Yuğ Teatrında Müstəqillik Günü qeyd olunur

Yuğ Teatrında Müstəqillik Günü qeyd olunur
18 oktyabr 2017
# 16:16

Bu gün Azərbaycan Dövlət YUĞ Teatrı Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ilə birlikdə18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə tədbir keçirəcək.

Kulis.az-ın xəbərinə görə, mərasimdə özünün suverenliyini qeyd edən və dünya siyasi xəritəsində öz dövlətçilik ənənələrini uğurla yaşadan dövlətimizin şanlı müstəqillik tarixinə nəzər salınacaq.

Hər iki teatrın aktyorlarının ifasında şeirlər səsləndiriləcək, tamaşalardan səhnəciklər nümayiş olunacaq. Tədbirin davamı olaraq Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının balaca istedadlarının təqdimatında vətənpərvərlik mahnılarından ibarət konsert proqramı təqdim olunacaq. Qeyd edək ki, bu gün Yuğ Teatrı üçün ikiqat bayramdır. Belə ki, Yuğ teatrının və onun yaradıcısı ustad rejissor Vaqif İbrahimoğlunun doğum günüdür. Bu münasibətlə teatrın kollektivi V.İbrahimoğlunun məzarını ziyarət edib.

“YUĞ” teatr-studiyası 18 oktyabr 1989-cu ildə Akademik Milli Dram Teatrının nəzdində rejissor Vaqif İbrahimoğlu və Həsənağa Turabov tərəfindən yaradılıb. 1992-ci il 3 dekabr tarixində studiyaya dövlət statusu verilib və Azərbaycan teatr məkanında “YUĞ” teatr-studiyasını YUĞ Dövlət Teatrı əvəzləyib.

Akademik Milli Dram Teatrının kiçik zalında fəaliyyət göstərən teatr 18 iyul 2003-cü ildə M.Muxtarov küçəsi №83-dəki binaya köçürülüb. 2016-ci ildə Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində yenidənqurma işləri çərçivəsində binası söküldükdən sonra Yuğ Teatrı müvəqqəti olaraq A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasında fəaliyyətini davam etdirir.

# 2211 dəfə oxunub

Oxşar xəbərlər

Cümhuriyyətin ilk illərində  “Kişilər dünyasında bir qadın yazar"  - Cahit Uçuk kim idi?

Cümhuriyyətin ilk illərində “Kişilər dünyasında bir qadın yazar" - Cahit Uçuk kim idi?

13:39 7 noyabr 2026
Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi

13:18 7 noyabr 2026
Türk sultanına aid  nadir tarixi çamadan sərgilənəcək

Türk sultanına aid nadir tarixi çamadan sərgilənəcək

13:01 7 noyabr 2026
“Humay və sehrli Huma quşu”  kitabının Daşkənddə təqdimatı keçirildi

“Humay və sehrli Huma quşu” kitabının Daşkənddə təqdimatı keçirildi

11:59 7 noyabr 2026
Spotify səsli kitab kataloqunu istifadəyə verdi - 350 mindən çox ingilisdilli əsər

Spotify səsli kitab kataloqunu istifadəyə verdi - 350 mindən çox ingilisdilli əsər

10:12 7 noyabr 2026
Tbilisidə Zəfər Günü  qeyd olundu

Tbilisidə Zəfər Günü qeyd olundu

09:39 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər