Qurban Qurbanovun açıqlamaları biabırçılıqdır

Qurban Qurbanovun açıqlamaları biabırçılıqdır
18 fevral 2026
# 10:42

Kulis.az Şəhriyar del Geraninin "Qurbana və qurbanlara dair…" yazısını təqdim edir.

Qurbanov qardaşımızın son açıqlamalarına baxdım, biabırçılıq.

Qardaşımız adicə idman nəzakətini bilmir imiş, biabırçılıq.

Ən pisi, beş-on saata "Nyukasl"la oynayacaqlar, qardaşımız hələ beş-on gün qabaqdan məğlub olub "Nyukasl"a - Biabırçılıq.

Qurban insan, nöş belə edirsən? Axı milyonlarla azarkeş bu günə başqa intonasiyada yanaşır idi. Budur futbol əxlaqı? - Biabırçılıq.

Guya bütün dünya bilmirdi favorit "Nyukasl"dı?

Guya bu “həqiqəti” sənin dilindən eşitmək istəyirdik?

Ona qalsa, dünən "Yuventus" idi favorit. Amma Okan Buruk idman nəzakətini də, futbol əxlaqını da çox yaxşı bilir. Məsələn, o, Yuventusa heç bir müstəvidə uduzmadı. Sən isə “İmişli”ylə son oyundan sonra “başa düşdün”, sən demə, ölkədə stadioan yox imiş - Biabırçılıq.

Əlbəttə, ölkədə stadion olmaz day. Guya bilmirsən nöş yoxdur ölkədə stadion? - Biabırçılıq.

Deyirsən, oyunçularım zədələndi Qubada “İmişli”ylə oyunda. Sənin “oyunçuların” futbolçudu, bizimkilər “topdaşıyan”?

Biz çempionat başlayandan sənin bəyənmədiyin o meydanda oynayırıq. Əgər sənin üçün Azərbaycan futbolu vacib idisə, çoxdan etməliydin bu etirafı. Ki, ölkədə stadion yoxdur. Yoxsa, onsuz da hamı bilir, ölkədə stadion yoxdur, “Azersun holding” var. Biabırçılıq.

Çox yəqin hamımız “Qarabağ”a azarkeşlik edəcəyik bu gün. Amma, sadəcə azarkeşlik edəcəyik. Qarabağ və “Qarabağ” adına milyonlara yiyələnib camaatın qürurunu, ümidini, şəxsiyyətini, əzmini zədələməyəcik, azarkeşlik edəcəyik. Qarabağa getməyə pulumuz və portalımız yox, “Qarabağ”a baxmağa pulumuz və ümidimiz - Biabırçılıq.

…Və çoxlu, çoxlu, çoxlu sayda biabırçılıq…

# 3866 dəfə oxunub

Oxşar xəbərlər

İlk sınaq - Orxan İsmayılovun hekayəsi

İlk sınaq - Orxan İsmayılovun hekayəsi

10:30 11 mart 2026
"Bir qadın sizdən imtina etmək istəyirsə..."  - Nadir Yalçın

"Bir qadın sizdən imtina etmək istəyirsə..." - Nadir Yalçın

10:00 11 mart 2026
Dövlət Uşaq Filarmoniyasında Novruz festivalı

Dövlət Uşaq Filarmoniyasında Novruz festivalı

18:00 10 mart 2026
Muğam Mərkəzində Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim olunacaq

Muğam Mərkəzində Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim olunacaq

17:30 10 mart 2026
Medianın İnkişafı Agentliyi bəyanat yaydı

Medianın İnkişafı Agentliyi bəyanat yaydı

17:00 10 mart 2026
“Aktrisa heç bir yerini şişirtməli deyil” – Gülşad Baxşıyeva ilə müsahibə

“Aktrisa heç bir yerini şişirtməli deyil” – Gülşad Baxşıyeva ilə müsahibə

16:02 10 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər