmağa, öldürməyə kifayət etməzdi. Serop Cəbrayılı əlindəki silahla döyməyə başladı, ağlayan Nəzrini otağın küncünə itələdilər.

- Vanik, kəs bu qızın səsini!-Seropun vahiməli səsi gəldi. Vanik əlindəki silahın tətiyini çəkdi. Atəş səsi eşidildi. Balaca Nəzrinin cansız cismi otağın bir küncündə qalmışdı.

Cəbrayılı ölümcül halda döyən Serop qışqırmağa başladı:

- Hə, iş bitdi onları da ana və atalarının yanına göndərdik. Yığdıqlarınızı götürün çıxaq.

Çıxarkən evə od vurdular.

Ermənilər Cəbrayılın öldüyünü zənn etmişdilər, az sonra uşaq biraz özünə gəldi, zarımağa, ağlamağa başladı.O əzilən bədənini yerdən qaldıra bilmirdi, həm də yanğın başladığından tüstü qalxmış, nəfəs almaq çətinləşmişdi. Onlar Cəbrayılın qolunu sındırmışdılar. Bu vaxt onun zarıltısını sağ qalanları axtaran, köməyə gələn əsgərlərimiz eşitdi, onlar tez yanan evə doğru addımladılar, yerdə hərəkətsiz halda uzanan Cəbrayılı, Nəzrin və Rəhimənin cansız bədənlərini otaqdan çıxara bildilər.

Bu hadisədən 30 il keçdi. 2020-ci il,noyabrın 7 -sindən 8-nə keçən gecə, müharibənin 44 cü günü idi. Xüsusi təyinatlı dəstənin əsgərləri “Şuşa əməliyyatına” başlamaq üçün hazır vəziyyətdə durmuşdular. Qarşıdakı cərgədə,artıq rütbə almış, XTQ-nın ən nümunəvi əsgərlərindən olan Səfərov Cəbrayıl durmuşdu. 30 il keçsə də, onun qəlbindəki intiqam hissi hələ soyumamışdı. Əmr verildikdən sonra əməliyyata başlayan əsgərlər Şuşanı mühasirəyə alan dağa dırmaşmış və düşməni aldadaraq əks-hücuma keçə bilmişdilər. Şuşa şəhərində cəllad ermənilərlə əlbəyaxa döyüş başlamışdı. Artıq Cəbrayıl 6 yaşlı, qolu zəif uşaq deyildi, o Xüsusi Təyinatlı döyüşçü idi. O indi qarşısına keçən ermənini əlləri ilə parçalamaq gücünə sahib idi. Bu 30 ildə hər şey dəyişsə də, təkcə onun qəlbindəki qisas hissi dəyişməmişdi. Erməni cəlladlarının içində ona tanış gələn gözlər Cəbrayılın diqqətini cəlb etdi. Bəli,bu Serop idi.

Cəbrayıl bu gözləri,bu baxışı necə unuda bilərdi axı?! Bir göz qırpımında Seropun üzərinə atıldı. Cəbrayıl Seropu boğmağa başladı.

- Axx Serop,qaniçən erməni bax, sən mənim anamı, atamı, bacımı belə öldürmüşdün. Sənin qanını içəcəyəm, şərəfsiz erməni!

Gözləri qəzəblə, ürəyi qisasla dolan Cəbrayılın gözünə heçnə görünmürdü. Yalnız fikrində o idi ki ,vaxtı ilə gücü çatmayan, boğub öldürə bilmədiyi bu qaniçən erməninin nəfəsini kəssin. Nəhayət,Serop cəhənnəmə vasil oldu.

Döyüşçülərimizin hamısı erməni cəlladlarını döyüşərək məğlub edirdilər. Bu vaxt Cəbrayıl bir döyüşçümüzün üçrəngli Azərbaycan bayrağını Şuşa torpağına sancdığını gördü. Bəli,Azərbaycan ordusu qələbə çalmışdı, bu xeyirin şər üzərində haqlı qələbəsi idi. Əlini ürəyinin üstünə qoyan Cəbrayıl bayrağımızın qarşısında diz çökdü, səhər artıq açılırdı. Bu səhər Azərbaycan xalqı üçün ən gözəl səhər idi, çünki az sonra ölkə başçısı “Qələbə müjdəsi”ni xalqa çatdıracaqdı.

# 2332 dəfə oxunub

Oxşar xəbərlər

Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

09:00 30 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Mamam - İlqar Rəsulun yeni hekayəsi

Mamam - İlqar Rəsulun yeni hekayəsi

14:00 22 oktyabr 2024
Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

18:40 21 oktyabr 2024
Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

15:00 18 oktyabr 2024
"Mənim adım Emiliya Del Valle" -  Gənc yazıçı həqiqət axtarışında

"Mənim adım Emiliya Del Valle" - Gənc yazıçı həqiqət axtarışında

10:27 18 oktyabr 2024
# # #