Bakı Beynəlxalq Animasiya Festivalının proqramı bəlli oldu

Bakı Beynəlxalq Animasiya Festivalının proqramı bəlli oldu
16 oktyabr 2019
# 14:01

Azərbaycanın ilk beynəlxalq animasiya festivalı olan II ANIMAFILM Bakı Beynəlxalq Animasiya Festivalı 18 oktyabr 2019-cu il tarixində başlayır.

Kulis.az-ın verdiyi xəbərə görə, Azərbaycan Kinematoqrafçılar İttifaqının baş sponsoru və tərəfdaşı olduğu festivalın proqramı uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərindən ibarətdir.

II ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalının proqramına əsasən, öncə yubiley konfransı keçiriləcək.

Belə ki, Azərbaycan animasiyasının 50 illiyinə həsr olunmuş “Azərbaycan animasiyasının 50 illiyi” adlı konfransda milli animasiyanın keçmişi, indiki vəziyyəti və gələcəyi barədə müzakirələr aparılacaq.

II Bakı Beynəlxalq Animasiya festivalı – ANİMAFİLM-in seçim komissiyası festivalın müsabiqə proqramına daxil edilmiş animasiya filmləri və ssenarilərin siyahısını təqdim edib.

Seçim komissiyasının qərarına əsasən, Azərbaycandan yalnız bir film göndərildiyindən, “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” kateqoriyası üzrə müsabiqə keçirilməyəcək.

Bundan başqa, müsabiqədə “Ən yaxşı qısametrajlı animasiya filmi” A kateqoriyası üzrə, “Ən yaxşı qısametrajlı animasiya filmi” B kateqoriyası üzrə, “Ən yaxşı qısametrajlı animasiya filmi ssenarisi”, “Uşaqlar üçün ən yaxşı animasiya filmi” B kateqoriyası üzrə, “Ən yaxşı qısametrajlı animasiya filmi» C kateqoriyası üzrə animasiya filmləri iştirak edəcək.

Uşaqlar üçün vorkşop təşkil ediləcək. Bu da o deməkdir ki, azyaşlılar öz filmini qurmaq zövqünü yaşayacaq.

Festival animasiya üçün yazılan ssenarilərin inkişafı məqsədilə bu il də ssenari müsabiqəsi keçirəcək. Qeyd edək ki, festivalda, ən yaxşı qısametrajlı animasiya film ssenarisi üzrə – Proud Kettle (Azərbaycan), Donma (İran İslam Respublikası), Qarınqulu ayı balası (Azərbaycan), Cığır (İran İslam Respublikası), Maneken (İran İslam Respublikası), Papo və Pepe (Ukrayna), Payacıq (Azərbaycan), Ağaclar necə danışır? (Azərbaycan), Əsən (İran İslam Respublikası), Qəzəb və qan; İkinci bölüm (İran İslam Respublikası) ssenariləri yarışacaq.

Yeri gəlmişkən, ANİMAFİLM-in təşkilat komitəsinin qərarı ilə festivalda, Azərbaycan animasiyasının inkişafına verdiyi töhfəyə görə “Qızıl qayıq” mükafatı verilməsi nəzərdə tutulub.

Bu il həmin mükafat rejissor, rəssam, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvü, əməkdar incəsənət xadimi Firəngiz Qurbanovaya təqdim ediləcək.

Ötən il bu mükafata rejissor-animator Məsud Pənahi layiq görülmüşdür.

20 oktyabr 2019cu il tarixində II ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalının bağlanış mərasimi keçiriləcək, qaliblər elan olunacaq .

# 4446 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər