Vilayət Quliyevin yeni kitabının təqdimat mərasimi keçirildi

Vilayət Quliyevin yeni kitabının təqdimat mərasimi keçirildi
16 aprel 2026
# 12:20

ADPU-da Filologiya fakültəsinin təşkilatçılığı ilə görkəmli ictimai-siyasi xadim, diplomat və yazıçı Vilayət Quliyevin “Bəkir Çobanzadə: Budapeşt illəri” kitabının təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimini giriş sözü ilə açan ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova nəşrin türkoloji fikir tarixinin görkəmli nümayəndələrindən biri olan Bəkir Çobanzadənin həyat və elmi fəaliyyətinin araşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, kitab alimin Budapeştdə keçirdiyi illərə, onun elmi formalaşmasına, beynəlxalq akademik əlaqələrinə və türkoloji fəaliyyətinə yeni baxış təqdim edir.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov qonaqları salamlayaraq universitetdə belə təqdimatların keçirilməsinin əhəmiyyətini qeyd edib, həmçinin yazıçı Vilayət Quliyevin “Bəkir Çobanzadə Budapeşt illəri” kitabını yüksək qiymətləndirdiyini bildirib.

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədov, professor Təyyar Salamoğlu, professor Yaqub Babayev və başqaları çıxış edərək nəşrin elmi dəyərini qeyd edib, onun Azərbaycan elminə mühüm töhvə olduğunu vurğulayıb, Bəkir Çobanzadə irsinin öyrənilməsində vacib mənbə olduğunu bildiriblər.

Təqdimat mərasimində çıxış edən Vilayət Quliyev kitabın ərsəyə gəlmə prosesindən söz açıb, həmçinin əsərdə Bəkir Çobanzadənin həyatının az araşdırılmış bir dövrünün işıqlandırıldığını bildirib.

Tədbir diskussiya formasında davam edib.

# 1152 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

16:05 12 oktyabr 2026
Dünyanın ən qalmaqallı okkultist yazıçısı - Alister Krouli kim idi?

Dünyanın ən qalmaqallı okkultist yazıçısı - Alister Krouli kim idi?

15:30 12 oktyabr 2026
Kamal Abdullanın  “Azərbaycanca danışaq” əsəri Polşada

Kamal Abdullanın “Azərbaycanca danışaq” əsəri Polşada

15:21 12 oktyabr 2026
Əhməd Cavadın nəticəsi və  adaşı:  "Deyirdilər ki, onu yandırıb dənizə atıblar..."

Əhməd Cavadın nəticəsi və adaşı: "Deyirdilər ki, onu yandırıb dənizə atıblar..."

15:00 12 oktyabr 2026
"Oskar"lı aktrisanın qorxu filmi  kassa reytinqinə başçılıq edir

"Oskar"lı aktrisanın qorxu filmi kassa reytinqinə başçılıq edir

14:30 12 oktyabr 2026
Azərbaycanlı rəssam beynəlxalq yarışmada üçüncü yerə layiq görüldü

Azərbaycanlı rəssam beynəlxalq yarışmada üçüncü yerə layiq görüldü

14:00 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər