Tofiq Tağızadənin 100 illik yubileyi qeyd olunub

Tofiq Tağızadənin 100 illik yubileyi qeyd olunub
13 sentyabr 2019
# 18:40

Sentyabrın 12-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şəmkir rayon Regional Mədəniyyət İdarəsi və Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə Şəmkir rayon Heydər Əliyev Mərkəzində görkəmli kinorejissor, Xalq artisti, filmləri Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş Tofiq Tağızadənin 100 illiyi ilə bağlı yubiley tədbiri keçirilmişdir.

Tofiq Tağızadənin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən təşkil olunan tədbiri Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanzadə açaraq rejissorun mlli kinomuza verdiyi töhvələrdən, bu gün də sevə-sevə baxdığımız filmlərindən bəhs etmişdir. Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor və kinoşünas Ayaz Salayev yubilyarın həyat və sənət yolundan danışaraq Tofiq Tağızadənin Azərbaycan kinosundakı xidmətləri haqqında ətraflı məlumat vermiş, rejissorun “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud” və s. filmlərinin tarixi əhəmiyyətindən danışmışdır. Tədbir çərçivəsində Tofiq Tağızadəyə həsr olunan fotosərgi və görkəmli sənətkarın tamaşaçılara nümayiş etdirilən "Qızıl qaz" (1972) filmi böyük maraqla qarşılanmışdır.

# 3663 dəfə oxunub

Oxşar xəbərlər

Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət etdi

Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət etdi

14:45 12 sentyabr 2026
Yeni həşərat cinsinə Teylor Sviftin adı verildi

Yeni həşərat cinsinə Teylor Sviftin adı verildi

13:30 12 sentyabr 2026
Məşhur müğənni beynindən əməliyyat olundu

Məşhur müğənni beynindən əməliyyat olundu

13:00 12 sentyabr 2026
Elmi-kütləvi serial “Netflix”də yayımlanacaq

Elmi-kütləvi serial “Netflix”də yayımlanacaq

12:30 12 sentyabr 2026
Hikmət Hacıyev: "İşğal illərində tarixi abidələr “bərpa” adı altında xarici müdaxilələrə məruz qalıb"

Hikmət Hacıyev: "İşğal illərində tarixi abidələr “bərpa” adı altında xarici müdaxilələrə məruz qalıb"

11:53 12 sentyabr 2026
Cem Yılmaz əsa ilə yeriyəcək - Əməliyyatdan sonra

Cem Yılmaz əsa ilə yeriyəcək - Əməliyyatdan sonra

11:30 12 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər