Qardaşı baltalamaq istədi, anasının qarğışına düşdü, gəlinlik paltarı geyinmədi – Xalq artistindən maraqlı faktlar

Qardaşı baltalamaq istədi, anasının qarğışına düşdü, gəlinlik paltarı geyinmədi – Xalq artistindən maraqlı faktlar
30 sentyabr 2022
# 21:00

Bu gün Xalq artisti Safura İbrahimovanın doğum günüdür. Kulis.az bu münasibətlə sənətkarı təbrik edir və onun haqqında maraqlı faktları təqdim edir.

Safurə İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub.

Gallery

Atası Bakının tanınan tacirlərindən olub. Ticarətlə məşğul olduğuna görə onun var-dövlətini əlindən alıb ailəni ölkənin ən ucqar kəndlərindən birinə sürgün ediblər.

***

Ən böyük arzusu həkim olmaq olub. Məktəbi bitirəndən sonra sənədlərini tibb universitetinə versə də imtahanlardan kəsilib.

***

36 yaşında ailə həyatı qurub. 5 il davam edən ailə həyatı övladı olmadığına görə dağılıb. Ondan sonra heç vaxt ailə həyatı qurmayıb.

***

Toyunda gəlinlik geyinməyib.

Gallery

Həyat yoldaşı prokuror olub. Səfurə İbrahimovanın pərəstişkarı olub. Deyilənə görə heç bir tamaşasını buraxmır, hər tamaşadan sonra ona gül-çiçək gətirərdi.

***

Anası onun aktrisa olması ilə razı olmayıb. O anası ilə bağlı xatirələrində danışarkən anasının hətta ona bu sənəti seçdiyi üçün qarğış tökdüyünü bildirib: “Deyirdi, səni görüm heç vaxt gəlinlik geyinməyəsən, başına duvaq atmayasan”.

***

Qardaşları da Safuranın aktrisa olmasını istəməyiblər. Hətta "Sevil" filmindəki roluna görə qardaşı onun üstünə balta qaldırıb.

***

Həsən Turabov, Eldəniz Zeynalov və Tariyel Qasımov ona evlənmə təklifi edib.

***

Gallery

Xalq artisti Zərnigar Ağakişiyeva ilə ölənə qədər küsülü qalıb.

Gallery

Bacısı oğlunu övladlığa götürüb.

***

Teatrdan ayrıldıqdan sonra qapalı həyat tərzi sürür. Hətta bir ara onun dəli olduğu ilə bağlı xəbərlər yayılmışdı.

Gallery

Teatrda onu çox incidiblər. İş o həddə çatıb ki, “Sevil” tamaşasının premyerası zamanı onu yıxmaq da istəyiblər: “Sevil” tamaşasında mən düşdüyüm pilləkənlərdən birinin taxta pilləsini vurmamışdılar. Mənim də bundan xəbərim yox idi. Pilləkənləri düşəndə Allah üzümə baxdı ki, ayağımın altındakı boşluğu hiss etdim. Əgər mən ayağımı həmin boşluğa atsaydım, üzü üstə səhnənin döşəməsinə yıxılacaqdım”.

***

“Arxadan vurulan zərbə” də Ziba, “Sevil” filmində Dilbər, “Gün keçdi” filmində Əsmər roluna çəkilməsinə mane olublar.

Gallery

Uzun illər fəxri ad almasının qarşısı alınıb.

# 9659 dəfə oxunub

Oxşar xəbərlər

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
Bu ölkələrin “Avroviziya 2026” təmsilçilərinin adları açıqlandı

Bu ölkələrin “Avroviziya 2026” təmsilçilərinin adları açıqlandı

16:48 23 dekabr 2025
“Bülbülün qonaqları”  layihəsi Rəşid Behbudova həsr olundu

“Bülbülün qonaqları” layihəsi Rəşid Behbudova həsr olundu

16:40 23 dekabr 2025
Knyaz Aslanın 65 illiyinə həsr olunmuş kitab sərgisi açıldı

Knyaz Aslanın 65 illiyinə həsr olunmuş kitab sərgisi açıldı

16:35 23 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər