Onun qadınları

Onun qadınları
31 may 2013
# 07:45

"Məni öldürəcəyini bilirəm! Atəş aç. Sadəcə bir adam öldürəcəksən!”

“Niyə böyük inqilabçıların həyatı sondan başlayır? Onlar haqqında nəsə yazmaq istəsək qələm bizi sürətlə başlanğıca yox, sona tərəf itələyir.”

Bu sözlər Çenin söylədiyi son sözlərdir. Sonuncu qarşıdurmada ayaqlarından və qollarından yaralandığı üçün nə yeriyə, nə də silah tuta bilmişdi. Əlləri bağlı bir orta məktəbdə saxlanılmışdı. Çavuş içəri girəndə Çe ona baxmış, ayağa durana qədər gözləməsini istəmişdi. Çe “tərpənmişdi”. Bu tərpənişdən qorxan çavuş otaqdan çıxmışdı. Amma çöldə polkovnik gözləyirdi. İçəri girib onu öldürməsə, özünün öləcəyini dedi. Çavuş içəri girdi. Çe yaralı ayaqlarının üstündə dayanmışdı. Yuxarıdakı cümləni dedi və çavuş tətiyi çəkdi...

Uşaq vaxtı anası ilə etdiyi dəniz gəzintisindən sonra başlayan astma xəstəliyi ona həyatı boyu problem yaratdı. Ancaq o xəstəliyi ilə mücadilə edərkən özü ilə də mücadilə edirdi və xəstəliyini “nə olur olsun, həyatda qalmaq mücadiləsinin” bir alətinə çevirməyi bacarmışdı. Məktəb vaxtlarında ailəsinin və dostlarının bacarmayacağını düşündüyü bütün işləri uğurla bacarırdı.

Saatlarla futbol oynayırdı. Hətta musiqinin olmadığı vaxtıarda da rəqs edirdi. Ətrafındakı “çirkin qızları” rəqsə dəvət edirdi. Dostları niyəsini soruşanda “özlərini pis hiss etməsinlər” cavabını verirdi. O ərəfələrdə tanış olduğu bir komunist xadim onu siyasi fikirlərindən çox, əxlaqi tərəfləri olan biri kimi tanımışdı. İyirmi beş yaşında ömrününü sonuna qədər ailəsinə yazacağı məktublardan birində “oğlunuzla fəxr edə bilərsiniz, artıq doqquzuncu simfoniya ilə beşincini ayıra bilirəm” deyə yazmışdı.

Həmişə başqalarının “bunu edə bilməz” dediyi şeylərin üzərinə gedirdi. Uzun yollara çıxıb, hündür dağlara dırmanmışdı. Uzun səfərlərdən ikincisi onu Sierra Maestra dağları ilə qarşılaşdırdı.

Leninin ölkəsini həmişə görmək istəmişdi. Avropa gəzintiləri haqqında düşünürdü, planlar qururdu. Bu səfərlərə çıxmaq üçün küçələrdə fotolar çəkirdi. Küçələrdə çəkdiyi fotoların pulu ilə oralara gedə bilməsə də inqilabdan sonra sosialist Kubanın elçisi olaraq oralara getdi.

Dayanmadan oxudu. Artıq xarakterinə çevrilmiş haqsızlığa etiraz və oxuduqları birləşəndə, inqilab mübarizəsinə hazır idi. Kuba sahillərinə gəlib, mübarizəyə başlayanda da daim ona kitablar gəlirdi. Bu kitabların arasında “riyaziyyat” kitabının olduğunu görəndə Raul Kastro ona “renesans adamı Çe” deyirdi.

Fidel o dövrdə sol burjuaziyasının lideri kimi tanınırdı. “Qranma” gəmisinin səfərə hazırlaşmasını gözləyərkən hər gecə Meksikada bir-biriləri ilə mübahisə edirdilər. Çe Qvatemalada gördüklərini sonra anasına belə yazmışdı: “Orta yol xəyanətin başlanğıcı olmaqdan başqa bir şey deyil”. Çevrilişdən sonra da, Kuba Mərkəzi Bankının rəhbəri olandan sonra da o görüləcək çox işin olduğu bilirdi, hətta günlərinin gərgin olmasına baxmayaraq imkan tapıb riyaziyyat öyrənirdi. Bir dəfə isə jurnalistin ona “Ekonomistsinizmi?” deyə verdiyi kinyəli sualına“Yox, kommunistəm”, deyə cavab vermişdi.

1950-ci ilin oktyabırında hələ iyirmi iki yaşı olanda Çiçinaya evlənmə təklifi etdi. Çiçina Kordoba oliqarxiyasından olan çox varlı bir ailənin qızı idi. Çenin inqilabçı olduğunu öyrənəndə qızlarını ona verməkdən imtina etdilər. Çiçina Çenin məktəbi bitirib həkim olmasını istəyirdi, o isə Çiçinaya Amerika qitəsinə gəzməyə getməyi təklif etmişdi.

Çe ilk Amerika gəzintisinə onsuz çıxmışdı. Bu gəzinti ərəfəsində getdiyi bir mədənçi qəsəbəsində ingilis mədən şitkətinin mədənçiləri istismar etməsinə şahid olandan sonra kapitalizmə qarşı hirsi daşmağa başlamışdı. Ardınca Peruda irqçiliyin və dövlətin insanlara işgəncələrinin şahidi oldu. Bu təcrübələrlə dolu ilk gəzinti bitəndən sonra Çiçina ilə birdəfəlik ayrıldılar.

Çenin mütaliəsi ilə birlikdə maraq dairəsi də sürətlə genişlənirdi. Arxeologiya ən böyük maraqlarından biri idi. Nəyi sevmişdisə, nə etmək istəmişdisə onu bir maraq halına salırdı. Səyahətlər, kitablar, şeir və inqilab.

***

Qvatemalada ilk həyat yoldaşı Hilda Gidea ilə tanış olur. Bu tanışlıqda da “ədəbiyyat” əsas yer tuturdu. Bir-birilərinə şeir oxuyurdular. Hilda Çeyə Valt Vitmanı tanıtdı. Tolstoya görə mübahisə etmişdilər. Çe Hildanı da kiçik bir burjua solçusu kimi gördüyü üçün Marksı oxunacaq kitablarının içinə qatmışdı.

Çenin Hildaya ilk evlənmə təklifi də bu ərəfələrə düşmüşdü. Hilda ilk təklifdə qərarsız idi. Altı aydan sonra Çe yenə evlənmə təklif etmişdi. Hildanın yenə tərəddüt etdiyini görən Çe dost qalmaq qərarına gəlir. Hilda bunu gözləmirdi və bu qərardan sonra ayrılırlar.

Çenin Hilda ilə münasibəti gərginlik ilə müşayət olunurdu. Davamlı ayrılıb barışırdılar. 1955-ci ilin yeni il günündə Çe Hildaya bir kitab hədiyyə etdi. Bir aydan sonra Çenin evlilik təklifini qəbul edən Hilda Çedən “Evlənmə təklifini qəbul edəcəyimi birlidinmi?” deyə soruşanda Çe: “Əlbəttə bilirdim. Çünki bu dəfə də qəbul etməsəydin məni itirəcəyini bilirdin” demişdi.

Çenin bu cavabında nələr gizlənmişdi? Kitablara, şeirə, ədəbiyyata, çevrilişə olan tutqusu ilə eşq tutqusu arasında bir fərq vardımı? Heç birindən əsla imtina etməyəcəyini bilirik, bəs sevgilisindən niyə əl çəkirdi? Burada maraqlı olan başqa bir məqam Çenin ailəsinə yazdığı məktublarda Hilda ilə evlənənə qədər ondan bəhs etməməsi idi. Çe niyə ailəsinə evlilik hazırlıqlarından, sevgilisindən, sevgisindən danışamdı?

Santa Clara zəfərindən bir az əvvəl tanış olduğu ikinci həyat yoldaşı və dörd uşağının anası olan Aleida Marçı və Hildanın Çedən sonrakı səssizliklərini düşünəndə nə nəticəyə gələ bilərik? Çeni Çe edən ehtirası ilə sevgisini qarşılaşdırmaq, müqaisə etmək bizi səhv yola aparacaq.

Çe heç bir zaman sağlamlığından şikayət etmirdi. Müharibənin ən şiddətli vaxtında baş qaldıran astma tutmalarından və ya boğazından yaralananda “yaralandım” deyə bir sətir də yazmamışdı gündəliyində... Fidel onun haqqında deyirdi: “Şəxsi eqoları olmayan biri idi, kimsə onunla yarışmaq istəsə tez aradan çəkilirdi...”

Aleida Març ilə münasibətinin başlanğıcı da eyni Hilda ilə başlayan münasibətinə bənzəyirdi. Çe Marçdan xoşlanırdı, ancaq zaman bu münasibəti sevgiyə çevirdi. Hilda ilə başlayan münasibətində də bir “çevriliş və müharibə” şərtləri içində olmamalarına baxmayaraq aralındakı münasibətin adı böyük sevgi idi. Onlar bir- birilərini mübarizə içində sevirdilər. Çe çevrilişdən sonra Aleida ilə evləndi. Üstündən bir az keçəndən sonra Çe, çevriliş haqqında dünyaya danışmaq üçün “yola” çıxdı.

Yola çıxmamışdan əvvəl Hilda ile vidalaşanda ikisi də artıq birdəfəlik ayrıldıqlarını bilirdilər. Hilda qızını da götürüb Peruya qayıtdı. Çe bu ayrılıqdan sonra bunları yazdı: “Beyinlərimiz, düşüncələrimiz ayrı idi və mən yeni üfüqlərin xəyalını quran anarxist ruha sahib idim.”

# 4999 dəfə oxunub

Müəllifin son yazıları

# # #