Parisdə Azərbaycan qadınına həsr olunmuş konsert

Parisdə Azərbaycan qadınına həsr olunmuş konsert
27 sentyabr 2019
# 09:54

Ölkəmizin Fransadakı səfirliyinin dəstəyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycanın Dostları Assosiasiyasının (ADA) birgə təşkilatçılığı ilə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizdə qadınlara səsvermə hüququn verilməsinin 100 illiyi münasibəti ilə tədbir keçirilib.

Fransa parlamentinin fəxri üzvü Jan-Fransua Mansel sabiq prezident Jak Şirakdan, onun Azərbaycanın yaxın dostu olmasından, ümummilli lider Heydər Əliyevə hörmət və ehtiramından danışıb. Onun prezidentliyi dövründə iki ölkə arasında münasibətlərin inkişafına toxunub. Sabiq prezidentin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fransadakı səfirliyimizin müşaviri Vaqif Ağayev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyəti, onun nailiyyətləri, ilk parlament, eləcə də qadınlara səsvermə hüququ verilməsindən danışıb.

Natiq ulu öndər Heydər Əliyev tərəfindən multikulturalizmin ölkəmizdə dövlət siyasəti kimi formalaşdırıldığını və bu siyasətin müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. Ölkəmizdə multikulturalizmin həyat tərzi olmasından, multikulturalizmin Azərbaycan modelindən söz açıb.

V.Ağayev ölkəmizin multikultural dəyərlərinin təbliğində Heydər Əliyev Fondunun rolundan danışıb.

Qeyd edib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Avropa Parlamentində akkreditasiyadan keçib. Mərkəzin məqsədi tolerantlığı və din, dil və mədəniyyət müxtəlifliyinin müdafiəsini təmin etməklə yanaşı, multikulturalizmin mövcud Azərbaycan modelini təşviq etməkdir. Bu gün Almaniyada, İtaliyada, Portuqaliyada, İsraildə, Rusiyada, Moldovada BBMM-in filialları fəaliyyət göstərir. Multikulturalizmin Azərbaycan modeli 13 universitetdə tədris olunur.

Sonra Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı, gənc pianoçu Nərmin Nəcəfli solo konsertlə çıxış edib. O, F. Şopen, K. Debüssi, Q.Qarayev və A. Bəbirovun əsərlərini pianoda ifa edib. Dinləyicilər gənc pianoçunun ifasını alqışlarla qarşılayıblar.

Qeyd edək ki, N. Nəcəfli Bülbül adına orta ixtisas musiqi məktəbini fortepiano ixtisası üzrə bitirib və Almaniyanın Hannover şəhərində Musiqi, Dram və Media Universitetinə (Hochschule für Musik, Theater und Medien Hannover ) daxil olub. Hazırda Almaniyanın Hannover Musiqi, Dram və Media Universitetinin II kursunda (magistr) professor Bernd Goetzkenin sinfində oxuyur.

N. Nəcəfli Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə Parisdə UNESKO-nun baş qərargahında, Vaşinqtonda, Moskvada, eləcə də Strasburqda, Brüsseldə keçirilən “Azərbaycanın xoşməramlı mələkləri”, Reymsdə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” adlı konsert proqramlarında çıxış edib.

Gənc pianoçu Bakıda keçirilən müsabiqə və festivalların, Moskvada, Tbilisidə beynəlxalq müsabiqə də festivalın laureatı olub. N. Nəcəfli Azərbaycanda, Almaniyada, Belarusda, Fransada, Litvada, Rusiyada keçirilən beynəlxalq musiqi festivallarında iştirak edib. O, İtaliyada (Eppan Piano Academy) professor Andrea Bonattadan, Fransada (Academy Gyorgy Sebök) professor Muza Rubatskitedən, Polşada (Paderevski Piano Academy) professorlar İlya Şeps və Robert McDonalddan, Almaniyada (Euro MusicAcademy) professor Bernd Goetzkedən, İngiltərədə professor Hemiş Milndən (London Kral Musiqi Akadeniyası), İtaliyada Mişel Berofdan ustad dərsləri alıb.

# 2507 dəfə oxunub

Oxşar xəbərlər

“Euphoria”nın  qalmaqallı ulduzu: "Ceyms Bond obrazını canlandırmaq istəyirəm..."

“Euphoria”nın qalmaqallı ulduzu: "Ceyms Bond obrazını canlandırmaq istəyirəm..."

12:15 29 oktyabr 2025
Ədəbiyyat üzrə Nobel mükafatçısının ABŞ-yə girişi qadağan edildi

Ədəbiyyat üzrə Nobel mükafatçısının ABŞ-yə girişi qadağan edildi

12:05 29 oktyabr 2025
"Mahnının  bu şəkildə təqdim olunması Azərbaycan kişisinin  təhqir edilməsidir..." - İrəvanda qalmayan xalın sirri

"Mahnının bu şəkildə təqdim olunması Azərbaycan kişisinin təhqir edilməsidir..." - İrəvanda qalmayan xalın sirri

12:00 29 oktyabr 2025
Lənkəranda kino günləri  keçiriləcək

Lənkəranda kino günləri keçiriləcək

11:55 29 oktyabr 2025
"Qərbi Azərbaycan hekayələri"  təqdim olundu

"Qərbi Azərbaycan hekayələri" təqdim olundu

11:31 29 oktyabr 2025
Özü güllələnən, ailəsi sürgün olunan jurnalist - Onu adını niyə hər yerdən silirdilər?

Özü güllələnən, ailəsi sürgün olunan jurnalist - Onu adını niyə hər yerdən silirdilər?

10:23 29 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər