"Arzum budur ki, dəlilik həddinə çatacaq qədər seviləsən..." - Andre Breton

"Arzum budur ki, dəlilik həddinə çatacaq qədər seviləsən..." - Andre Breton
28 sentyabr 2026
# 11:50

Bu gün fransız yazıçı, şair, boyakar Andre Bretonun anım günüdür.

Kulis.az onun sitatlarını təqdim edir.

Arzum budur ki, dəlilik həddinə çatacaq qədər seviləsən.

***

Həyatın ən böyük bəxşişi istədiyin zaman ondan uzaqlaşmaq üçün sənə tanıdığı azadlıqdır.

***

Kimin kabusu olduğunu de, sənə kim olduğunu söyləyim.

***

Xəyali olan – gerçəyə çevrilməyə meyilli olandır.

***

Bütün ömrüm boyu ürəyim adını qoya bilmədiyim bir şey üçün həsrət çəkib.

***

Buludlar sürətlə yoxa çıxır, ulduzları ölməyə məhkum edirdi. Gecə quruyub qaldı.

***

Bəlkə də mənim həyatım bu cür səhnədən başqa bir şey deyil; bəlkə də kəşf etdiyim illüziyası ilə addımlarımı yenidən geri izləməyə məhkumam, sadəcə tanımalı olduğumu öyrənməyə çalışan, unutduqlarımın isə yalnız kiçik bir hissəsini mənimsəyən biriyəm.

***

Sözlər bir-biri ilə sevgi yaşayır.

***

Sevgi – sənə özün haqqında yeni bir şey deyən insanla qarşılaşdığın andır.

***

Özünə tez-tez xatırlat ki, ədəbiyyat hər şeyə aparan ən kədərli yollardan biridir.

***

Mən yuxu və reallıq kimi görünüşdə bir-birinə zidd olan bu iki vəziyyətin gələcəkdə mütləq reallıqda — əgər belə demək mümkünsə, surreal reallıqda birləşəcəyinə inanıram.

***

İstənilən çətinliklə qarşılaşan ağıl absurd olanın içində ideal çıxış yolu tapa bilər. Absurda uyğunlaşmaq böyükləri uşaqların məskunlaşdığı sirli aləmə yenidən qaytarır.

***

Bizi əhatə edən heç nə obyekt deyil, hər şey subyektdir.

***

Qoy gecə simfonik orkestrin üzərinə enməyə davam etsin...

***

Reallıq həddindən artıq dözülməz və ağrılı olanda yumor onu bir kənara qoymağa imkan verən prosesdir.

***

Əgər insan işləməlidirsə, yaşamağın heç bir mənası yoxdur. Hər birimizin öz həyatının mənasını kəşf edəcəyini gözləməyə haqqı olan o hadisə — hələ tapmaya biləcəyim, lakin yolunda özümü axtardığım o hadisə zəhmətlə əldə olunmur.

***

Hər şey bizi inandırmağa çalışır ki, ağlın elə bir müəyyən nöqtəsi mövcuddur ki, həyat və ölüm, gerçək və xəyali, keçmiş və gələcək, danışılan və danışılmayan, uca və alçaq orada artıq ziddiyyət kimi qəbul olunmur.

Rus dilindən tərcümə: Aydan Ağayeva

# 606 dəfə oxunub

Oxşar xəbərlər

"Vüqar da daxil olmaqla bir neçə imza var ki, onları bəyənəndə..." - Hekayə müzakirəsi

"Vüqar da daxil olmaqla bir neçə imza var ki, onları bəyənəndə..." - Hekayə müzakirəsi

12:05 12 noyabr 2026
"Səndən başqa heç kim məni sevmir..." - Elizabet Qaskell

"Səndən başqa heç kim məni sevmir..." - Elizabet Qaskell

11:33 12 noyabr 2026
"Dilim arzu ilə titrəyir..." - Rolan Bartın "Eşq söhbətindən fraqmentlər"

"Dilim arzu ilə titrəyir..." - Rolan Bartın "Eşq söhbətindən fraqmentlər"

10:00 12 noyabr 2026
"Ləyaqət işdə deyil, işçidədir" - Amerikalı yazıçıdan deyimlər

"Ləyaqət işdə deyil, işçidədir" - Amerikalı yazıçıdan deyimlər

17:35 11 noyabr 2026
"Məni narahat edən öz cəhalətim və bacarıqsızlığımdır..."  - Noah Qordonun "Təbib"indən sitatlar

"Məni narahat edən öz cəhalətim və bacarıqsızlığımdır..." - Noah Qordonun "Təbib"indən sitatlar

15:00 11 noyabr 2026
"Bestseller siyahıları ölü kitabların qəmli qəbiristanlığıdır..." - Karlos Fuentes

"Bestseller siyahıları ölü kitabların qəmli qəbiristanlığıdır..." - Karlos Fuentes

14:00 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər