Yalandan təriflənən şairlər

Mina Rəşid, şair, nasir

Mina Rəşid, şair, nasir

14 aprel 2022
# 14:00

Kulis.az Mina Rəşidin “Aləm şair oldu” yazısını təqdim edir.

Bəli, doğru bildiniz, bu cümlə dahi Üzeyir Hacıbəylinin felyetonlarından birinin adıdır. Belə ki, həmin yazıda ərz edilir ki, naşir məktubları açdıqca kənara qoyur və deyir: “Aləm şair oldu...”

Hə, görün o vaxtdan bizi nə qədər zaman kəsiyi ayırır. Amma yenə də, hərə öz işindədir. Onunku da hər gecə bir kağızdı, bir qələm. Yazır, yazır, hər gecə, bəlkə, neçə şeir yazır. Hamısı da, bir-birinə bənzəyir. Şeir nə şeir, “bəxtim yoxdu”, “taleyim qara gəlib”, deyə şair günahsız kağızı qaralayır, sanki heyfini o ağ vərəqdən çıxır... Düşünmür yazdığı kimə, nəyə lazımdı, yazıb FB səhifəsində paylaşır. Özünə oxşayan dostları tez şirəyə darışan arılar kimi başına toplaşır, hərəsi bir tost deyir şairin şərəfinə: “Əhsən, təbinə sağlıq, necə ürəkdən-ciyərdən yazmısan...” İndi şair bu yerdə coşmasın, neyləsin? Daha da, ruhlanır, ilhamı başına vurur... Düşünür ki, onsuz da, nə yazsa bəyənilir, dostların xoşuna gəlir. Xoşa gəlməkdən, tərifdən də gözəl dünyada nə var ki?... Səhərə kimi yatmır, ilhamı ilə baş-başa qalır və ağ vərəqləri qaralda-qaralda gecəni səhərə çıxır. Dumanlı başıyla kompüterə yaxınlaşır. Yorğun olsa da, sevinə-sevinə ürəyini FB səhifəsində dostlarına boşaldır... Deyir:

Gecəni yatmamışam,

Neyləyim ki, bu yaşa gəlmişəm,

Amma hələ də, özümə bir xeyirli iş tapmamışam.

Vay canım, lay-lay...

# 2506 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #