“Toska" yenidən Opera və Balet Teatrında

“Toska"  yenidən Opera və Balet Teatrında
23 dekabr 2025
# 12:54

2026-cı il yanvarın 8- də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı C. Puççininin “Toska" operasının tamaşası keçiriləcək.

Kulis.az xəbər verir ki, tamaşada Toska partiyasını Əməkdar artist İlahə Əfəndiyeva, Kavaradossi partiyasını ilk dəfə olaraq Əməkdar artist Ramil Qasımov, Skarpia partiyasını isə Əməkdar artist Anton Ferştandt ifa edəcəklər.

Həmçinin Əməkdar artist Tural Ağasıyev, solistlər Mahir Tağızadə, Rza Xosrovzadə, İqor Yadrov, Ruslan Persan, Fatimə Məmmədova tamaşada rol alıblar. Səhnə əsərini Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.

Qeyd edək ki, premyerası 1900-cü ildə Milanda baş tutan bu tamaşa klassik opera sənətinin ən dəyərli nümunələrindən biri olub dünyanın bir çox qabaqcıl opera teatrlarının repertuarını bəzəyir. Fransız dramaturqu Viktorian Sardin opera müğənnisinin faciəli həyatı haqqında qələmə aldığı pyes hələ 1899-cu ildə Puççini ilə bərabər Verdi və Franketti kimi bəstəkarların da diqqətini cəlb edib. Lakin sonda bu pyes əsasında opera yazmaq hüququnu Puççini qazanıb. Beləliklə də L. İllika və C. Cakozanın librettosu əsasında Puççini “Toska“ operasını qələmə alır . Operanın süjet xəttində Fransa imperatoru Napoleonun hakimiyyətinin ilk dövründəki siyasi avantüralar və sevgi intriqaları dayanır.

# 1079 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan-Özbəkistan mədəni-humanitar əlaqələri inkişaf edir

Azərbaycan-Özbəkistan mədəni-humanitar əlaqələri inkişaf edir

14:50 23 avqust 2026
"Dünyanın təsəlliyə deyil, həqiqətə ehtiyacı var..." - Fransız filosofdan aforizmlər

"Dünyanın təsəlliyə deyil, həqiqətə ehtiyacı var..." - Fransız filosofdan aforizmlər

14:00 23 avqust 2026
Ölüm düşərgəsində  şahmat sayəsində sağ qalan yəhudi yazıçı  - Efraim  Kişon kimdir?

Ölüm düşərgəsində şahmat sayəsində sağ qalan yəhudi yazıçı - Efraim Kişon kimdir?

12:30 23 avqust 2026
Sovet ideoloji terrorunun qurbanı - Əli Nazim kim idi?

Sovet ideoloji terrorunun qurbanı - Əli Nazim kim idi?

10:30 23 avqust 2026
Ensiklopedik materiallarla zəngin tədqiqat əsəri - "Boradigah tarixi qaynaqlarda"

Ensiklopedik materiallarla zəngin tədqiqat əsəri - "Boradigah tarixi qaynaqlarda"

18:00 22 avqust 2026
Qədim məbəddə astrofotoqrafiya layihəsi - Fotolar

Qədim məbəddə astrofotoqrafiya layihəsi - Fotolar

14:30 22 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər