Zorik Balayanın tonqala atdığı balaca türk - Nüşabə Əsəd Məmmədli

Zorik Balayanın tonqala atdığı balaca türk - Nüşabə Əsəd Məmmədli
15 noyabr 2023
# 15:10

Kulis.az Nüşabə Əsəd Məmmədlinin "Haqqa tapınan əsər" yazısını təqdim edir.

“Sandıq“ çox istedadlı yazıçımız, şairimiz Qalib Şəfahətin kitabıdır. Sandıq-müharibə, qaçqınlıq, itkinlik və soyqırım görmüş insanların cəmiyyətidir. Bu cəmiyyətdə adamlar təbəqələrə, milli mənsubiyyətə bölünmür. Əsərin bir qəhrəmanı Anuş xala erməni, İsmayıl Azərbaycan türküdür. Onların nikahdankənar doğulan oğlu Zorik Balayandır. Qarabağda cərəyan edən hadisələr Anuşun nəzər—nöqtəsindən göstərilir. Müharibədə insanlar əgər müqəddəs amal uğrunda savaş aparmırlarsa simalarını itirirlər, hər rəzilliyə əl atırlar.

Bu əsəri oxuyanda nədənsə Adəmlə Həvvanın oğulları yada düşür.

Təmiz, pak, ağıllı Avelin qardaşı Kain tərəfindən öldürülməsi sanki yaranacaq bəşəriyyətə Allah tərəfindən min, milyon, bəlkə də milyard il üçün ismarıc yollanılır:--sizi müharibələr, qətliyamlar, xəyanətlər gözləyir. Və “sandığın” bütün obrazları hər cür rəzilliyə əl atır.

Əsərdə müsbət obrazlar yoxdur. Elə bil hər kəs şər daşıyıcısıdır—Anuş xala da, İsmayıl da, Zorik də, Xoren də, Aşot da, Zoriki uşaqlıqda əməliyyat edən azərbaycanlı həkim də. Fəqət oda atılmış bir türk qızının ruhu var. Yollarını azmışlara, cinayət və günah işlətmişlərə yol göstərir. Kitabın sonunda bu Zorik Balayanın tonqala atdığı balaca türk qızcığazıdır. Məhz həmin qız həyatın ağır məngənəsindən qurtulmaq istəyən, neçə illər öncə müharibədə həlak olmuş İsmayılın gözə görünən ruhu arxasınca qaçan, yolunu, izini azan Anuşa kömək edir, bu ixtiyar qadına qapı açır. Bu qapı açılanda gözümüzə gözəl çiçəklər, büllur kimi bulaqlar, rəvan axan dupduru çaylar görünür. Kin—küdurətdən, düşmənçilikdən, dava—dalaşdan uzaq bir məkan. Balayan tərəfdən oda atılıb, yanan türk qızı açır qapını Balayanın anasının üzünə.

Maraqlır ki, kitabda sürrealist məqamlar real olaylarla sintezdə verilir. Və əsas məqam–dünyanı xeyirxahlıq xilas edəcək-müəllif Qalib Şəfahətin gəldiyi nəticə budur.

Qədim Ekklessiast kitabında yazılır ki, hər bir insan ömrü boyu mütləq ya mənəvi, ya da cismani çarmıxa çəkilir. Bu labüddür. Qalib Şəfahətin əsərində hər kəs, bütün cəmiyyət çarmıxa çəkilir. Analar oğullarını itirir. Körpələr oda atılır. Kəndlər, şəhərlər bombalanır, xarabalığa çevrilir. Sonra yeni şəhərlər yaranır, yeni yaşayış məskənləri salınır. Dünyaya yeni-yeni insanlar doğulub ərsəyə gəlirlər. Beləcə, qərinələr, əsrlər, minilliklər dəyişir. Vaxtaşırı yeni müharibələr, soyqırımlar baş verir, sonra yeni insanlar doğulur. Ancaq bu müharibələr arasında böyük dühalar gəlir cahana, böyük sənət əsərləri, haqqa tapınan kitablar yaranır. Qalib Şəfahətin “Sandıq” romanı kimi.

# 3424 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər