Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür - Aqşin Yenisey

Aqşin Yenisey, yazıçı

Aqşin Yenisey, yazıçı

14 fevral 2025
# 18:38

Kulis. az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.

Ruslardan söz düşmüşkən:


İngilis antropoloqu Ceffri Qorerin rus xarakterinin necə ətə-qana dolması haqqında yazır ki, rus xalqının həmişə onları cəzalandıran avtoritar bir liderə boyun əymək ehtiyacının səbəbi rusların öz övladlarını lap körpəlikdən yeri gəldi-gəlmədi kötəkləməsi ilə bağlıdır. Boş-boşuna döyüldükdən sonra uşaqların əzizlənməsi, incidilmiş qəlblərinin ovudulması üçün onlara kiçik hədiyyələrin verilməsiylə ruslarda uşaq vaxtından cəza və mükafat arasında bir bağ olduğu düşüncəsini yaradır.


Ənənəvi tərbiyənin yaratdığı bu düşüncə zamanla bütün rus xalqının milli şüuruna çevrilib və ruslar milli gücə çevirdikləri bu ənənəvi əziklikdən pöhrələnən xarakterlərini tarix boyu onlara döyüş meydanında məğlub olan xalqlara da yoluxdurublar.


İngilislərin mühafizəkar puritan əxlaqı da tərbiyələndirmə üsulu olaraq uşaqların kötəklənməsini vacib sayır.

Amma nə üçün rusları itaətkar edən kötəkləmə ingilisləri üsyankar etmişdi?

Çünki müti babası balaca Qorkini axmaqlıq etməzdən əvvəl döyürdü. Necə ki, böyüyəndə daha yaxşı ötsünlər deyə körpə vaxtı saka quşlarının gözlərini oyurlar.
Dikkensi isə əyyaş atası o, axmaqlıq etdikdən sonra əzişdirirdi.


Ədaləti qabaqlayan cəza insanı, xalqı əxlaqsızlaşdırır, dəyərsizlik mühiti yaradır. Dostoyevskinin, Qorkinin tipik rus qəhrəmanları müti və qəddardırlar. Qəddarlıqları mütiliklərinin qisası kimi üzə çıxır. Onlar uşaqlıqdan özlərinə dəyər verməkdən məhrum olduqları üçün başqalarına da dəyər verə bilmirlər, əvvəlcədən cəzalandırıldıqları üçün boyunlarına qoyulan suçlu, cinayətkar bir kimliklə gəzib-dolaşırlar.


Balaca Dikkensdə isə cəza suçdan sonrakı ədalətin icrasıydı, suça görə verilən ədalətli cəza ingilisdə ədalətsiz cəzaya qarşı dirənmək əxlaqını yaratmışdı. Rus uşaqlığından bəri suçdan əvvəl cəzalandırıldığı və buna görə əzizləndiyi, mükafatlandırıldığı üçün “cinayət və cəza” axtarışı onda psixoloji ehtiyacdan doğur. Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür. Raskolnikov özünün milli cinayətkar instinktini ovutmaq üçün cəza axtarırdı, bundan ötrü o günaha batmalıydı. Sələmçi qarı olmasaydı da o, başqa bir bəhanə tapıb cinayət törədəcəkdi.


Tanrının lənəti və mərhəməti rusun həyatına günahla birlikdə daxil olur.


Rus həyata anadangəlmə cinayətkar olduğu düşüncəsiylə atılır və ömrü boyu öz cəzasını axtarır.


Bolşevizm Raskolnikov sürülərinin kütləvi cəza axtarışıydı.

# 1019 dəfə oxunub

Oxşar xəbərlər

Gündüz Abbaszadənin şeirlə başladığı şərh Türkiyədə gündəm oldu

Gündüz Abbaszadənin şeirlə başladığı şərh Türkiyədə gündəm oldu

16:48 15 fevral 2025
“APA Jurnalist Məktəbi”nin ilk məzunlarına sertifikatlar təqdim olunub

“APA Jurnalist Məktəbi”nin ilk məzunlarına sertifikatlar təqdim olunub

16:12 15 fevral 2025
SSRİ-də avtomobillər neçəyə idi?  – Pulu olan hər kəs onu ala bilməzdi

SSRİ-də avtomobillər neçəyə idi? – Pulu olan hər kəs onu ala bilməzdi

15:47 15 fevral 2025
Yasin Qaraməmmədli vəfat edib

Yasin Qaraməmmədli vəfat edib

13:26 15 fevral 2025
Mark Avrelinin heykəli geri qaytarılacaq

Mark Avrelinin heykəli geri qaytarılacaq

12:48 15 fevral 2025
Hökümənin həyat yoldaşı 40 min manatlıq kompensasiyadan  niyə imtina etdi?

Hökümənin həyat yoldaşı 40 min manatlıq kompensasiyadan niyə imtina etdi?

11:06 15 fevral 2025
# # #