Kasıblıqdan aliment ödəyə bilməmək – Səhər Əhməd yazır...

Kasıblıqdan aliment ödəyə bilməmək – Səhər Əhməd yazır...
15 iyun 2019
# 11:43

Son günlər bir neçə söz adamının alimentlə bağlı həbs edilməsi xəbəri yayıldı, əvvəlcə jurnalist Səxavət Məmmədin, sonra yazıçı Murad Köhnəqalanın.

Əlbəttə, ibrətamiz məsələdir, söz və aliment, yazıçı və məhkəmə, kasıblıq və həbs. Məqsədim məsələnin fəlsəfi qatlarda söz oynadıb ağıllı görünmək deyil, qətiyyən.

Səbəblərə girmək də mənasızdı, çünki bu tip olaylarda subyektiv fikir qədər mənasız heç nə yoxdur.

Məni narahat edən son günlər Murad Köhnəqalanın düşdüyü duruma adamların iki bir-birindən çox fərqli münasibətidir. Birincilər altmış yaşlı yazıçının həbsə düşəcəyindən narahat olan kəsimdi ki, hümanizmi bir kənara qoysaq belə, məntiq baxımından da anlaşılırlar. İkincilər bu hadisədən zövq alıb sosial şəbəkələrdə ağlına gələni yazan adamlardı ki, onların elədikləri Muradın aliment verə bilməməsindən daha böyük, daha zərərli, daha dəhşətli faktdır.

Kasıblıqdan aliment ödəyə bilməmək nə boyda günah olub ki, adamlar bu qədər kin püskürür. Qanun kasıblığı anlamır, çünki qanunun ürəyi yoxdur. Bəs adamlar? Cəmiyyətin bu aqressiyasının səbəbi, varlını bir cür, yoxsulu başqa cür, öləni bir tərzdə, öldürəni başqa tərzdə “vurmağın” anlamı nədi, bilmirəm. İnsanlar bir-birinin pis gününə niyə bu qədər maraqlı olsun, niyə yıxılana əl uzatmaq əvəzinə başına bir daş vurmaq istəsin ki...

Sanki qladiator döyüşünü seyr edən qəzəbli kütlə inadla “qurban”ın ölümünü tələb edir. O kütlənin qəzəbinin kökündə nə durur, həmişə mənə maraqlı olub.

Bu maraq Murad Köhnəqalanın yazıçı olmağıyla bağlıdırsa, daha pis. Demək ki, bu xalqın yazarı olmaq onun ittihamlarına asanlıqla tuş gəlməkdən, səhv etmək hüququnun olmamasından başqa heç bir “üstünlük” gətirmir. Budumu sizin öz yazıçınıza sevginiz? O ki, haqq tapdalamayıb, xalq satmayıb, mənsəb qazanmayıb, xarici ölkələrdə kef eləməyib. Türkün sözü, alt tərəfi kasıb həyat sürüb, bunun da zərbəsi öz övladlarına dəyib.

Bu isə, dartışılmaz, kim kimdən daha yaxşı valideyndi, kim övladını daha çox sevir, kim həyatın hansı sınaqlarından keçib, bunların hamısı məşhur filmdə deyildiyi kimi, taledi...

On il bundan öncə Murad Köhnəqala da övladlarının yanındaydı. İndi Muradı ittiham edənlər də sabah övladlarının yanında olmaya bilər, heç kim heç nədən sığortalanmayıb.

Məncə, heç bir məhkəmə Murad Köhnəqalanın bu şeirindəki həqiqəti - ordakı ata obrazını öldürə bilməz:

Qızının keçənilki ayaqqabısının

sökülmüş yerlərini özün tik.

Sən sapı dişinlə dartdıqca

uşaqların gülüşəcək.

Necədir, gözəl deyilmi?

Təki arvadın sevsin səni...

O ki qaldı müzakirəyə, əgər bu, bizi xoşbəxt edəcəksə, gəlin elliklə bədbəxt olaq və öz bədbəxtliyimizə şəbədə qoşub zövq alaq, çoxlu ittiham imkanı qazanıb ağıllı görünək...

# 3318 dəfə oxunub

Oxşar xəbərlər

Benksi nəhəng heykəlin ona məxsus olduğunu rəsmən təsdiqlədi

Benksi nəhəng heykəlin ona məxsus olduğunu rəsmən təsdiqlədi

15:30 1 may 2026
Yazıçı oğlu dənizdə, özü isə dəm qazından boğulan akademik  – Onu hamıdan fərqləndirən nə idi?

Yazıçı oğlu dənizdə, özü isə dəm qazından boğulan akademik – Onu hamıdan fərqləndirən nə idi?

15:00 1 may 2026
Maykl Ceksonun həyatından bəhs edən filmin davamı çəkilir

Maykl Ceksonun həyatından bəhs edən filmin davamı çəkilir

13:50 1 may 2026
Venesiya Biennalesinin beynəlxalq münsiflər heyəti istefa verdi

Venesiya Biennalesinin beynəlxalq münsiflər heyəti istefa verdi

13:20 1 may 2026
Vatikanda Heydər Əliyev Fondu ilə birgə həyata keçirilən layihələrin təqdimatı keçirildi

Vatikanda Heydər Əliyev Fondu ilə birgə həyata keçirilən layihələrin təqdimatı keçirildi

13:10 1 may 2026
Beynəlxalq Xalça Festivalının açılışı oldu

Beynəlxalq Xalça Festivalının açılışı oldu

11:45 1 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər