Qobustan qayalarında yeni təsvirlər aşkarlandı

Qobustan qayalarında yeni təsvirlər aşkarlandı
15 aprel 2026
# 17:42

Qobustan Milli Tarix-Bədii Qoruğunun Kiçikdaş dağı ərazisində aparılan növbəti monitorinqlər zamanı yeni qayaüstü təsvirlər aşkar olunub.

Kulis.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, təsvirlər ov səhnəsi, qadın fiquru və hələlik mənası tam dəqiqləşdirilməmiş çoxsaylı paralel xətlərdən ibarətdir.

"Qadın təsviri üslub baxımından Qobustan kolleksiyasında mövcud olan digər qadın fiqurları ilə oxşarlıq təşkil edir. Ov səhnəsi isə öz dinamikası və realizmi ilə seçilir. Xüsusi maraq doğuran digər təsvir isə çoxsaylı yanaşı xətlərdən ibarətdir. İlk baxışda bu motiv Qobustanın məşhur qayıq səhnələrini xatırlatsa da, qayığın olmaması və xətlərin sıxlığı ilə fərqlənir. Hazırda təsvirlərin sənədləşdirilməsi və 3D modelləşdirilməsi istiqamətində işlər davam etdirilir", - məlumatda qeyd olunub.

# 1262 dəfə oxunub

Oxşar xəbərlər

İlyas Əfəndiyevin  xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

İlyas Əfəndiyevin xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

18:40 23 oktyabr 2026
Filmlərin xronometrajında artım qeydə alındı

Filmlərin xronometrajında artım qeydə alındı

18:20 23 oktyabr 2026
Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu

18:00 23 oktyabr 2026
Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

17:30 23 oktyabr 2026
Ayasofiyanın  memarlığından ilhamlanaraq hazırlanan geyim London muzeyində

Ayasofiyanın memarlığından ilhamlanaraq hazırlanan geyim London muzeyində

17:00 23 oktyabr 2026
Xalq şairi Musa Yaqubun “Gül bağçası”  kitabı təqdim olundu

Xalq şairi Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu

16:30 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər